AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
24.01.2012
QEYDİYYAT NÖMRƏSİ
1971
ADI
"Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında" Saziş üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2012, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 19)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.01.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
380.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201201241971
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
25.01.2012
"Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında" Saziş üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə

"Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında" Saziş üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 211-IVQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında" Sazişin 27-ci maddəsinin 2-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. 2006-cı il noyabrın 28-də Minsk şəhərində imzalanmış "Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında" Sazişin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi müəyyən edilsin. [1]

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsinə uyğun olaraq "Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında" Sazişin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanların müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə müvafiq bildiriş göndərsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 24 yanvar 2012-ci il

                 1971

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353) ilə 1-ci hissəsində “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status