AKTIN NÖVÜ
Dövlət Miqrasiya Xidməti
QƏBUL EDİLDİYİ TARİX
11.02.2013
QEYDİYYAT NÖMRƏSİ
17
ADI
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
22.02.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.180.050
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201302110017
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
21.02.2013
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı

Qəbul edildiyi tarix

11.02.2013

Qeydiyyat nömrəsi

17

Adı

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

22.02.2013

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

010.180.050

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201302110017

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

21.02.2013

 

 

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”nin 16.3-1-ci və 16.7-ci bəndlərini rəhbər tutaraq Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

 

QƏRARA ALIR:

 

“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Qərar qəbul edildiyi gündən üç gün keçənədək Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunsun.

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 05 noyabr 2012-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə” ləğv edilsin.

 

Azərbaycan Respublikası

Dövlət Miqrasiya Xidmətinin rəisi

 

 

 

III dərəcəli dövlət miqrasiya

xidməti müşaviri

 

Firudin Nəbiyev

 


 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin 11 fevral 2013-cü il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında

 

Ə S A S N A M Ə

 

1. Ümumi müddəalar

 

1.1. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi (bundan sonra - Baş idarə) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (bundan sonra - Xidmət) aparatının müstəqil struktur bölməsidir.

1.2. Baş idarə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”ni, “Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə”ni, Xidmətin kollegiya qərarlarını, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin (bundan sonra – Xidmət rəisi) qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Baş idarə fəaliyyətini Xidmətin aparatının struktur bölmələri, sisteminə daxil olan qurumlar, aidiyyəti dövlət orqanları, yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əlaqəli şəkildə həyata keçirir.[1]

1.4. Baş idarə müvafiq ştamplara malikdir.

 

2. Baş idarənin fəaliyyət istiqamətləri

 

2.1. Baş idarənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. miqrasiya sahəsində vahid uçot sisteminin, o cümlədən vahid miqrasiya məlumat sisteminin tətbiqini təmin edir və monitorinq həyata keçirir;

2.1.2. müvafiq vəsiqələrin verilməsi işini həyata keçirir; [2]

2.1.3. Xidmətin fəaliyyəti ilə bağlı analitik iş aparır, statistik hesabatları ümumiləşdirir;

2.1.4. Xidmətin informasiya təhlükəsizliyinin təmin olunması işini təşkil edir;

2.1.5. qanunvericilikdəəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

 

3. Baş idarənin vəzifələri

 

3.1. Baş idarə bu Əsasnamə iləəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. immiqrasiya, emiqrasiya və daxili miqrasiya proseslərini təhlil etmək, proqnozlaşdırmaq və onların tənzimlənməsi üzrə tədbirlər görülməsinə dair təkliflər hazırlamaq;

3.1.2. miqrasiya sahəsində monitorinq həyata keçirmək və nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görülməsinə dair təkliflər hazırlamaq;

3.1.3. miqrasiya orqanlarının fəaliyyətinə dair statistikanı aparmaq və hesabat üzrə məlumatları ümumiləşdirməklə aidiyyəti üzrə təqdim edilməsi işini təşkil etmək;

3.1.4. əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə veriləcək müvafiq icazə vəsiqələrinin və digər sənədlərin çap edilməsini və onlara təqdim edilməsini təşkil etmək

3.1.4-1. İşçilərin iş rejimini tənzimləyən növbə cədvəlləri əsasında Baş İdarənin fasiləsiz (24/7 və ya iş günləri saat 09:00-dan 18:00-dək) olaraq həyata keçirilməsi nəzərdə tutulan vəzifələrinin icrasını təmin etmək;[3]

3.1.5. aidiyyəti dövlət orqanlarından əldə edilmiş müvafiq məlumatlar əsasında xarici ölkələrə müvəqqəti və ya daimi köçən Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatını aparmaq; [4]

3.1.6. Xidmətin aparatının struktur bölmələri və sisteminə daxil olan qurumlar ilə birlikdə qanunsuz miqrantların müəyyən edilməsi və qanunsuz miqrasiyanın qarşısının alınmasında iştirak etmək;

3.1.6-1. Azərbaycan Respublikasına gəlişi və ya gedişi məhdudlaşdırılmış və ya barələrində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edilmiş, habelə Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatları Xidmətin vahid miqrasiya məlumat sistemi vasitəsilə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürmək və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusunu dəyişdirmək;[5]

