AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
24.12.2012
QEYDİYYAT NÖMRƏSİ
314
ADI
“Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 26-12-2012, Nəşr nömrəsi: 289), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2012, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1378)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.12.2012
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
190.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201212240314
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.12.2012
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

“Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanına əsasən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ali təhsil pilləsində əsas (baza ali) tibb təhsili üzrə ixtisasların Təsnifatı” təsdiq edilsin (əlavə olunur). [1]

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 29, № 4, maddə 287; 2011, № 3, maddə 230, № 11, maddə 1069; 2012, № 4, maddə 387, № 8, maddə 823) ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın “8. Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsindən “050801 Müalicə işi*”, "050803 Hərbi həkim işi*”, “050804 Tibbi profilaktika*”, “050805 Stomatologiya*” sözləri və cədvəlin sonundan “*Bu ixtisaslar üzrə həkim hazırlığı aparılır” sözləri çıxarılsın.

 

Azərbaycan Respublikasının  Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 24 dekabr 2012-ci il

                  № 314

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2012-ci il 24 dekabr tarixli 314 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Ali təhsil pilləsində əsas (baza ali) tibb təhsili üzrə ixtisasların [2]

 

TƏSNİFATI

 

İxtisasın şifri

İxtisasın adı

070101

Müalicə işi

070102

Hərbi həkim işi

070103

Tibbi profilaktika

070104

Stomatologiya

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       8 noyabr 2018-ci il tarixli 480 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2430)

2.       11 fevral 2019-cu il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2019-cu il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 343)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 8 noyabr 2018-ci il tarixli 480 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2430) ilə 1-ci hissə “tibb təhsilinin əsas” sözləri “əsas (baza ali) tibb” sözləri ilə əvəz edilmişdir.

11 fevral 2019-cu il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 fevral 2019-cu il, № 34, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 2, maddə 343) ilə 1-ci hissə ləğv edilmişdir.

 

[2] 8 noyabr 2018-ci il tarixli 480 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 noyabr 2018-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2430) ilə “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın adında “tibb təhsilinin əsas” sözləri “əsas (baza ali) tibb” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status