AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
31.08.2010
QEYDİYYAT NÖMRƏSİ
160
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2010, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 769)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.08.2010
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
360.000.000
370.000.000
430.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 dekabr tarixli 214 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu-su, 2000-ci il, № 12, maddə 865; 2001-ci il, № 1, maddə 75; 2002-ci il, № 11, maddə 675; 2006-cı il, № 5, maddə 472; 2008-ci il, № 1, maddə 37, № 10, maddə 927, № 11, maddə 1042) ilə təsdiq edilmiş "Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi Qaydaları"nın 1.6-cı bəndində "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə" sözləri "Vahid miqrasiya məlumat sisteminə" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 fevral tarixli 28 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 109, № 5, maddə 434, № 7, maddə 672; 2009-cu il, № 10, maddə 846; 2010-cu il, № 4, maddə 355) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı"na aşağıdakı məzmunda on altıncı abzas əlavə edilsin:

"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi (Dövlət Miqrasiya Xidməti).".

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 9 iyun tarixli 88 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 6, maddə 489, № 9, maddə 756) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması Qaydaları"nın 17-ci bəndində "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir" sözləri "vahid miqrasiya məlumat sisteminə daxil edilir və bu sistem vasitəsilə onların uçotu aparılır" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 130 nömrəli qərarı ilə təsdiq edilmiş "İmmiqrant statusu olmayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması Qaydaları"nın 20-ci bəndində "Dövlət Miqrasiya Xidməti" sözlərindən sonra "tərəfindən vahid miqrasiya məlumat sisteminə" sözləri, "Dövlət Sərhəd Xidməti tərəfindən" sözlərindən sonra isə "isə" sözü əlavə edilsin.

Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini   Y.EYYUBOV

 

Bakı şəhəri, 31 avqust 2010-cu il

                    № 160

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status