AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
02.03.2011
QEYDİYYAT NÖMRƏSİ
36
ADI
“Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2011, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 230)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
02.03.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
“Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə

“Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təkliflərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 1, maddə 29, № 4, maddə 287) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.1. adında və 1-ci bəndində "bakalavr pilləsi" sözləri "bakalavriat səviyyəsi" sözləri ilə əvəz edilsin;

1.2. həmin qərarla təsdiq edilmiş "Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1.2.1. adında "bakalavr pilləsi" sözləri "bakalavriat səviyyəsi" sözləri ilə əvəz edilsin;

1.2.2. "2. Humanitar və sosial ixtisaslar qrupu" bölməsində "Filologiya" sözündən sonra "(dil və ədəbiyyat göstərilməklə)" sözləri əlavə edilsin;

1.2.3. "8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu" bölməsində:

1.2.3.1. "139. 050802 Pediatriya" və "145. 050808 Tibbi biologiya" rəqəmləri və sözləri çıxarılsın, "140-144" və "146-150" rəqəmləri müvafiq olaraq "139-143" və "144-148" rəqəmləri hesab edilsin;

1.2.3.2. "Müalicə işi", "Hərbi həkim işi", "Tibbi profilaktika", "Stomatologiya" sözlərindən sonra "*" işarəsi və cədvəldən sonra "* Bu ixtisaslar üzrə həkim hazırlığı aparılır." cümləsi əlavə edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 2 mart 2011-ci il

№ 36

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status