AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
06.09.2010
QEYDİYYAT NÖMRƏSİ
1085
ADI
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 07-09-2010, Nəşr nömrəsi: 196), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2010, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 785)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.09.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
090.000.000
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında

Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram:

1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilsin: [1]

 

1.1.

Doktorantlara

- 100 manat

1.2

Ali təhsil müəssisələrində:

 

 

adlı təqaüd alan tələbələrə

- 100 manat

 

magistr pilləsi üzrə:

 

 

əla qiymətlərlə oxuyan tələbələrə

- 85 manat

 

əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə

- 70 manat

 

yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə

- 45 manat

 

bakalavr pilləsi üzrə:

 

 

əla qiymətlərlə oxuyan tələbələrə

- 80 manat

 

əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə

- 65 manat

 

yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə

- 40 manat

1.3

Orta ixtisas təhsili müəssisələrində:

 

 

əla qiymətlərlə oxuyan tələbələrə

- 40 manat

 

əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə

- 35 manat

 

yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə

- 30 manat

1.4

İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə

- 30 manat

 

2. Təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.

3. "Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 12 sentyabr tarixli, 3042 nömrəli Sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Sərəncam 2010-cu il sentyabrın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 sentyabr 2010-cu il

                  № 1085

 

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 30 avqust 2013-cü il tarixli 3108 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 31 avqust 2013-cü il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 988)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 30 avqust 2013-cü il tarixli 3108 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 31 avqust 2013-cü il, № 190, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 08, maddə 988) ilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 sentyabr tarixli 1085 nömrəli Sərəncamı (3-cü hissəsi istisna olmaqla) ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status