AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.09.2012
QEYDİYYAT NÖMRƏSİ
211
ADI
"Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 26-09-2012, Nəşr nömrəsi: 215), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2012, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 937)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201209250211
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.09.2012
"Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

"Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının 1.1.7-ci, 1.1.8-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə və 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin və digər dərman preparatlarının siyahısı və miqdarı" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təminat Qaydası" təsdiq edilsin (2 nömrəli əlavə).

3. "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası" təsdiq edilsin (3 nömrəli əlavə).

4. "Dağınıq skleroz xəstəliyinin müalicəsində istifadə olunan yüksək effektli inyeksiya vasitələrinin və digər dərman preparatlarının Siyahısı" təsdiq edilsin (4 nömrəli əlavə).

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 25 sentyabr 2012-ci il

№ 211

 


Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 25 sentyabr tarixli 211

nömrəli qərarı ilə təsdiq edilmişdir

1 nömrəli əlavə

 

Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın (o cümlədən zəruri olan müayinələrin) həcmi, inyeksiya vasitələrinin və digər dərman preparatlarının siyahısı və miqdarı

 

Sıra

№-si

İllik tibbi yardım

Remittəedici forma

Proqressivləşən forma

1

2

3

4

 

1. Konsultasiyalar

1.1.

Nevropatoloq

ildə 2 dəfə

ildə 4 dəfə

1.2.

Okulist

ildə 2 dəfə

ildə 4 dəfə

1.3.

Terapevt

ildə 2 dəfə

ildə 4 dəfə

 

2. Laborator və instrumental müayinələr

2.1.

Qanın ümumi müayinəsi

ildə 2 dəfə

ildə 2 dəfə

2.2.

Sidiyin ümumi müayinəsi

ildə 2 dəfə

ildə 2 dəfə

2.3.

Qanda qaraciyər sınaqlarının təyini

ildə 2 dəfə

ildə 2 dəfə

2.4.

Qanda böyrək sınaqlarının təyini

ildə 2 dəfə

ildə 2 dəfə

2.5.

Baş və ya onurğa beyninin MRT müayinəsi

ildə 2 dəfə

ildə 2 dəfə

2.6.

Baş-beyin qabığının törədilmiş görmə potensiallarının qeydiyyatı

ildə 2 dəfə

ildə 2 dəfə

2.7.

Görmə analizatorunun həssaslığının və lyabilliyinin qeydiyyatı

ildə 1 dəfə

ildə 2 dəfə

 

3. Dərman preparatları

3.1.

Antikonvulsantlar: Karbamazepin 200 mq

illik 40 həb

illik 80 həb

3.2.

Trankvilizatorlar və yuxu-gətiricilər: Diazepam 10 mq

illik 56 həb

illik 84 həb

 

3.3.

Psixostimulyatorlar və nootroplar:

Piracetam 400 mq kapsul

Kavinton 5 mq həb

I

llik 120 kapsul

illik 120 həb

 

illik 120 kapsul

illik 120 həb

3.4.

Antidepressantlar:

Amitriptillin 25 mq

illik 60 həb

 

illik 120 həb

 

3.5.

Antispastik preparatlar: Tizanidin 4mq

6 ay, gündə 2-3 həb

(ayda 60-90 həb)

6 ay, gündə 2-3 həb

(ayda 60-90 həb )

3.6.

Analgetiklər: Paracetamol

illik 40 həb

illik 80 həb

3.7.

Antibiotiklər: Ampicillin

illik 20 ampul

illik 20 ampul

3.8.

Qastroprotektorlar:

Omeprazol 20 mq

Maaloks

illik 60-120 həb

illik 60-120 həb

3.9.

Diuretiklər:

Veroşpiron 50 mq

ayda 20-30 həb

 

ayda 20-30 həb

 

4. Digər preparatlar

4.1.

Betahistin 16-24 mq

illik 120 həb

illik 120 həb

4.2.

Oksibutinin Na (driptan)

illik 90 həb

illik 180 həb

4.3.

Vitamin E

illik 60 həb

illik 60 həb

4.4.

Essentiale

illik 720 kapsul

illik 720 kapsul

4.5.

5-NOK

illik 80 həb

illik 120 həb

4.6.

Flukonozol

illik 6 kapsul

illik 6 kapsul

4.7.

Midantan 100 mq

illik 60 həb

illik 60 həb

4.8.

Anaprilin 40mq

illik 40 həb

illik 40 həb

4.9.

Enalapril 10, 20 mq

illik 90-120 həb

illik 90-120 həb

4.10.

Emoksipin

illik 2,0 x 20 ampul

illik 2,0 x 20 ampul

4.11.

Ondansetron (zofran) 4mq

illik 20 ampul

illik 40 ampul

4.12.

Plazmaferez

illik 6-8 seans

illik 10-12 seans

 


Azərbaycan Respublikası Nazirlər

 Kabinetinin 2012-ci il 25 sentyabr tarixli

211 nömrəli qərarı ilə təsdiq edilmişdir

2 nömrəli əlavə

 

Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təminat

 

Q A Y D A S I

 

 1. Bu Qayda "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının 1.1.7-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təmin edilməsi məsələlərini tənzimləyir.