3.1.7. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul, xitam və bərpa məsələlərinə dair Xidmətin rəyinin formalaşdırılmasında iştirak etmək;

3.1.8. Azərbaycan Respublikasında yaşayan və müvəqqəti olan, habelə haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmək üçün iş icazəsi olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçotunu aparmaq;[6]

3.1.8-1. Sistemlə digər əlaqəli dövlət informasiya resursları arasında məlumat mübadiləsinin yaradılması vasitəsilə Sistem çərçivəsində ölkəyə girişi qeydə alınmış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı ilə bağlı monitorinq aparmaq;[7]

3.1.9. Xidmətin səlahiyyətlərinə aid olan işlərlə bağlı mərkəzləşdirilmiş uçot sistemini təşkil etmək, o cümlədən vahid miqrasiya məlumat sistemini yaratmaq (bundan sonra-Sistem) və tətbiq etmək, onun “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə, Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə, “Lisenziyalar və icazələr” portalına və “Elektron icra” informasiya sisteminə inteqrasiyasını təmin etmək;[8]

3.1.10. Sistemin fəaliyyətini təmin etmək və lazımi informasiya resurslarının formalaşdırılmasını təşkil etmək;

3.1.11. Sistemin serverlər kompleksini idarə və mühafizə etmək;

3.1.12. müəyyən olunmuş qaydada Sistemlə digər əlaqəli dövlət və beynəlxalq informasiya resursları arasında məlumat mübadiləsini təşkil etmək;

3.1.13. Sistem çərçivəsində aidiyyəti dövlət orqanları arasında informasiya mübadiləsini, o cümlədən yoxlama və razılaşma işlərini elektron sənəd dövriyyəsi qaydasında təşkil etmək;

3.1.14. Sistem çərçivəsində sorğu, təhlil və hesabat işlərini mərkəzləşdirilmiş qaydada təşkil və təmin etmək;

3.1.15. Sistemə məlumatların tam və düzgün daxil edilməsini Xidmətin aparatının struktur bölmələri və sisteminə daxil olan qurumlardan tələb etmək və nəzarət etmək;

3.1.16. miqrasiya proseslərinə dair analitik materiallar hazırlamaq, təkliflər vermək;

3.1.17. Xidmətin rabitə və informasiya texnologiyaları xidmətlərinə olan tələbatlarının ödənilməsi məqsədilə zəruri tədbirlər görülməsi üçün təkliflər vermək;

3.1.18. Xidmətin sistemində yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiq edilməsi işini təşkil etmək;

3.1.19. Xidmətin aparatının struktur bölmələri və sisteminə daxil olan qurumlar, o cümlədən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, mərkəzi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət göstərməklə miqrasiya sahəsinə aid statistik göstəricilərin, məlumatların toplanmasını və təhlil olunmasını təşkil etmək;

3.1.20. qanunvericiliyə uyğun olaraq Baş idarənin fəaliyyət istiqamətlərinə aid olan dövlət sirrinin, o cümlədən xidməti sirrin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlərin görülməsi üzrə təkliflər hazırlamaq;

3.1.21. Baş idarənin fəaliyyət istiqamətlərinə dair təklif, ərizə və şikayətlərə baxmaq və daxil olmuş sorğulara vaxtında cavab vermək;

3.1.22. Baş idarənin fəaliyyət istiqamətinə uyğun olaraq Xidmətin rəhbərliyinin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək.

 

4. Baş idarənin hüquqları

 

4.1. Baş idarə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

4.1.1. fəaliyyətinə dair aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə, o cümlədən Xidmətin aparatının struktur bölmələrinə və sisteminə daxil olan qurumlara zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.2. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

4.1.3. miqrasiya proseslərini və meyllərini nəzərə almaqla ölkənin miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi təşəbbüsü ilə təkliflər vermək;

4.1.4. Baş idarənin fəaliyyət istiqamətinə uyğun olaraq digər dövlətlərin müvafiq təcrübəsini, o cümlədən müasir elmi-texniki nailiyyətləri öyrənmək və bu sahədə əldə olunmuş biliklərin və təcrübənin tətbiq edilməsi üçün Xidmət rəhbərliyinə təkliflər vermək;

4.1.5. Baş idarənin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;

4.1.6. Baş idarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilmiş işin təkmilləşdirilməsinə dair təkliflər vermək;

4.1.7. müvafiq sahədə işçilərin peşə hazırlığının və ixtisaslarının artırılması üçün təkliflər vermək;

