AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.01.2011
QEYDİYYAT NÖMRƏSİ
15
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2011, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 66)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
380.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və "Məhkəmələr və hakimlər haqqında" və "Məhkəmə-Hüquq Şurası haqqında" Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 304 nömrəli Fərmanının 4.4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 10, maddə 866; 2006-cı il, № 3, maddə 303, № 5, maddələr 463, 468, № 8, maddə 731, № 9, maddə 822, № 11, maddə 994; 2007-ci il, № 1, maddə 50, № 10, maddə 1021, № 12, maddələr 1343, 1352; 2008-ci il, № 2, maddə 130, № 4, maddə 308, № 10, maddə 936; 2009-cu il, № 1, maddələr 22, 32, № 2, maddələr 144, 150, № 9, maddələr 736, 753; 2010-cu il, № 4, maddə 369) ilə təsdiq edilmiş 4 nömrəli əlavə - "Büdcə xərclərinin inzibati təsnifatı"nın "Məhkəmə və prokurorluq orqanları" bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. altıncı sətirdə "Azərbaycan Respublikasının yerli iqtisad məhkəmələri" sözləri "inzibati-iqtisadi məhkəmələr" sözləri ilə əvəz edilsin;

1.2. yeddinci sətirdə "Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi" sözləri "ağır cinayətlər məhkəmələri" sözləri ilə əvəz edilsin;

1.3. səkkizinci sətir aşağıdakı redaksiyada verilsin:

"Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi";

1.4. doqquzuncu sətir çıxarılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 1, maddə 44, № 6, maddə 589, № 12, maddə 1118) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Rəhbər işçilərin ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası" cədvəlinin 2-ci bəndində "Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin" sözləri "ağır cinayətlər məhkəmələrinin" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 12, maddə 1115; 2009-cu il, № 2, maddə 153, № 4, maddə 282, № 7, maddə 605, № 8, maddələr 674, 680, № 10, maddələr 846, 852, 856; 2010-cu il, № 1, maddə 60, № 2, maddələr 146, 161, № 10, maddələr 906, 912) ilə təsdiq edilmiş "Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları"nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. "Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin Aparatı" sözləri "ağır cinayətlər məhkəmələrinin aparatları (Bakı Ağır Cinayətlər Məhkəməsi, Lənkəran Ağır Cinayətlər Məhkəməsi, Gəncə Ağır Cinayətlər Məhkəməsi, Şəki Ağır Cinayətlər Məhkəməsi )" sözləri ilə əvəz edilsin;

3.2. "Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin Aparatı" sözləri çıxarılsın;

3.3. "Ağır Cinayətlərə dair İşlər üzrə Naxçıvan Muxtar Respublikası Məhkəməsinin Aparatı" sözləri "Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin Aparatı" sözləri ilə əvəz edilsin;

3.4. "Naxçıvan Muxtar Respublikasının ərazisində Ağır Cinayətlərə dair İşlər üzrə Hərbi Məhkəmənin yurisdiksiyasını həyata keçirən müvafiq Hərbi Məhkəmənin Aparatı" sözləri çıxarılsın;

3.5. "Naxçıvan Muxtar Respublikası İqtisad Məhkəməsinin Aparatı" sözləri "Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisad Məhkəməsinin Aparatı" sözləri ilə əvəz edilsin;

3.6. "Azərbaycan Respublikasının inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələrinin aparatları (İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə 1 saylı Bakı məhkəməsi, İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə 2 saylı Bakı məhkəməsi, İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə Şirvan məhkəməsi, İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə Gəncə məhkəməsi, İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə Sumqayıt məhkəməsi, İnzibati və iqtisadi mübahisələrə dair işlər üzrə Şəki məhkəməsi)" sözləri "inzibati-iqtisadi məhkəmələrinin aparatları (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, Gəncə İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Şəki İnzibati-İqtisadi Məhkəməsi, Şirvan İnzibati-İqtisadi Məhkəməsi)" sözləri ilə əvəz edilsin.

4. Bu qərar 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 25 yanvar 2011-ci il

№ 15

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status