AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
03.03.2011
QEYDİYYAT NÖMRƏSİ
391
ADI
“Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 04-03-2011, Nəşr nömrəsi: 50), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2011, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 172)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
370.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında

“Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi və “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 13 iyun tarixli 1053 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 12 noyabr tarixli 351 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı” təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 3 mart 2011-ci il

    № 391

 

 


 

Azərbaycan Respublikası Prezidentinin

2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin

SİYAHISI

 

1. Azərbaycan Respublikası məhkəmələrinin hakimləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan hakimlər istisna olmaqla).

2. Azərbaycan Respublikası dövlət orqanlarının, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin, dövlətə məxsus müəssisə və təşkilatların, həmçinin qeyri-kommersiya qurumlarının aşağıdakı rəhbər işçiləri: [1]

2.1. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, digər dövlət orqanlarının, dövlətə məxsus müəssisə və təşkilatların, həmçinin qeyri-kommersiya qurumlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan rəhbərləri və həmin qaydada təyin olunan müavinləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan şəxslər istisna olmaqla);

2.1-1. Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin idarəetmə orqanlarının rəhbərləri (üzvləri); [2]

2.2. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri, Rəyasət Heyətinin mərkəzi aparatında şöbə (idarə, katiblik, kafedra) rəhbərləri, onların müavinləri, elmi katiblər, Akademiyanın Naxçıvan və Gəncə bölmələrində şöbə (idarə) rəhbərləri, elmi katiblər, Akademiyanın regional elmi mərkəzlərinin, institutlarının və Akademiyanın institutlara bərabər tutulan digər elmi müəssisələrinin direktorları, direktor müavinləri, şöbə (laboratoriya) rəhbərləri, elmi katibləri; [3]

2.3. Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru və onun müavini, İcraçı direktorun müşaviri, köməkçisi, İcraçı direktorun ofisinin, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin və digər struktur vahidlərinin (müdiriyyət, departament, şöbə) rəhbərləri və onların müavinləri; [4]

2.4. Heydər Əliyev Mərkəzinin direktoru və onun müavini;

2.5. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan Mərkəzi Seçki Komissiyasının sədri istisna olmaqla), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının üzvləri;

2.6. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları;

2.7. Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri;

2.8. Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsmanı);

2.9. Milli Televiziya və Radio Şurasının üzvləri;

2.10. Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının üzvləri;

2.11. Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri;

2.12. yerli icra hakimiyyəti orqanlarının başçıları.

2.13. beynəlxalq konfranslarda, müşavirələrdə və başqa beynəlxalq tədbirlərdə Azərbaycan Respublikasının maraqlarını müdafiə edən digər rəhbər işçilər (Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin razılığı olduqda). [5]

3. Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəhbərinin müavinləri, idarə (şöbə, xidmət, bölmə) rəisləri və onların müavinləri, mühafizə zabitləri və onlara bərabər tutulan vəzifəli şəxsləri, feldyeger rabitəsinin diplomatik pasport əldə etmək hüququna malik olmayan şəxsi heyətə aid əməkdaşları. [6]

4. Dövlət qulluğunda, o cümlədən dövlət qulluğunun xüsusi növündə çalışan aşağıdakı şəxslər:

4.1. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin diplomatik pasport əldə etmək hüququna malik olmayan əməkdaşları; [7]

4.2. inzibati vəzifələrin ali – altıncı təsnifat vəzifələrində qulluq keçən dövlət qulluqçuları (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan dövlət qulluqçuları istisna olmaqla); [8]

4.3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəhbərlərinin köməkçiləri (müşavirləri), katibliyin, baş idarə, idarə (şöbə, xidmət, hərbi hissə, bölmə, sektor, qrup) rəhbərləri və onların müavinləri, həmin orqanların aparatlarında baş (böyük) və orta rəis heyəti vəzifələrində xidmət edən şəxslər, zabitlər, ali (böyük, orta) xüsusi rütbəsi olan şəxslər, baş məsləhətçilər, böyük məsləhətçilər, aparıcı məsləhətçilər, məsləhətçilər və onlara bərabər tutulan vəzifəli şəxslər; [9]

4.4. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin tabeliyində olan orqanların rəhbərləri və onların müavinləri, tabeliyində olan orqanların struktur vahidlərinin rəhbərləri və onların müavinləri; [10]

4.5. Azərbaycan Respublikasının vergilər nazirinin müşaviri (köməkçisi), nazirliyin aparat rəhbəri və onun müavini, baş idarə, idarə (departament, şöbə, bölmə) rəhbərləri və onların müavinləri, nazirliyin aparatında baş və kiçik rəis heyəti vəzifələrində xidmət edən şəxslər, nazirliyin tabeliyində olan orqanların rəhbərləri və onların müavinləri, həmin orqanların struktur vahidlərinin rəhbərləri və onların müavinləri;