4.1.8. vəzifələrinin icrası ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

5. Baş idarənin fəaliyyətinin təşkili

 

5.1. Baş idarənin strukturu və ştat vahidlərinin sayı Xidmət rəisi tərəfindən təsdiq edilir.

5.2. Baş idarənin strukturuna 1 idarə (Miqrasiya proseslərinin təhlili idarəsi) və 1 şöbə (Monitorinq şöbəsi) daxildir. Miqrasiya proseslərinin təhlili idarəsinin tərkibinə 1 şöbə (Miqrasiya vahid informasiya sisteminin təminatı şöbəsi) və 1 bölmə (Analitik təhlil və statistika bölməsi) daxildir. [9]

5.3. Baş idarəyə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla Xidmət rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Baş idarə rəisi rəhbərlik edir. Baş idarə rəisi Baş idarənin işinin düzgün təşkili, həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

5.4. Baş idarənin digər işçiləri Xidmət rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir.

5.5. Miqrasiya proseslərinin təhlili idarəsinin rəisi eyni zamanda Baş idarə rəisinin müavinidir. Baş idarə rəisi olmadıqda onun səlahiyyətlərini Miqrasiya proseslərinin təhlili idarəsinin rəisi həyata keçirir.[10]

5.6. Baş idarənin işçiləri öz səlahiyyətlərini vəzifə və iş bölgüsünə əsasən yerinə yetirirlər.

5.7. Baş idarədə işin təşkili və vəziyyəti, iş planlarında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi, qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə əlaqədar məsələlər mütəmadi olaraq Baş idarə rəisinin yanında keçirilən iclaslarda müzakirə edilir.

 

5.8. Baş idarə rəisi:

5.8.1. Baş idarənin işini təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

5.8.2. Baş idarənin strukturuna daxil olan idarələr (şöbə, bölmə) və işçilər arasında vəzifə və iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir;

5.8.3. Baş idarənin işçilərinin üzərinə düşən vəzifələrin yerinə yetirilməsinə, etik davranış qaydalarına, icra və əmək intizamına nəzarət edir; [11]

5.8.3-1. Baş idarədə vəzifələrinin icrası məqsədilə xidmətin fasiləsiz təşkil edilməsi üçün zəruri olan istiqamətləri müəyyən etmək və bu məqsədlə hazırlanmış növbə cədvəlini təsdiq etmək;[12]

5.8.4. Baş idarənin fəaliyyətini Xidmətin aparatının struktur bölmələri və sisteminə daxil olan qurumlarla əlaqələndirir;

5.8.5. Xidmətin kollegiya qərarlarında, Xidmət rəisinin qərar, əmr və sərəncamlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

5.8.6. Baş idarənin fəaliyyəti ilə bağlı Xidmətin kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Xidmət rəhbərliyinə təqdim edir;

5.8.7. İş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında icra olunmasına nəzarəti həyata keçirir;

5.8.8. səlahiyyətinə aid hissədə icrası məcburi olan göstərişlər verir, onların icrasını təşkil edir və icrasına nəzarəti həyata keçirir;

5.8.9. Baş idarənin müvafiq hesabatlarını təsdiq edir;

5.8.10. xüsusi əhəmiyyətli və mürəkkəb sənədlərin icrasını bir neçə işçiyə tapşırır və ya onları bir işçinin icraatından digər işçinin icraatına verir;

5.8.11. Baş idarədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, onlara növbədənkənar xüsusi rütbə və ixtisas dərəcələrinin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Xidmət rəhbərliyinə təkliflər verir;

5.8.12. Baş idarənin fəaliyyətinin təkmilləşdirilməsi sahəsində tədbirlər görür və bu barədə Xidmət rəhbərliyinə təkliflər verir;

5.8.13. Baş idarəyə daxil olan məktub, ərizə, şikayət və təkliflərin baxılmasını, onların vaxtında və düzgün cavablandırılmasını təşkil edir;

5.8.14. mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə məhkəmələrə, hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır;

5.8.15. Baş idarənin statistik və digər hesabatlarını Xidmət rəhbərliyinə təqdim edir;

5.8.16. Baş idarədə kargüzarlıq işini təşkil edir;

5.8.17. Baş idarəni təmsil edir;

5.8.18. xidməti fəaliyyətlə bağlı Xidmət rəhbərliyinin tapşırıqlarını yerinə yetirir;

