AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
05.09.2012
QEYDİYYAT NÖMRƏSİ
190
ADI
“Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımlarının miqdarı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 06-09-2012, Nəşr nömrəsi: 198), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2012, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 916)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.10.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
360.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201209050190
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
07.09.2012
“Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımlarının miqdarı”nın təsd

“Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımlarının miqdarı”nın təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 28.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. “Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımlarının miqdarı” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri    Artur Rasi-zadə

 

Bakı şəhəri, 5 sentyabr 2012-ci il

                   № 190

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2012-ci il 5 sentyabr tarixli 190 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün alınan gömrük yığımlarının miqdarı

 

Sıra

№-si

Gömrük ekspertizasının növləri

Yığımların miqdarı

(manatla)

1

2

3

1. Malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi

1.1.

malın tərkibinin ekspertizası

50

1.2.

malın texniki göstəricilərinin ekspertizası

30

2. Malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi

2.1.

malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin yoxlanılması və təsnifat kodunun ekspertizası

20

2.2.

malların eyniləşdirilməsi üzrə ekspertiza

50

3. Malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi

3.1.

malların mənşə sənədlərinin həqiqiliyinin yoxlanılması

20

3.2.

emal prosesində malların hasilat və ya orta hasilat normalarının ekspertizası

100

3.3.

malların istehsal tarixinin ekspertizası

5

3.4.

yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin ekspertizası

100

3.5.

nəqliyyat vasitələrinin ekspertizası

30

3.6.

istehlak məhsullarının ekspertizası

30

3.7.

mikrobioloji ekspertiza (hər bir parametr üzrə)

20

3.8.

spirt və spirtli içkilərin xromatoqrafik ekspertizası

80

3.9.

mikotoksinlərin ekspertizası

110

3.10.

yeyinti məhsullarında və suda pestisidlərin ekspertizası

125

3.11.

ekspress-rentgenspektral ekspertiza

50

3.12.

rentgenspektral ekspertiza (hər bir parametr üzrə)

25

3.13.

nitrat və ya nitritlərin ekspertizası

50

3.14.

ağır metalların ekspertizası (hər bir parametr üzrə)

10

3.15.

yeyinti məhsullarında və suda ion-xromatoqrafiya ekspertizası (hər bir parametr üzrə)

10

3.16.

məhsullarda genetik modifikasiya olunmuş orqanizmlərin ekspertizası

100

3.17.

yeyinti məhsullarında antibiotiklərin ekspertizası

50

3.18.

yeyinti məhsullarında histaminin ekspertizası

50

3.19.

yeyinti məhsullarında qida əlavələrinin (konservantların, boyaq maddələrinin və s.) ekspertizası (hər bir parametr üzrə)

30

3.20.

fiziki-kimyəvi ekspertiza (hər bir parametr üzrə)

10

3.21.

orqanoleptik ekspertiza

8

3.22.

dərman vasitələrinin, narkotik və psixotrop maddələrin və onların prekursorlarının, bioloji qida əlavələrinin və onların substansiyalarının ekspertizası

100

3.23.

neft və neft məhsullarının ekspertizası

100

4. İxrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması

4.1.

ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının ekspertizası

50

5. Malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi

5.1.

malların kimyəvi və ya mineraloji tərkibinin ekspertizası

50

6. Ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi

6.1.

təhlükəli tullantıların ekspertizası

50

6.2.

ozondağıdıcı malların ekspertizası

50

7. Radiasiya təhlükəsi olan malların müəyyən edilməsi

7.1.

radioloji ekspertiza

50

8. Malların gömrük dəyərinin təyin olunması

8.1.

malların gömrük dəyərinin ekspertizası

50

9. Malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi

9.1.

malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin ekspertizası

50

 

Qeyd. Malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin və təsnifat kodunun ekspertizasına görə gömrük yığımları hər bir təsnifat kodu üzrə, emal prosesində hasilat normalarının müəyyən edilməsi üçün gömrük yığımları hər bir müraciət üzrə, digər ekspertiza məqsədləri üçün isə gömrük yığımları hər bir mal üzrə ayrılıqda tətbiq edilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       26 aprel 2016-cı il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 aprel 2016-cı il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 823)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 26 aprel 2016-cı il tarixli 168 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 29 aprel 2016-cı il, № 91, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 823) ilə ləğv edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status