4.6. Azərbaycan Respublikasının prokurorluq orqanlarının əməliyyatçıları, müstəntiqləri və prokurorları (qanunla müəyyən edilmiş qaydada diplomatik pasport əldə etmək hüququna malik olan Azərbaycan Respublikasının Baş prokuroru, onun müavinləri və Naxçıvan Muxtar Respublikasının prokuroru istisna olmaqla); [11]

4.7. feldyeger rabitəsi orqanının diplomatik pasport əldə etmək hüququna malik olmayan şəxsi heyətə aid əməkdaşları; [12]

4.8. Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru, sədrin müşaviri, icra aparatının rəhbəri və onun müavini, departament, şöbə və digər struktur vahidlərinin rəhbərləri və onların müavinləri, böyük mütəxəssisləri (böyük məsləhətçiləri), aparıcı mütəxəssisləri (aparıcı məsləhətçiləri), mütəxəssisləri (məsləhətçiləri), kiçik mütəxəssisləri və onlara bərabər tutulan vəzifəli şəxsləri, Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin və digər ərazi idarələrinin rəhbərləri və onların müavinləri;

4.9. Azərbaycan Respublikası Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin direktor müavini, icra aparatının rəhbəri və onun müavini, şöbə və digər struktur vahidlərinin rəhbərləri və onların müavinləri, böyük mütəxəssisləri (böyük məsləhətçiləri), aparıcı mütəxəssisləri (aparıcı məsləhətçiləri), mütəxəssisləri (məsləhətçiləri) və onlara bərabər tutulan vəzifəli şəxsləri;

4.10. Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçiləri;

4.11. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatlarının işçiləri. [13]

4-1. Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) baş redaktorları, redaksiya müdirləri, baş müxbirləri, böyük fotomüxbirləri, xarici ölkələrdə çalışan müxbirləri. [14]

5. Xidməti pasport almaq hüququ olan digər şəxslər:

5.1. Azərbaycan Respublikasının xarici ölkələrdəki nümayəndəliklərinin inzibati-texniki işçiləri üç aydan artıq xarici ölkələrdə işləyərsə, onların arvadı (əri), 18 yaşına çatmamış uşaqları və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları; [15]

5.2. beynəlxalq xətlərdə çalışan dəniz və hava gəmiləri, dəmir yolu, avtonəqliyyat işçiləri;

5.3. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatlarının işçiləri və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) xarici ölkələrdə çalışan müxbirləri üç aydan artıq xarici ölkələrdə işləyərsə, onların arvadı (əri), 18 yaşına çatmamış uşaqları və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları. [16]

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 fevral 2012-ci il tarixli 579 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 9 fevral 2012-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 68)

  1. 8 may 2012-ci il tarixli 633 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 9 may 2012-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 426)
  2. 4 sentyabr 2012-ci il tarixli 699 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 6 sentyabr 2012-ci il, № 198, “Azərbaycan” qəzeti 8 sentyabr 2012-ci il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 9, maddə 851)
  3. 19 dekabr 2012-ci il tarixli 774 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 20 dekabr 2012-ci, № 284, “Azərbaycan” qəzeti 22 dekabr 2012-ci, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1248)
  4. 26 sentyabr 2013-cü il tarixli 997 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 sentyabr 2013-cü il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1063)
  5. 9 sentyabr 2014-cü il tarixli 253 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 10 sentyabr 2014-cü il, № 196; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1033)
  6. 15 fevral 2016-cı il tarixli 772 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 fevral 2016-cı il, № 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 236)
  7. 16 mart 2017-ci il tarixli 1305 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 mart 2017-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 383)
  8. 5 oktyabr 2017-ci il tarixli 1615 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 oktyabr 2017-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1782)
  9. 15 noyabr 2017-ci il tarixli 1683 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2022)
  10. 31 may 2018-ci il tarixli 103 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 iyun 2018-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 971)
  11. 1 mart 2019-cu il tarixli 554 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 395)
  12. 31 yanvar 2020-ci il tarixli 923 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №1, maddə 12)
  13. 29 oktyabr 2020-ci il tarixli 1168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 oktyabr 2020-ci il, № 225, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1246)
  14. 25 noyabr 2020-ci il tarixli 1194 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 26 noyabr 2020-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1363)
  15. 23 iyul 2021-ci il tarixli 1409 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 743)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 oktyabr 2020-ci il tarixli 1168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 oktyabr 2020-ci il, № 225, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1246) ilə “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 2-ci hissəsinə “dövlət orqanlarının,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin,” sözləri əlavə edilmişdir.

 

[2] 29 oktyabr 2020-ci il tarixli 1168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 oktyabr 2020-ci il, № 225, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1246) ilə “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”na yeni məzmunda 2.1-1-ci bənd əlavə edilmişdir.