5.8.19. Baş idarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər məsələləri həll edir.

 

5.9. İdarə rəisi:

5.9.1. İdarədə işi təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

5.9.2. İş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətli icrasını təşkil edir; [13]

5.9.3. İdarənin fəaliyyəti ilə bağlı Xidmətin kollegiyasında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Baş idarə rəisinə təqdim edir; [14]

5.9.4. İdarənin işçiləri arasında iş bölgüsü aparır, əmək və icra intizamına, etik davranış qaydalarına riayət edilmələrini təşkil edir; [15]

5.9.4-1. xüsusi əhəmiyyətli və mürəkkəb sənədlərin icrasını bir neçə işçiyə tapşırır və ya onları bir işçinin icraatından digər işçinin icraatına verir;[16]

5.9.5. İdarəyə daxil olmuş sənədlərin, o cümlədən Xidmət rəhbərliyinin və Baş idarə rəisinin göstərişlərinin vaxtında, tam və düzgün icrasının təmin edilməsi, icraya mane olan amillərin müəyyən edilib aradan qaldırılması üçün zəruri tədbirlər görür; [17]

5.9.6. İdarənin işçilərini cəlb etməklə ümumiləşdirmələr aparır və fəaliyyətinin təkmilləşdirilməsi üzrə Baş idarə rəisinə təkliflər verir; [18]

5.9.7. ona tapşırılmış sahədə işin düzgün təşkili və icra olunmasını təmin edir;

5.9.8. İdarədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, onlara növbədənkənar xüsusi rütbə və ixtisas dərəcələrinin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Baş idarə rəisinə təkliflər verir;

5.9.9. fiziki və hüquqi şəxslərin müraciətlərinə baxır;

5.9.10. İdarədə kargüzarlıq işini təşkilini təmin edir;

5.9.11. mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə məhkəmələrə, hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır; [19]

5.9.12. peşə hazırlığının yüksəldilməsi məqsədilə qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır;

5.9.13. İdarənin statistik və digər hesabatlarını ümumiləşdirir və Baş idarə rəisinə təqdim edir; [20]

5.9.14. xidməti fəaliyyətlə bağlı Xidmət rəhbərliyinin və Baş idarə rəisinin tapşırıqlarını yerinə yetirir;

 

5.9-1. İdarə rəisinin müavini: [21]

5.9-1.1. İş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətli icrasını təşkil edir;

5.9-1.2. İdarənin işçiləri tərəfindən əmək və icra intizamına, etik davranış qaydalarına riayət edilmələrini təmin edir;

5.9-1.3. İdarənin fəaliyyəti ilə bağlı məsələləri kollegiyanın müzakirəsinə hazırlayır;

5.9.-1.4. İdarənin işçilərini cəlb etməklə ümumiləşdirmələr aparır və fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlayır;

5.9-1.5. İdarədə işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, həvəsləndirilməsi, onlara növbədənkənar xüsusi rütbə və ixtisas dərəcələrinin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı İdarə rəisinə təkliflər verir;

5.9-1.6. fiziki və hüquqi şəxslərin müraciətlərinə baxır;

5.9-1.7. İdarədə kargüzarlıq işinə nəzarət edir;

5.9-1.8. hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır;

5.9-1.9. peşə hazırlığının yüksəldilməsi məqsədilə qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır;

5.9-1.10. İdarənin statistik və digər hesabatlarını ümumiləşdirir və İdarə rəisinə təqdim edir;

5.9-1.11. xidməti fəaliyyətlə bağlı Xidmət rəhbərliyinin, Baş idarə və İdarə rəislərinin tapşırıqlarını yerinə yetirir.

 

5.10. Şöbə (Bölmə) rəisi:

5.10.1. Şöbədə (bölmədə) işi təşkil edir və onun fəaliyyətinə rəhbərliyi və nəzarəti həyata keçirir;

5.10.2. Şöbədə (bölmədə) işçilərin icraatında olan sənədlərin vaxtında və düzgün icra olunmasını təmin edir, onların fəaliyyətini istiqamətləndirir;

5.10.3. Şöbənin (bölmənin) fəaliyyəti ilə bağlı məsələlərin Xidmətin kollegiyasında müzakirə olunması üçün Baş idarənin müstəqil şöbəsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbəsində (bölməsində) isə İdarə rəisinin müavininə təkliflər verir; [22]

