AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
13.03.2012
QEYDİYYAT NÖMRƏSİ
63
ADI
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-03-2012, Nəşr nömrəsi: 03, Maddə nömrəsi: 261)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
13.03.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.020
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201203130063
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
14.03.2012
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİ QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiya üzvlərinin sayı 11 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin: [1]

 

Kollegiyanın sədri

 

Müslümov Səlim Yanvar oğlu

-

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri

 

Kollegiyanın üzvləri:

 

İsayev İdris Balakişi oğlu

-

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Kərimli Mətin İmdad oğlu

-

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Məmmədov Natiq Nəsir oğlu

-

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Rəhimov İlqar Elxan oğlu

-

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Səfərov Cavid Fəxrəddin oğlu

-

Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Cəbiyev Əjdər Feyzulla oğlu

-

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri

Əlizadə Fuad Rəhim oğlu

-

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi

Bədəlbəyli Anar Rasim oğlu

-

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi

Əliyev Çingiz Mirzəkişi oğlu

-

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri [2]

Cəfərova Şəlalə Ziyad qızı

-

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının iqtisadiyyat şöbəsinin müdiri.

 

2. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli 140 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 6, maddə 568; 2007, № 12, maddə 1332) ləğv edilsin (2-ci hissəsi istisna olmaqla).

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının  Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 13 mart 2012-ci il

    № 63

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       24 aprel 2014-cü il tarixli 111 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 455)

2.       28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976)

3.       28 avqust 2018-ci il tarixli 359 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 avqust 2018-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1810)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 aprel 2014-cü il tarixli 111 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 04, maddə 455) ilə 1-ci hissəsi ilə təsdiq edilmiş kollegiyanın tərkibi yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

 

Kollegiyanın sədri

Ələkbərov Füzuli Həsən oğlu

- Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Kollegiyanın üzvləri:

Rəhimov İlqar Elxan oğlu

- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Məmmədov Natiq Nəsir oğlu

- Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Səfərov Cavid Fəxrəddin oğlu

- Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Balakişiyev Məhərrəm Şəmmət oğlu

- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daxili nəzarət şöbəsinin müdiri

Sadıqov Eyvaz Nurəli oğlu

- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kadrlarla iş və hüquq şöbəsinin müdiri

Bədəlbəyli Anar Rasim oğlu

- Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Məşğulluq Xidmətinin  rəisi

 

28 avqust 2018-ci il tarixli 359 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 avqust 2018-ci il, № 192, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1810) ilə 1-ci hissə ləğv edilmişdir.

 

[2] 28 noyabr 2016-cı il tarixli 488 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 29 noyabr 2016-cı il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1976) ilə 1-ci hissənin “Kollegiyanın üzvləri” bölməsində “yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi” sözləri “Aparatının sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status