AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.04.2010
QEYDİYYAT NÖMRƏSİ
61
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı”na əlavə edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2010, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 355)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
12.04.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
370.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli, 28 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli, 28 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"na əlavə edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Tələbə-məzun" dövlət elektron məlumat sistemi haqqında Əsasnamə"nin təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli, 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 23 fevral tarixli, 225 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli, 28 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 109, № 5, maddə 434, № 7, maddə 672; 2009-cu il, № 10, maddə 846) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"na aşağıdakı məzmunda on beşinci abzas əlavə edilsin:

"Tələbə-məzun" dövlət elektron məlumat sistemi (Tələbə Qəbulu üzrə Dövlət Komissiyası).".

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİ-ZADƏ

 

Bakı şəhəri, 12 aprel 2010-cu il

                 № 61

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status