5.10.4. Şöbəyə (bölməyə) yeni təyin edilmiş işçiləri təcrübəli işçilərə təhkim edir və onların işinə bilavasitə nəzarəti həyata keçirir;

5.10.5. Şöbədə (bölmədə) işçilərin həvəsləndirilməsi, onlara növbədənkənar xüsusi rütbələrin verilməsi, intizam tənbeh tədbirlərinin tətbiq olunması, habelə işçilərin vəzifədən kənarlaşdırılması ilə bağlı Baş idarənin müstəqil şöbəsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbəsində (bölməsində) isə İdarə rəisinin müavininə təkliflər verir;

5.10.6. Şöbənin (bölmənin) fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Baş idarənin müstəqil şöbəsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbəsində (bölməsində) isə İdarə rəisinin müavininə təkliflər verir;

5.10.7. fiziki və hüquqi şəxslərin müraciətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxır və onları həll edir;

5.10.7-1. hüquqi və fiziki şəxslərə göndərilən məktubları imzalayır;[23]

5.10.8. peşə hazırlığının yüksəldilməsi məqsədilə qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir;

5.10.9. Şöbənin (bölmənin) müvafiq hesabatını Baş idarənin müstəqil şöbəsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbəsində (bölməsində) isə İdarə rəisinin müavininə təqdim edir;

5.10.10. xidməti fəaliyyətlə bağlı Baş idarənin müstəqil şöbəsində Xidmət rəhbərliyinin, Baş idarə rəisinin, İdarəyə daxil olan şöbəsində (bölməsində) isə həmçinin, İdarə rəisi və İdarə rəisinin müavininin tapşırıqlarını yerinə yetirir; [24]

 

5.11. Baş inspektor və inspektor:

5.11.1. şöbənin (bölmənin) səlahiyyətlərinə aid məsələlər üzrə müraciətlərə baxır və müvafiq tədbirlər görülməsi üçün təkliflər verir;

5.11.2. şöbənin (bölmənin) fəaliyyət istiqamətlərinə uyğun beynəlxalq təcrübəni öyrənir, onun tətbiqi ilə bağlı müvafiq təkliflər hazırlayır;

5.11.3. şöbənin (bölmənin) fəaliyyət istiqamətlərinə uyğun olaraq, vəzifə və iş bölgüsünə əsasən vəzifələrini icra edir;

5.11.4. müəyyən edilmiş müddətdə vəzifələrin icrasına dair hesabatı hazırlayır və Şöbə və ya Bölmə rəisinə təqdim edir;

5.11.5. qüvvədə olan qanunvericiliyi daim öyrənir, işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir;

5.11.6. xidməti fəaliyyətlə bağlı Xidmət rəhbərliyinin, Baş idarə, İdarə rəisinin, İdarə rəisinin müavininin və Şöbə (Bölmə) rəisinin digər tapşırıqlarını yerinə yetirir. [25]

 

5.12. Kiçik inspektor-kargüzar: [26]

5.12.1. daxil olan müraciətlər və sənədlər, habelə xidməti fəaliyyətlə bağlı digər informasiyalar üzrə məlumat bazaları yaradır və bu bazaları aktual saxlayır;

5.12.2. məlumat bazalarının fəaliyyətini və mühafizəsini təmin edir, mütəmadi olaraq məlumat bazalarının sığorta nüsxələrini yaradır;

5.12.3. daxil olan sənədləri və müraciətləri, o cümlədən icraatda olan sənədlərlə əlaqədar digər sənədləri Xidmətin Katibliyindən götürür və onların qeydiyyatını aparır;

5.12.4. daxil olan sənədləri Baş idarə rəisinə, İdarə rəisinin müavininə, İdarə rəisinə və ya Şöbə (Bölmə) rəisinə təqdim edir, onların dərkənarına əsasən icraçılara çatdırır; [27]

5.12.5. sənədlərin qanunvericiliklə nəzərdə tutulmuş müddətlərdə icra olunmasını nəzarətdə saxlayır, onların icra müddətinin gözlənilməsi ilə bağlı Baş idarə rəisinə məlumat təqdim edir;

5.12.6. sənədlərin icraçılar tərəfindən icra edilməsinin qeydiyyatını aparır, göndərilməsi üçün Xidmətin Katibliyinə təqdim edir;

5.12.7. icra olunmuş sənədlərin səliqə iləə tikilməsini və Xidmətin Katibliyinə saxlanılması üçün təhvil verilməsini təmin edir;

