AKTIN NÖVÜ
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
QƏBUL EDİLDİYİ TARİX
15.05.2012
QEYDİYYAT NÖMRƏSİ
04
ADI
“Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.05.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201205150004
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.05.2012
“Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları”nın təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Qərarı

Qəbul edildiyi tarix

15.05.2012

Qeydiyyat nömrəsi

04

Adı

“Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları”nın təsdiq edilməsi haqqında[1]

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

22.05.2012

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

190.010.000

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201205150004

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

21.05.2012

 

 

Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 7.17 və 9.2-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları”nın 3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası QƏRARA ALIR:

1. “Azərbaycan Respublikasında rezidenturaya qəbul qaydaları” təsdiq olunsun (əlavə olunur).

2. Bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilsin.

 

 

SƏDR                                                                                                MƏLEYKƏ ABBASZADƏ

 

 


 

 

Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2012-ci il 15 may tarixli, 04 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

 

AZƏRBAYCAN RESPUBLİKASINDA REZİDENTURAYA QƏBUL QAYDALARI

 

Bu Qaydalar Azərbaycan Respublikasının Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 7.17 və 9.2-ci bəndlərinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili qaydaları”nın 3-cü bəndinə əsasən hazırlanmışdır və həkim-mütəxəssislərin hazırlanması məqsədi ilə baza ali tibb təhsilli şəxslərin rezidenturaya qəbulu qaydalarını müəyyən edir.

 

1. Ümumi müddəalar

 

1.1. Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər (bundan sonra - namizəd) malikdirlər.

1.2. Rezidenturaya qəbul Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (bundan sonra - TQDK) tərəfindən “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 26.5-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.

1.3. Rezidenturaya əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında, habelə ali təhsil müəssisəsi ilə əcnəbi və ya vətəndaşlığı olmayan şəxs arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçirilir.

 

2. Ərizələrin qəbul edilməsi

 

2.1. Namizədlər qəbul imtahanında iştirak etmək üçün TQDK-nın rəsmi internet saytında “Namizədin elektron ərizəsi”ni doldurmalı və TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına aşağıdakı sənədlərin əslini şəxsən təqdim etməklə ərizələrini təsdiq etdirməlidirlər:

2.1.1. Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

2.1.2. əvvəlki illərin məzunları baza ali tibb təhsili haqqında diplomu, diploma əlavəni və baza ali tibb məzunu olduqları təhsil müəssisəsindən verilən, bitirdikləri ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali təhsil müəssisəsinə daxil olduğu il və abituriyent ərizəsinin nömrəsi göstərilən arayışı (Əlavə 1);[2]

2.1.3. cari ilin məzunları təhsil aldıqları baza ali tibb təhsili müəssisəsi tərəfindən verilən, təhsil aldıqları ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali təhsil müəssisəsinə daxil olduqları il və abituriyent ərizəsinin nömrəsi göstərilən arayışı (Əlavə 3);[3]

2.1.4. xarici ölkələrdə ali təhsil alanlar Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamə”ni;

2.1.5. xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən həkimlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə”ni.

2.2. Rezidentiraya qəbul olunmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yuxarıda qeyd olunan sənədlərlə bərabər, onların Azərbaycan dilinə notarial qaydada təsdiq olunmuş tərcüməsini təqdim edirlər.

 

3. Qəbul imtahanı

 

3.1. Baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir:

3.1.1. birinci mərhələdə namizədin təhsil aldığı baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq baza fənləri üzrə bilikləri yoxlanılır və imtahanın birinci mərhələsindəki nəticələri TQDK-nın müəyyən etdiyi tələbləri ödəyən namizədlər ikinci mərhələyə buraxılırlar;[4]

3.1.2. ikinci mərhələdə namizədin təhsil aldığı baza ali tibb təhsili istiqaməti üzrə ixtisas fənləri üzrə bilikləri yoxlanılır.

3.2. Namizədin təhsil aldığı baza ali tibb təhsili istiqamətindən asılı olaraq imtahan aparılan baza və ixtisas fənləri TQDK tərəfindən müəyyən edilir və “Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli”ndə göstərilir (Əlavə 2).

 

4. İxtisas seçimi

 

4.1. Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra aparılır. İxtisas seçiminə iki mərhələ üzrə imtahandan topladığı ümumi balı (ballarının cəmi) ilə yanaşı, baza fənləri və ixtisas fənləri üzrə ayrılıqda topladığı balı da TQDK tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan namizədlər buraxılırlar.

4.2. Namizəd “Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli”nə əsasən bitirdiyi baza ali tibb təhsili istiqamətinə müvafiq olan ixtisaslardan istəyinə uyğun olanlarını seçərək öz elektron ərizə formasına istədiyi ardıcıllıqla daxil edir və ixtisas seçimini təsdiq edir.

