AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
29.12.2012
QEYDİYYAT NÖMRƏSİ
802
ADI
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 30-12-2012, Nəşr nömrəsi: 293), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2012, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1276)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.030.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201212290802
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.12.2012
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. iki ay müddətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.8-ci maddəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli nəşrlərin siyahısı ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; [1]

1.3. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. iki ay müddətində həmin Məcəllənin 23.1.15-2-ci maddəsində nəzərdə tutulmuş vergi partnyorluğu sazişinin formasını və bağlanma qaydasını müəyyən etsin;

1.5. iki ay müddətində həmin Məcəllənin 218.2-ci maddəsinin beşinci bəndində nəzərdə tutulmuş təbii inhisar subyektlərinin siyahısını müəyyən etsin;

1.6. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.7. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.21-ci, 106.1.12-ci, 106.1.13-cü, 164.1.8-ci, 164.1.15-ci (birinci halda), 164.1.16-cı (birinci halda), 199.7-ci, 199.8-ci, 207.3-cü və 207.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [2]

2.2. həmin Məcəllənin 23.1.15-2-ci, 102.1.14.2-ci maddələrində və 218.2-ci maddəsinin beşinci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.3. həmin Məcəllənin 15.1.15-1-ci maddəsində, 16.3-cü maddəsinin birinci cümləsində, 34.1-ci maddəsinin səkkizinci bəndinin ikinci cümləsində və 221.3.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;

2.4. həmin Məcəllənin 164.1.15-ci (ikinci halda) və 164.1.16-cı (ikinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi həyata keçirir;

2.5. həmin Məcəllənin 33.3-cü maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;

2.6. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun 2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:

3.1. bir ay müddətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.15-1-ci maddəsində nəzərdə tutulmuş ərizə formasını, 16.3-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş arayış formasını, 34.1-ci maddəsinin səkkizinci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması qaydalarını, 65.2-ci maddəsində nəzərdə tutulmuş sərəncam formasını və 221.3.1-ci maddəsində nəzərdə tutulmuş bəyannamə formasını müəyyən etsin;

3.2. ölkə iqtisadiyyatında şəffaflığın artırılması, maliyyə intizamının gücləndirilməsi məqsədi ilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

4. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi bir ay müddətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.15-ci və 164.1.16-cı maddələrində nəzərdə tutulmuş təsdiqedici sənədlərin formalarını müəyyən etsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylar üzrə vergi daxilolmalarının ahəngdarlığının proqnozlaşdırılması və vergi nəzarətinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitlərin maliyyələşdirilməsi ilə bağlı məlumatı hər ay başa çatdıqdan sonra növbəti ayın 10-dək Azərbaycan Respublikasının Vergilər Nazirliyinə onun müəyyən etdiyi elektron formada təqdim etsin.

6. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi qeyri-dövlət sektorunun müxtəlif fəaliyyət sahələrində peşələr və vəzifələr üzrə orta aylıq əmək haqqı məbləğinə dair statistik göstəriciləri şəhər və rayonlar üzrə hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dək Azərbaycan Respublikasının Vergilər Nazirliyinə onun müəyyən etdiyi elektron formada təqdim etsin.

7. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş şəxslərin daşınmaz əmlakları barədə daşınmaz əmlakın dövlət reyestrindəki məlumatları hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dək Azərbaycan Respublikasının Vergilər Nazirliyinə onun müəyyən etdiyi elektron formada təqdim etsin.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:

8.1. daşınmaz əmlakın alğı-satqısı ilə bağlı aparılan notariat əməliyyatları barədə məlumatı hər ay başa çatdıqdan sonra növbəti ayın 20-dək Azərbaycan Respublikasının Vergilər Nazirliyinə onun müəyyən etdiyi elektron formada təqdim etsin;

8.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

9. Bu Fərman 2013-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 dekabr 2012-ci il

                № 802

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 27 dekabr 2013-cü il tarixli 65 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 29 dekabr 2013-cü il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1532)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 dekabr 2013-cü il tarixli 65 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 29 dekabr 2013-cü il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1532) ilə 1.2-ci bənd ləğv edilmişdir.

 

[2] 27 dekabr 2013-cü il tarixli 65 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 29 dekabr 2013-cü il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1532) ilə 2.1-ci bənddən “164.1.8-ci,” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status