5.12.8. hüquqi və fiziki şəxslərin müraciətlərini ümumiləşdirir, Baş idarənin hər bir işçisinin icraatına daxil olan sənədlərin hesabatlarını toplayıb Baş idarə rəisinə təqdim edir;

5.12.9. Baş idarə rəisinin göstərişlərinin qeydiyyatını aparır, onların müvafiq qurumlara çatdırılmasını təmin edir;

5.12.10. işgüzar və peşə keyfiyyətlərinin yüksəldilməsinə çalışır, əmək və icra intizamına əməl edir, vəzifələrinin vaxtında və düzgün icra edilməsinə görə məsuliyyət daşıyır;

5.12.11. xidməti fəaliyyətlə bağlı Baş idarə, İdarə rəisinin, İdarə rəisinin müavininin və Şöbə (Bölmə) rəisinin tapşırıqlarını yerinə yetirir.

 

6. Baş idarənin strukturuna daxil olan idarə, şöbə və bölmələrin vəzifələri

 

6.1. Miqrasiya proseslərinin təhlili idarəsinin vəzifələri aşağıdakılardır:

6.1.1. bu Əsasnamənin 3.1.1-ci, 3.1.3-cü, 3.1.5-ci, 3.1.7-ci, 3.1.8-ci, 3.1.9 - 3.1.19-cu yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək; [28]

6.1.1-1. Xidmətin vahid miqrasiya məlumat sistemində İdarənin səlahiyyətlərinə dair əksini tapmalı məlumatları həmin sistemə müvafiq qaydada daxil etmək;[29]

6.1.2. Baş idarənin fəaliyyət istiqamətləri üzrə idarəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

 

6.2. Analitik təhlil və statistika bölməsinin vəzifələri aşağıdakılardır:

6.2.1. bu Əsasnamənin 3.1.1-ci, 3.1.3-cü, 3.1.5-ci, 3.1.8-ci, 3.1.16-cı və 3.1.19-cu yarımbəndlərində nəzərdə tutulan vəzifələri yerinə yetirmək; [30]

6.2.2. müvafiq məlumatların təhlil metodikası və texnologiyasını müəyyən etmək;

6.2.3. miqrasiya sahəsində zəruri məlumatların təsnifatını hazırlamaq;

6.2.4. Baş idarənin fəaliyyət istiqamətləri üzrə bölməyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

 

6.3. Monitorinq şöbəsinin vəzifələri aşağıdakılardır: [31]

6.3.1. bu Əsasnamənin 3.1.2-ci, 3.1.4-2-ci,, 3.1.6-cı və 3.1.8-1-ci yarımbəndlərində nəzərdə tutulan vəzifəni yerinə yetirmək; [32]

6.3.2. Sistem vasitəsi ilə verilmiş müvafiq vəsiqələrin və digər sənədlərin qanunvericilikləəyyən edilmiş hallarda aktiv statusunun dəyişdirilməsini həyata keçirmək; [33]

6.3.3. vahid miqrasiya məlumat sistemində əksini tapmalı şöbənin səlahiyyətlərinə dair məlumatları Xidmətin vahid miqrasiya məlumat sisteminə müvafiq qaydada daxil etmək;

6.3.4. Baş idarənin fəaliyyət istiqamətləri üzrə şöbəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

 

6.4. Miqrasiya vahid informasiya sisteminin təminatı şöbəsinin vəzifələri aşağıdakılardır: [34]

6.4.1. bu Əsasnamənin 3.1.7-ci, 3.1.8-1-ci, 3.1.9-3.1.15-ci, 3.1.17-3.1.18-ci yarımbəndlərində nəzərdə tutulan vəzifəni yerinə yetirmək; [35]

6.4.2. vahid miqrasiya məlumat sistemində əksini tapmalı şöbənin səlahiyyətlərinə dair məlumatları Xidmətin vahid miqrasiya məlumat sisteminə müvafiq qaydada daxil etmək;

6.4.3. Baş idarənin fəaliyyət istiqamətləri üzrə şöbəyə həvalə olunan digər vəzifələri yerinə yetirmək.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       07 avqust 2013-cü il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201308070021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 avqust 2013-cü il)

2.       25 iyun 2014-cü il tarixli 07 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201406250007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 iyul 2014-cü il)

3.       29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il)

4.       7 mart 2019-cu il tarixli 02 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201903070002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 mart 2019-cu il)

5.       14 dekabr 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il)

6.       19 noyabr 2020-ci il tarixli 06 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202011190006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 noyabr 2020-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 14 dekabr 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 1.3-cü bəndində və 3.1.6, 3.1.15, 3.1.19, 4.1.1, 5.8.4-cü yarımbəndlərində “Xidmətin” sözündən sonra “aparatının” sözü əlavə edilmişdir.