4.3. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi qəbul olunur və namizəd topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların siyahısında birinci olanına yerləşdirilir.

 

5. Müsabiqənin keçirilməsi

 

5.1. Müsabiqə namizədlərin iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi balı (ballarının cəmi) əsasında aparılır.

5.2. Namizədlərin yerləşdirilməsi onların öz ərizələrində qeyd etdikləri ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

5.3. Rezidenturaya müsabiqə yolu ilə qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır.

5.4. Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

5.4.1. baza ali tibb təhsili səviyyəsi üzrə orta qiymət balı;

5.4.2. ixtisas fənləri üzrə testdən toplanılan bal.

5.5. Müsabiqənin nəticələri elan olunduqdan sonra boş qalan yerlər elan edilir, namizədlər tərəfindən 4.2-ci bənddə göstərilən qaydada ixtisas seçimi həyata keçirilir və həmin yerlərə müsabiqə yolu ilə yerləşdirmə aparılır.

 

6. Yekun müddəalar

 

6.1. Hər hansı bir ixtisasa yerləşdirilmiş namizəd tələb olunan sənədləri TQDK tərəfindən müəyyən edilən 5 iş günü müddətində qəbul olduqları tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanına təqdim etməklə qeydiyyatdan keçməlidir. Namizədin bu müddətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.[5]

6.2. Rezidenturaya keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün TQDK tərəfindən Apelyasiya Komissiyası yaradılır.

6.3. Namizəd Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

6.4. Müsabiqənin keçirilməsi zamanı namizədin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:

6.4.1. saxta sənəd təqdim etmək;

6.4.2. imtahanlara mobil telefon və digər rabitə vasitələri, kalkulyator, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər  yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;

6.4.3. yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə siqaret gətirmək;

6.4.4. “İmtahan başlandı!” elan olunan andan imtahanın sonunadək səbəbindən asılı olmayaraq, zalda yerini dəyişmək, gəzişmək, danışmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq;

6.4.5. “İmtahan başlandı!” elan olunan andan 1,5 saat müddət keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində imtahan zalından çıxmaq;

6.4.6. başqasının cavab kartına, sual kitabçasına baxmaq və ya öz cavab kartına, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, imtahana öz yerinə başqasını göndərmək;

6.4.7. nəzarətçiyə  test tapşırıqlarının həllində kömək üçün müraciət etmək;

6.4.8. cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

6.5. Namizədin bu Qaydaların 6.4-cü bəndində göstərilən hərəkətlərə yol verməsi halları TQDK tərəfindən aşkar edildikdə onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

 


 

Əlavə 1

 

 

NAMİZƏD  HAQQINDA  ARAYIŞ   № ____

 

Ali təhsil müəssisəsinin adı:

_____________________________________________________________________________

 

1

Namizədin soyadı, adı və atasının adı

 

 

 

2

Baza ali tibb təhsili səviyyəsində aldığı ixtisasın adı

 

 

 

3

Baza ali tibb təhsili səviyyəsində aldığı ixtisasın şifri

 

Seriya

 

 

 

 

 

 

 

 

 

 

 

 

4

Diplom üzrə orta qiyməti

 

 

 

5

Baza ali tibb təhsili səviyyəsinə daxil olduğu il və daxil olmaq üçün doldurduğu “Abituriyentin ərizəsi”nin nömrəsi (iş nömrəsi)

 

Daxil olduğu il

 

 

 

 

 

Ərizənin nömrəsi

 

 

 

 

 

 

 

 

 

Arayışı verən şəxs  ____________________________________________________

                        soyadı, adı və atasının adı

 

 

İmza ___________________                        Tarix “____” “___________” 20__-ci il

                                

                                 M. Y.

 

 


 

 

Əlavə 2

REZİDENTURA SƏVİYYƏSİ ÜZRƏ İXTİSAS SEÇİMİ CƏDVƏLİ

 

 

Baza ali tibb təhsili səviyyəsində istiqamətlər (fakültələr)

