AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
22.06.2010
QEYDİYYAT NÖMRƏSİ
115
ADI
“Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2010, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 559)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.06.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 22 iyun 2010-cu il

   № 115

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 22 iyun tarixli, 115 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid

 

QAYDALARI

 

1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hazırlanmışdır və dövlət standartlarına uyğun olaraq ümumi təhsilin təhsil səviyyələri üzrə müddətini və bir səviyyədən digər səviyyəyə keçid qaydalarını müəyyən edir.

2. Ümumi təhsil pilləsi aşağıdakı təhsil səviyyələrindən ibarətdir:

- ibtidai təhsil (I-IV siniflər);

- ümumi orta təhsil (V-IX siniflər);

- tam orta təhsil (X-XI siniflər).

3. İbtidai təhsil səviyyəsində təhsilin müddəti 4 ildir.

4. İbtidai təhsili müvəffəqiyyətlə başa vuran təhsilalanlar ümumi təhsil müəssisəsinin pedaqoji şurasının qərarı ilə ümumi orta təhsil səviyyəsinə keçirilirlər. Pedaqoji şuranın qərarı ümumi təhsil müəssisəsi direktorunun əmri ilə rəsmiləşdirilir. Pedaqoji şuranın qərarında və direktorun əmrində ibtidai təhsil səviyyəsini bitirən təhsilalanların ümumi orta təhsil səviyyəsinin ilk sinfinə — V sinfə qəbulu qeyd edilir.

5. Ümumi orta təhsil səviyyəsinə keçid prosesində təhsilalanların paralel siniflərdə komplektləşdirilməsi onların meyl və marağı, potensial imkanları nəzərə alınmaqla həyata keçirilir.

6. Ümumi orta təhsil səviyyəsində təhsilin müddəti 5 ildir.

7. Ümumi orta təhsil səviyyəsində yekun attestasiya aparılır və təhsili başa vuran təhsilalanlara müvafiq dövlət sənədi - attestat verilir. Ümumi orta təhsil haqqında dövlət sənədi təhsilin növbəti səviyyədə və ya pillədə davam etdirilməsi üçün əsas sayılır. [1]

8. Müxtəlif səbəblərdən ümumi orta təhsilini başa vurmayan təhsilalanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada arayış verilir.

9. Tam orta təhsil ümumi təhsilin hər üç səviyyəsini əhatə edən təhsil proqramlarının tam mənimsənilməsini nəzərdə tutur. Tam orta təhsil səviyyəsində təhsilin təmayülləşməsi müsabiqə yolu ilə təmin olunur. Müsabiqənin nəticələrinə görə tam orta təhsil səviyyəsinə qəbul edilmiş təhsilalanların təmayül sinifləri üzrə komplektləşdirilməsi həyata keçirilir.

10. Tam orta təhsil səviyyəsində təhsilin müddəti 2 ildir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2431)

2.       27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 8 noyabr 2018-ci il tarixli 481 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2431) ilə “Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları”nın 7-ci hissəsinin birinci cümləsinə “sənədi” sözündən sonra “ - attestat” sözü əlavə edilmişdir.

27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti, bir səviyyədən digər səviyyəyə keçid Qaydaları”nın 7-ci hissəsinin birinci cümləsində “qiymətləndirmə” sözü “attestasiya” sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status