2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər yaşadıqları ərazi üzrə müalicə-profilaktika müəssisəsinin nevroloji kabinetində qeydiyyata alınırlar.

3. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər inyeksiya vasitələrini və digər dərman preparatlarını qeydiyyatda olduqları müalicə-profilaktika müəssisəsi (ərazi poliklinikası) tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi formaya uyğun, 2 nüsxədən ibarət yazılmış resept əsasında pulsuz alırlar.

4. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər üçün dərman preparatları təyin edilərkən, terapevtik doza 30 (otuz) günlük müalicə kursundan artıq olmamalıdır.

5. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin inyeksiya vasitələri və digər dərman preparatları ilə təminatı müalicə-profilaktika müəssisəsinin (ərazi poliklinikası) müqavilə bağladığı aptek vasitəsilə resept əsasında həyata keçirilir.

6. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin resept əsasında pulsuz aldıqları inyeksiya vasitələrinin və digər dərman preparatlarının dəyəri Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində "Səhiyyə" bölməsi üzrə nəzərdə tutulmuş vəsait hesabına ödənilir.

 

 


Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 25 sentyabr tarixli 211

nömrəli qərarı ilə təsdiq edilmişdir

3 nömrəli əlavə

 

Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi

 

Q A Y D A S I

 

1. Bu Qayda "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi məsələlərini tənzimləyir.

2. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsinə göndərilməsinin məqsədəuyğunluğu onların müşahidədə olduqları müalicə-profilaktika müəssisəsinin müalicə həkimi və şöbə müdiri tərəfindən müəyyən edilir.

3. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsinə tibbi göstərişi olduqda, onlara məsləhət görülən kurort, müalicənin növü, sanatoriyanın profili və diaqnoz qeyd olunmaqla müəyyən edilmiş formada tibbi arayış verilir.

4. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort tövsiyəsi məsələsinin həllində onların digər xəstəlikləri də nəzərə alınmalıdır.

5. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə sanatoriya-kurort müalicəsini almaq üçün putyovkalar (yollayışlar) işləməyənlərə Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına, mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda işləyənlərə isə məcburi dövlət sosial sığorta vəsaitləri hesabına verilir.

6. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər (tibb müəssisələrinin müvafiq göndərişi ilə ölkə hüdudları daxilində) sanatoriya-kurort putyovkası (yollayışı) ilə işləyənlər iş yerindən, işləməyənlər isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən təmin edilirlər. [1]

7. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər sanatoriya-kurort putyovkasını almaq üçün ərizələrini və müalicə-profilaktika müəssisəsi tərəfindən verilmiş tibbi arayışı sanatoriya-kurort putyovkasını verən aidiyyəti idarə, müəssisə, təşkilat və ya orqanlara təqdim edirlər.

8. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslər sanatoriya-kurort putyovkasını aldıqdan sonra onlara müşahidədə olduqları müalicə-profilaktika müəssisəsi tərəfindən sanatoriya-kurort kartası verilir.

9. Sanatoriya-kurort putyovkasını vermiş idarə, müəssisə, təşkilat və ya orqanlarda putyovkanın "geri qayıtma" talonunun qeydiyyatı aparılır və onun istifadəsini təsdiq edən sənəd kimi saxlanılır.


 

 

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2012-ci il 25 sentyabr tarixli 211

nömrəli qərarı ilə təsdiq edilmişdir

4 nömrəli əlavə

 

Dağınıq skleroz xəstəliyinin müalicəsində istifadə olunan yüksək effektli inyeksiya vasitələrinin və digər dərman preparatlarının

 

SİYAHISI

 

Sıra

№-si

Dərman

preparatlarının adı

Remittəedici forma

Proqressivləşən forma

 

1.

Qlükokortikosteroidlər:

Metilprednizolon

illik 250 mq x 56 ampul

illik 250 mq x 56 ampul

2.

Deksametazon

 

illik 4 mq-1ml x 20 ampul

illik 4 mq-1ml x 20 ampul

3.

Prednizolon

illik 25 mq 60 ampul

50 mq 100 həb

illik 25 mq 60 ampul

50 mq 200 həb

4.

Sitostatiklər

(β-interferonlar):

mitoksantron

β-interferon 1A

avoneks

tələb olunmur

 

həftədə 1 ampul-

illik 52 ampul

5 flakon illik

 

h əftədə 1 ampul-

illik 52 ampul

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       9 iyul 2019-cu il tarixli 297 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1320)

2.       5 mart 2021-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 276)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 9 iyul 2019-cu il tarixli 297 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 iyul 2019-cu il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1320) ilə 3 nömrəli əlavə - “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nın 6-cı hissəsinə “yerli orqanları” sözlərindən sonra “və ya “DOST” mərkəzləri” sözləri əlavə edilmişdir.

5 mart 2021-ci il tarixli 57 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 mart 2021-ci il, № 55, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 3, maddə 276) ilə “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nın 6-cı hissəsində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun yerli orqanları” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status