Rezidentura səviyyəsində uyğun ixtisaslar

Rezidenturaya qəbul üçün

imtahan fənləri

Baza fənləri

İxtisas fənləri

1

2

3

4

Müalicə işi, Pediatriya

Anesteziologiya-reanimatologiya

Ümumi cərrahiyyə

Neyrocərrahiyyə

Plastik cərrahiyyə

Ürək-damar cərrahiyyəsi

Uşaq cərrahiyyəsi

Otorinolarinqologiya

Travmatologiya-ortopediya

Onkologiya

Urologiya

Oftalmologiya

Mamalıq-ginekologiya

Psixiatriya

Nevrologiya

Terapiya

Kardiologiya

Nefrologiya

Qastroenterologiya

Hematologiya

Dermatovenerologiya

İmmunologiya

Allerqologiya

Yoluxucu xəstəliklər

Revmatologiya

Endokrinologiya

Narkologiya

Fizioterapiya və tibbi bərpa

Ftiziatriya

Patoloji anatomiya, məhkəmə tibbi ekspertiza

Pediatriya

Şüa terapiyası

Şüa diaqnostikası

Mikrobiologiya

Genetika

Sosial gigiyena və səhiyyənin təşkili

İnsan anatomiyası

İnsan fiziologiyası

Patologiya[6]

Mikrobiologiya

Farmakologiya

Biokimya

Histologiya[7]

Daxili xəstəliklər

(Kardiologiya 

Pulmonologiya

Qastroenterologiya

Endekrinologiya

Nefrologiya

Hematologiya

Nevrologiya

Yoluxucu xəstəliklər

Psixiatriya)

 

 

Cərrahlıq (ümumi cərrahlıq, cərrahi xəstəliklər, uşaq cərrahlığı)[8]

 

Mamalıq və ginekologiya

 

Uşaq xəstəlikləri

(uşaq xəstəliklərinin propedevtikası,

neonatologiya)

Stomatologiya

 

Stomatologiya

Üz-çənə cərrahiyyəsi

Sosial gigiyena və səhiyyənin təşkili

İnsan anatomiyası

İnsan fiziologiyası

Patologiya

Mikrobiologiya

Farmakologiya

Biokimya

Histologiya

Terapevtik stomatologiya 

Ortopedik stomatologiya 

Üz-çənə cərrahiyyəsi

Uşaq stomatologiyası

 

Tibbi-biologiya

 

Mikrobiologiya

Laboratoriya işi

Genetika

Biokimya

Mikrobiologiya

İnsan fiziologiyası

Patologiya[9]

Histologiya

İnsan anatomiyası[10]

 

Klinik biokimya

Genetika

Tibbi-profilaktika

Sosial gigiyena və səhiyyənin təşkil

Gigiyena

Mikrobiologiya

Laboratoriya işi

Epidemiologiya

Yoluxucu xəstəliklər[11]

Biokimya

Mikrobiologiya

İnsan fiziologiyası

Patologiya

Histologiya

İnsan anatomiyası

Farmakologiya[12]

 

Gigiyena

(ümumi, kommunal,

qidalanma, əmək)

Epidemiologiya

Yoluxucu xəstəliklər

 

 


 

Əlavə 3

 

 

ARAYIŞ № _________

 

 

(________ /_______________-cü tədris ilində buraxılış kursunda oxuyan tələbələr üçün)

 

 

Verilir __________________________________________________________oğluna (qızına)

(soyadı, adı, atasının adı)

 

ondan ötrü ki, o həqiqətən ______________________ /________________-cü tədris ilində

 

_____________________________________________________________________________

(ali təhsil müəssisəsinin adı)

 

_______________________________şifrli__________________________________________

           (ixtisasın seriya və nömrəsi)

 

___________________________________________________________________ixtisası üzrə

(ixtisasın adı)

 

buraxılış kursunda oxuyur, orta qiyməti ______________________ baldır.

 

Ali təhsil müəssisəsinə daxil olduğu il və daxil olmaq üçün doldurduğu “Abituriyentin ərizəsi”nin nömrəsi (iş nömrəsi)

 

Daxil olduğu il

 

 

 

 

 

Ərizənin nömrəsi

 

 

 

 

 

 

 

 

 

_______________________________________________        ____________________

           (məsul şəxsin vəzifəsi, soyadı, adı, atasının adı)                                               imza

 

 

   Tarix:  ____  ______________  20____ il                                                           M.Y.

 

 

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 iyul 2012-ci il tarixli 11 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201207120011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 iyul 2012-ci il)

2.       21 fevral 2013-cü il tarixli 12 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201302210012, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 mart 2013-cü il)

3.       14 yanvar 2014-cü il tarixli 2 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201401140002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 yanvar 2014-cü il)

4.       26 noyabr 2015-ci il tarixli 3 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511260003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 dekabr 2015-ci il)

5.       8 fevral 2017-ci il tarixli 41 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201702080041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 fevral 2017-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 8 fevral 2017-ci il tarixli 41 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 14201702080041, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 14 fevral 2017-ci il) ilə ləğv edilmişdir.