 

[2] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 2.1.2-ci və 3.1.4-cü yarımbəndləri ləğv edilmişdir.

 

[3] 14 dekabr 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”yə yeni məzmunda 3.1.4-1-ci yarımbənd əlavə edilmişdir.

 

[4] 14 dekabr 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 3.1.5 və 3.1.7-ci yarımbəndləri çıxarılmışdır.

 

[5] 14 dekabr 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”yə yeni məzmunda 3.1.6-1-ci yarımbənd edilmişdir.

 

[6] 25 iyun 2014-cü il tarixli 07 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201406250007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 02 iyul 2014-cü il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 3.1.8-ci yarımbəndində “fərdi icazəsi” sözləri “iş icazəsi” sözləri ilə əvəz edilmişdir.

 

[7] 07 avqust 2013-cü il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201308070021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 avqust 2013-cü il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”yə yeni məzmunda 3.1.8-1-ci yarımbənd əlavə edilmişdir.

 

[8] 7 mart 2019-cu il tarixli 02 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201903070002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 mart 2019-cu il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 3.1.9-cu yarımbəndinəonun” sözündən sonra “Lisenziyalar və icazələr” portalına,” sözləri əlavə edilmişdir.

 

19 noyabr 2020-ci il tarixli 06 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15202011190006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 noyabr 2020-ci il) ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 3.1.9-cu yarımbəndində “Lisenziyalar və icazələr” portalına, “Giriş-çıxış və qeydiyyat” idarələrarası məlumat-axtarış sisteminə və Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə” sözləri “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə, Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrinə, “Lisenziyalar və icazələr” portalına və “Elektron icra” informasiya sisteminə” sözləri ilə əvəz edilmişdir.

 

[9] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 5.2-ci bəndin birinci cümləsində “Miqrasiya vahid informasiya sisteminin təminatı” sözləri “Monitorinq” sözləri ilə və ikinci cümləsində “İcazə vəsiqələrinin” sözləri “Miqrasiya vahid informasiya sisteminin” sözləri ilə əvəz edilmişdir.

 

14 dekabr 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 5.2-ci bəndin ikinci cümləsində “1 şöbə (Miqrasiya vahid informasiya sisteminin təminatı şöbəsi) və” sözləri çıxarılmışdır.

 

[10] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 5.5-ci bəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

5.5. Baş idarə rəisi olmadıqda onun səlahiyyətlərini Baş idarənin İdarə rəisi həyata keçirir.

 

[11] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 5.8.3-cü yarımbəndində “yetirilməsinə” sözündən sonra “, etik davranış qaydalarına” sözləri əlavə edilmişdir.

 

[12] 14 dekabr 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”yə yeni məzmunda 5.8.3-1-ci yarımbənd əlavə edilmişdir.

 

[13] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 5.9.2-ci və 5.9.9-cu yarımbəndləri ləğv edilmişdir.

 

[14] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 5.9.3-cü yarımbəndi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

5.9.3. İdarənin fəaliyyəti ilə bağlı məsələləri kollegiyanın müzakirəsinə hazırlayır;

 

[15] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 5.9.4-cü yarımbənddə “təmin” sözü “təşkil” sözü ilə əvəz edilmişdir.

 

[16] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 5-ci hissəsinə yeni məzmunda 5.9.4-1-ci yarımbənd əlavə edilmişdir.

 

[17] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 5.9.5-ci yarımbəndinə “rəhbərliyinin” sözündən sonra “və Baş idarə rəisinin” sözləri əlavə edilmişdir.

 

[18] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 5.9.6-cı yarımbənddən “işçilərini cəlb etməklə ümumiləşdirmələr aparır və” sözləri çıxarılmışdır.

 

[19] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 5.9.11-ci yarımbənddə “hüquqi” sözlərindən əvvəl “mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə məhkəmələrə,” sözləri əlavə edilmişdir.

 

[20] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 5.9.13-cü yarımbənddən “ümumiləşdirir və” sözləri çıxarılmışdır.