 

[3] 7 fevral 2012-ci il tarixli 579 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 9 fevral 2012-ci il, № 31, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 02, maddə 68) ilə “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 2.2-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.2. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri;

15 fevral 2016-cı il tarixli 772 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 19 fevral 2016-cı il, № 38; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 02, II kitab, maddə 236) ilə “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 2.2-ci bəndindən “mərkəzi” sözü çıxarılmışdır və “Naxçıvan Bölməsində” sözləri “Naxçıvan və Gəncə bölmələrində” sözləri ilə əvəz edilmişdir.

 

[4] 1 mart 2019-cu il tarixli 554 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 mart 2019-cu il, № 51, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №3, maddə 395) ilə “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 2.3-cü bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.3. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru və onun müavini;

25 noyabr 2020-ci il tarixli 1194 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 26 noyabr 2020-ci il, № 247, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №11, maddə 1363) ilə “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 2.3-cü bəndindən “, Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın Katibliyinin” sözləri çıxarılmışdır.

 

[5] 4 sentyabr 2012-ci il tarixli 699 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 6 sentyabr 2012-ci il, № 198, “Azərbaycan” qəzeti 8 sentyabr 2012-ci il, № 200, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 9, maddə 851) ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”na 2.13-cü bənd əlavə edilmişdir.

 

[6] 31 may 2018-ci il tarixli 103 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 iyun 2018-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 971) ilə “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 3-cü hissəsinə “vəzifəli şəxsləri” sözlərindən sonra “, feldyeger rabitəsinin diplomatik pasport əldə etmək hüququna malik olmayan şəxsi heyətə aid əməkdaşları” sözləri əlavə edilmişdir.

 

[7] 5 oktyabr 2017-ci il tarixli 1615 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 oktyabr 2017-ci il, № 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 10, maddə 1782) ilə “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin Siyahısı”nın 4.1-ci bəndində “Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin,” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin,” sözləri əlavə edilmişdir.

31 yanvar 2020-ci il tarixli 923 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №1, maddə 12) ilə “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 4.1-ci bəndində “Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətinin,” sözləri “Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətinin,” sözləri ilə əvəz edilmişdir.

 

[8] 19 dekabr 2012-ci il tarixli 774 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti 20 dekabr 2012-ci, № 284, “Azərbaycan” qəzeti 22 dekabr 2012-ci, № 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 12, maddə 1248) ilə “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin Siyahısı”nın 4.2-ci bəndində “birinci – səkkizinci” sözləri “ali – altıncı” sözləri ilə əvəz edilmişdir.

 

[9] 9 sentyabr 2014-cü il tarixli 253 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 10 sentyabr 2014-cü il, № 196; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 09, maddə 1033) ilə “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 4.3-cü və 4.4-cü bəndlərində “Dövlət Sərhəd Xidməti” sözlərindən sonra “, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti” sözləri əlavə edilmişdir.

 

[10] 16 mart 2017-ci il tarixli 1305 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 28 mart 2017-ci il, № 62, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 383) ilə “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin Siyahısı”nın 4.3-cü və 4.4-cü bəndlərindən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılmışdır və həmin bəndlərə “Gömrük Komitəsi,” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti,” sözləri əlavə edilmişdir.

 

[11] 8 may 2012-ci il tarixli 633 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 9 may 2012-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 05, maddə 426) ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 4.6-cı bəndində “prokurorluq orqanlarının” sözlərindən sonra “əməliyyatçıları,” sözü əlavə edilmişdir.

 

[12] 31 may 2018-ci il tarixli 103 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 iyun 2018-ci il, № 122, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5, maddə 971) ilə “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 4.7-ci bəndi ləğv edilmişdir.

 

[13] 15 noyabr 2017-ci il tarixli 1683 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2022) ilə “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 4.10-cu bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 4.11-ci bənd əlavə edilmişdir.

 

23 iyul 2021-ci il tarixli 1409 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 743) ilə “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 4.11-ci və 5.3-cü bəndlərindən fəaliyyət göstərən səfirlik və konsulluqlarında sözləri çıxarılmışdır.

 

[14] 29 oktyabr 2020-ci il tarixli 1168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 oktyabr 2020-ci il, № 225, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1246) ilə “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”na yeni məzmunda 4-1-ci hissə əlavə edilmişdir.

 

[15] 26 sentyabr 2013-cü il tarixli 997 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 sentyabr 2013-cü il, № 212, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 09, maddə 1063) ilə “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 5.1-ci bəndində “və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan uşaqları” sözləri “, 18 yaşına çatmamış uşaqları və 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladları” sözləri ilə əvəz edilmişdir.

 

[16] 15 noyabr 2017-ci il tarixli 1683 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №11 , maddə 2022) ilə “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 5.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 5.3-cü bənd əlavə edilmişdir.

29 oktyabr 2020-ci il tarixli 1168 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 30 oktyabr 2020-ci il, № 225, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, №10, maddə 1246) ilə “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nın 5.3-cü bəndinə “işçiləri” sözündən sonra “və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) xarici ölkələrdə çalışan müxbirləri” sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status