 

[2] 14 yanvar 2014-cü il tarixli 2 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201401140002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 yanvar 2014-cü il) ilə 2.1.2-ci yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1.2. məzunu olduqları təhsil müəssisəsindən verilən, bitirdikləri ixtisasın şifri, orta qiymət balı (5 və ya 100 ballı şkalada), ali təhsil müəssisəsinə daxil olduğu il və abituriyent ərizəsinin nömrəsi göstərilən arayışı (Əlavə 1);

 

[3] 14 yanvar 2014-cü il tarixli 2 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201401140002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 yanvar 2014-cü il) ilə 2.1.3-cü yarımbənd yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

2.1.3. əvvəlki illərin məzunları baza ali tibb təhsili haqqında diplomu və ona əlavəni;

 

[4] 14 yanvar 2014-cü il tarixli 2 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201401140002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 yanvar 2014-cü il) ilə 3.1.1-ci yarımbənddə “yoxlanılır” sözündən sonra “və imtahanın birinci mərhələsindəki nəticələri TQDK-nın müəyyən etdiyi tələbləri ödəyən namizədlər ikinci mərhələyə buraxılırlar” sözləri əlavə edilmişdir.

 

[5] 14 yanvar 2014-cü il tarixli 2 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201401140002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 yanvar 2014-cü il) ilə 6.1-ci bəndin birinci cümləsində “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə” sözləri “qəbul olduqları tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilmişdir, ikinci cümləsindən “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində” sözləri çıxarılmışdır.

 

[6] 26 noyabr 2015-ci il tarixli 3 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511260003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 dekabr 2015-ci il) ilə “Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli”ndə (Əlavə 2) baza ali tibb təhsili səviyyəsində “Müalicə işi, pediatriya” və “Stomatologiya” istiqamətləri (fakültələri) üzrə baza fənləri (sütun 3) sırasında qeyd edilmiş “Patoloji anatomiya” və “Patoloji fiziologiya” fənləri “Patologiya” fənni ilə əvəz edilmişdir.

 

[7] 26 noyabr 2015-ci il tarixli 3 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511260003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 dekabr 2015-ci il) ilə “Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli”ndə (Əlavə 2) baza ali tibb təhsili səviyyəsində “Müalicə işi, pediatriya”, “Stomatologiya”, “Tibbi–biologiya” və “Tibbi-profilaktika” istiqamətləri (fakültələri) üzrə baza fənləri (sütun 3) sırasına “Histologiya” fənni əlavə edilmişdir.

 

[8] 14 yanvar 2014-cü il tarixli 2 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201401140002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 yanvar 2014-cü il) ilə “Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli”ndə (Əlavə 2) baza ali tibb təhsili səviyyəsində “Müalicə işi, pediatriya” istiqaməti (fakültəsi) üzrə ixtisas fənləri (sütun 4) sırasında qeyd edilmiş “Cərrahi xəstəliklər (ümumi cərrahlıq, xüsusi cərrahlıq)” fənninin adı “Cərrahlıq (ümumi cərrahlıq, cərrahi xəstəliklər, uşaq cərrahlığı)” adı ilə əvəz edilmişdir.

 

[9] 26 noyabr 2015-ci il tarixli 3 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511260003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 dekabr 2015-ci il) ilə “Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli”ndə (Əlavə 2) baza ali tibb təhsili səviyyəsində “Tibbi–biologiya” və “Tibbi-profilaktika” istiqamətləri (fakültələri) üzrə baza fənləri (sütun 3) sırasında qeyd edilmiş “Patoloji fiziologiya” fəni “Patologiya” fənni ilə əvəz edilmişdir.

 

[10] 26 noyabr 2015-ci il tarixli 3 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511260003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 dekabr 2015-ci il) ilə “Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli”ndə (Əlavə 2) baza ali tibb təhsili səviyyəsində “Tibbi–biologiya” və “Tibbi-profilaktika” istiqamətləri (fakültələri) üzrə baza fənləri (sütun 3) sırasına “İnsan anatomiyası” fənni əlavə edilmişdir.

 

[11] 14 yanvar 2014-cü il tarixli 2 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201401140002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 yanvar 2014-cü il) ilə “Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli”ndə (Əlavə 2) baza ali tibb təhsili səviyyəsində “Tibbi-profilaktika” istiqaməti (fakültəsi) üzrə rezidentura səviyyəsinə uyğun ixtisaslar (sütun 2) sırasına yoluxucu xəstəliklər əlavə edilmişdir.

 

[12] 26 noyabr 2015-ci il tarixli 3 nömrəli Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511260003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 3 dekabr 2015-ci il) ilə “Rezidentura səviyyəsi üzrə ixtisas seçimi cədvəli”ndə (Əlavə 2) baza ali tibb təhsili səviyyəsində “Tibbi-profilaktika” istiqaməti (fakültəsi) üzrə baza fənləri (sütun 3) sırasına “Farmakologiya” fənni əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status