AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
14.04.2011
QEYDİYYAT NÖMRƏSİ
53
ADI
“Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş nişanların təsviri”nin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2011, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 368)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.04.2011
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

“Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş nişanların təsviri”nin təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.30-cu bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş nişanların təsviri” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   A.RASİZADƏ

 

Bakı şəhəri, 14 aprel 2011-ci il

     № 53

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2011-ci il 14 aprel tarixli 53 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

“Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş nişanların təsviri [2]

 

1. Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların təltif olunması üçün qızıl və gümüş nişanlar (bundan sonra - nişanlar) diametri 40 mm , qalınlığı 3 mm olan lövhə şəklində hazırlanır (1 və 2 nömrəli əlavələr). [3]

2. Nişanların üz tərəfində Azərbaycan Respublikasının Dövlət gerbi, gerbdən yuxarıda “Azərbaycan Respublikası” sözləri simmetrik yerləşdirilməklə həkk olunur. [4]

3. Nişanların arxa tərəfində çevrə daxilində qövsvarı kəsikdən başlanan günəş şüaları fonunda açıq vəziyyətdə olan kitabın qövsvarı kəsiklə daxili çevrə arasındakı hissədə aypara və səkkizguşəli ulduzun təsviri, yuxarı hissədə iki çevrə arasında saat əqrəbi istiqamətində “Təhsildə xüsusi nailiyyətlərə görə” sözləri həkk edilir. Bütün yazılar və təsvirlər qabarıqdır.

4. Qızıl nişanın yan səthində çevrə boyunca böyük çap hərfi ilə QIZIL NİŞAN, gümüş nişanın yan səthində GÜMÜŞ NİŞAN sözləri nəqş olunur. [5]

5. Nişanlar bürünc metaldan hazırlanır. Qızıl nişanın səthinə qızıl, gümüş nişanın səthinə gümüş suyu çəkilir. [6]

6. Nişanlar qırmızı rəngli plastik qutulara qablaşdırılır.

 

“Təhsildə xüsusi nailiyyətlərə görə qızıl və gümüş nişanların təsviri”nə

 

1 nömrəli əlavə

 

 

 

“Təhsildə xüsusi nailiyyətlərə görə qızıl və gümüş nişanların təsviri”nə

 

2 nömrəli əlavə

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə Qərarın adında və 1-ci hissəsində “medalların” sözü “nişanların” sözü ilə əvəz edilmişdir.

 

[2] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş medalların təsviri”nin adında, 1 və 2 nömrəli əlavələrinin yuxarı sağ küncündə “medalların” sözü “nişanların” sözü ilə əvəz edilmişdir.

 

[3] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş medalların təsviri”nin 1-ci hissəsində (hər iki halda) “medallar” sözü “nişanlar” sözü ilə, 5-ci hissənin birinci cümləsində və 6-cı hissədə “Medallar” sözü “Nişanlar” sözü ilə əvəz edilmişdir.

 

[4] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş medalların təsviri”nin 2-ci hissəsində və 3-cü hissənin birinci cümləsində “Medalların” sözü “Nişanların” sözü ilə əvəz edilmişdir.

 

[5] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş medalların təsviri”nin 4-cü hissəsində hər iki halda “medalın” sözü “nişanın” sözü ilə və hər iki halda “MEDAL” sözü “NİŞAN” sözü ilə əvəz edilmişdir.

 

[6] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, № 47, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 216) ilə “Təhsildə xüsusi nailiyyətlərə görə” qızıl və gümüş medalların təsviri”nin 5-ci hissəsinin ikinci cümləsində hər iki halda “medalın” sözü “nişanın” sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status