 

[21] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 5-ci hissəsinə yeni məzmunda 5.9-1-ci bənd əlavə edilmişdir.

 

[22] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 5.10.3-cü, 5.10.5-ci, 5.10.6-cı və 5.10.9-cu yarımbəndlərdə “İdarə rəisinə” sözləri “Baş idarənin müstəqil şöbəsində Baş idarə rəisinə, İdarəyə daxil olan şöbəsində (bölməsində) isə İdarə rəisinin müavininə” sözləri ilə əvəz edilmişdir.

 

[23] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 5-ci hissəsinə yeni məzmunda 5.10.7-1-ci yarımbənd əlavə edilmişdir.

 

[24] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 5.10.10-cu yarımbənddə “bağlı” sözündən sonra “Baş idarənin müstəqil şöbəsində” sözləri əlavə edilmişdir, “ idarə rəisinin” sözləri isə “rəisinin, İdarəyə daxil olan şöbəsində (bölməsində) isə həmçinin, İdarə rəisi və İdarə rəisinin müavininin” sözləri ilə əvəz edilmişdir.

 

[25] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 5.11.6-cı və 5.12.11-ci yarımbəndlərdə “və Şöbə (Bölmə) rəislərinin” sözləri “rəisinin, İdarə rəisinin müavininin və Şöbə (Bölmə) rəisinin” sözləri ilə əvəz edilmişdir.

 

[26] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 5.12-ci bənddə “Baş mütəxəssis” sözləri “Kiçik inspektor-kargüzar” sözləri ilə əvəz edilmişdir.

 

[27] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 5.12.4-cü yarımbənddə “İdarə rəisinə” sözlərindən sonra “, İdarə rəisinin müavininə” sözləri əlavə edilmişdir.

 

[28] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 6.1.1-ci yarımbənddə “3.1.1-3.1.5-ci, 3.1.8-ci, 3.1.16-cı və 3.1.19-cu bəndlərində” sözləri “3.1.1-ci, 3.1.3-cü, 3.1.5-ci, 3.1.7-ci, 3.1.8-ci, 3.1.9 - 3.1.19-cu yarımbəndlərində” sözləri ilə əvəz edilmişdir.

 

14 dekabr 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 6.1.1-ci yarımbəndində “3.1.5-ci, 3.1.7-ci,” sözləri çıxarılmışdır.

 

[29] 14 dekabr 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”yə yeni məzmunda 6.1.1-1-ci yarımbənd əlavə edilmişdir.

 

[30] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 6.2.1-ci yarımbənddə “3.1.1-3.1.3-cü” sözləri “3.1.1-ci, 3.1.3-cü” sözləri ilə, “bəndlərində” sözü “yarımbəndlərində” sözü ilə əvəz edilmişdir.

 

14 dekabr 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 6.2.1-ci yarımbəndində “3.1.5-ci,” sözləri çıxarılmışdır.

 

[31] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 6.3-cü bənddə “İcazə vəsiqələrinin təminatı” sözləri “Monitorinq” sözü ilə əvəz edilmişdir.

 

[32] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 6.3.1-ci yarımbənddə “3.1.4-cü bəndində” sözləri “3.1.2-ci, 3.1.6-cı və 3.1.8-1-ci yarımbəndlərində” sözləri ilə əvəz edilmişdir.

 

14 dekabr 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 6.3.1-ci yarımbəndində “3.1.2-ci” sözlərindən sonra “3.1.4-2-ci,” sözləri əlavə edilmişdir.

 

[33] 29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 6.3.2-ci yarımbəndi ləğv edilmişdir.

 

[34] 14 dekabr 2019-cu il tarixli 13 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201912140013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2019-cu il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 6.4-cü bənd çıxarılmışdır.

 

[35] 07 avqust 2013-cü il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201308070021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 21 avqust 2013-cü il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 6.4.1-ci yarımbənddə “3.1.6-3.1.7-ci,” sözlərindən sonra “3.1.8-1-ci,” sözləri əlavə edilmişdir.

 

29 dekabr 2016-cı il tarixli 21 nömrəli Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612290021, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 yanvar 2017-ci il) ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsi haqqında Əsasnamə”nin 6.4.1-ci yarımbənddə “3.1.6-3.1.7-ci” sözləri “3.1.7-ci” sözü ilə, “bəndlərində” sözü “yarımbəndlərində” sözü ilə əvəz edilmişdir və “3.1.8-1-ci,” sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status