AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
28.12.1999
QEYDİYYAT NÖMRƏSİ
780-IQ
ADI
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2000, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 17)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
040.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU [1]

 

Maddə 1

 

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi təsdiq edilsin.

 

Maddə 2

(Çıxarılıb) [2]

 

Maddə 3

 

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi qüvvəyə mindiyi gündən "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1964-cü il, № 26, maddə 122) qüvvədən düşmüş hesab edilsin.

 

Maddə 4

 

4.1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1964-cü ildən etibarən qəbul olunmuş Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanlarının təsdiq edilməsi barədə Azərbaycan Sovet Sosialist Respublikasının qanunları (onların müvafiq hissələri), habelə bu maddədə göstərilən Azərbaycan Respublikasının qanunları (onların hissələri) və digər normativ hüquqi aktları 2000-ci il iyunun 1-dən ləğv edilsin:

4.2. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əlavə daxil edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 23 iyun tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1966-cı il, № 12, maddə 88);

4.3. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə əlavələr daxil edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1966-cı il 24 avqust tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1966-cı il № 16, maddə 136);

4.4. "Azərbaycan SSR Nikah, ailə, qeydiyyat və vətəndaşlıq vəziyyəti aktları haqqında Qanunlar Məcəlləsinə və Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1968-ci il 22 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1968-ci il, № 6, maddə 43);

4.5. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin 333-cü və 334-cü maddələrinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1968-ci il 22 mart tarixli, 410-VII saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1968-ci il, № 6, maddə 46);

4.6. "Azərbaycan SSR Mülki və Mülki Prosessual Məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1973-cü il 19 yanvar tarixli, 440-VIII saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1973-cü il, № 2, maddə 13);

4.7. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əlavə edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1973-cü il 18 iyun tarixli, 568-VIII saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1973-cü il, № 12, maddə 107);

4.8. "Azərbaycan SSR Mülki və Mülki Prosessual Məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1974-cü il 6 iyun tarixli, 870-VIII saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1974-cü il, № 11, maddə 75);

4.9. "Azərbaycan SSR Cinayət, Mülki, Mülki Prosessual, İslah-Əmək, Nikah və Ailə Məcəllələrinə əlavələr və dəyişiklik edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 28 mart tarixli, 463-IX saylı Fərmanının IV hissəsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1977-ci il, № 5-6, maddə 33);

4.10. "Azərbaycan SSR Mülki və Mülki Prosessual Məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1978-ci il 13 yanvar tarixli, 735-IX saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1978-ci il, № 1-2, maddə 8);

4.11. "Bakı şəhər Məhkəməsinin yaradılması ilə əlaqədar Azərbaycan SSR qanunvericiliyinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1979-cu il 18 may tarixli, 1185-IX saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1979-cu il, № 9-10, maddə 72);

4.12. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1980-ci il 30 sentyabr tarixli, 192-X saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1980-ci il, № 19, maddə 190);

4.13. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 10 sentyabr tarixli, 596-X saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1981-ci il, № 17, maddə 202);

4.14. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 2 oktyabr tarixli, 633-X saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1981-ci il, № 19, maddə 218);

4.15. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1982-ci il 18 fevral tarixli, 810-X saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1982-ci il, № 3-4, maddə 23);

4.16. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1982-ci il 23 sentyabr tarixli, 1044-X saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1982-ci il, № 18, maddə 163);

4.17. "Azərbaycan SSR Cinayət-Prosessual və Mülki Prosessual Məcəllələrinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 5 fevral tarixli, 1937-X saylı Fərmanının II hissəsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985-ci il, № 3, maddə 30);

4.18. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 27 may tarixli, 97-XI saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985-ci il, № 10, maddə 122);

4.19. "Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 24 iyun tarixli, 123-XI saylı Fərmanının I hissəsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985-ci il, № 12, maddə 143);

4.20. "Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 14 noyabr tarixli, 220-XI saylı Fərmanının VI hissəsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985-ci il, № 21, maddə 204);

4.21. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 13 dekabr tarixli, 272-XI saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1985-ci il, № 23-24, maddə 229);

4.22. "Azərbaycan SSR-in Mülki Məcəlləsinə və bəzi başqa qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1986-cı il 17 noyabr tarixli, 554-XI saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1986-cı il, № 21-22, maddə 159);

4.23. "Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsinə və Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 6 noyabr tarixli, 918-XI saylı Fərmanının II hissəsi (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987-ci il, № 21, maddə 200);

4.24. "Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 29 dekabr tarixli, 988-XI saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1987-ci il, № 24, maddə 253);

4.25. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1988-ci il 22 mart tarixli, 1055-XI saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1988-ci il, № 5-6, maddə 32);

4.26. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 17 aprel tarixli, 1775-XI saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990-cı il, № 8, maddə 54);

4.27. "Azərbaycan SSR Mülki Prosessual Məcəlləsinin 381-ci maddəsinə əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 17 aprel tarixli, 1777-XI saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1990-cı il, № 8, maddə 56);

4.28. "Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1990-cı il 30 iyul tarixli, 1878-XI saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1990-cı il, № 13-14, maddə 172);

4.29. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 1991-ci il 9 fevral tarixli, 61-XII saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1991-ci il, № 4, maddə 79);

4.30. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1992-ci il 7 aprel tarixli, 373 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, № 7, maddə 170);

4.31. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əlavə edilməsi haqqında" Azərbaycan Respublikasının 1992-ci il 29 iyul tarixli, 249 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, № 14, maddə 571);

4.32. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası 1993-cü il 10 fevral tarixli, 503 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993-cü il, № 3, maddə 90);

4.33. "Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası 1993-cü il 17 mart tarixli, 541 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993-cü il, № 11, maddə 329);

4.34. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, Cinayət-Prosessual Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə və Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası 1993-cü il 26 noyabr tarixli, 746 saylı Qanununun III hissəsi (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1993-cü il, № 23-24, maddə 673);

4.35. "Azərbaycan Respublikasının bəzi Məcəllələrinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası 1995-ci il 12 sentyabr tarixli, 1101 saylı Qanununun IV hissəsi (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1995-ci il, № 22, maddə 357);

4.36. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası 1997-ci il 7 fevral tarixli, 245-IQD saylı Qanununun II hissəsi (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1997-ci il, № 4, maddə 307);

4.37. "Referendum haqqında" və "Azərbaycan Respublikası Prezidentinin seçkiləri haqqında" Azərbaycan Respublikası qanunlarının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası 1998-ci il 23 iyun tarixli, 509-IQD saylı Qanununun 3-cü hissəsi (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 7, maddə 444);

4.38. "Müflisləşmə və iflas haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası 1999-cu il 2 aprel tarixli, 648-IQD saylı Qanununun II hissəsi (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 4, maddə 227);

4.39. "Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası 1999-cu il 2 aprel tarixli, 649-IQD saylı Qanununun II hissəsi (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 4, maddə 228).

Maddə 5

 

5.1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olmayan normativ hüquqi aktlar, onların müvafiq hissələri, müddəaları, həmçinin digər hüquqi normalar həmin Məcəlləyə uyğunlaşdırılanadək tətbiq edilə bilməz.

(Çıxarılıb) [3]

 

Azərbaycan Respublikasının Prezidenti     Heydər Əlİyev

Bakı şəhəri, 28 dekabr 1999-cu il
                  № 780-IQ

 

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

26 may 2000-ci il tarixli 886-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 5, maddə 323)

 

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 26 may 2000-ci il tarixli 886-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 5, maddə 323) ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikasının qanunu 2000-ci il sentyabr ayının 1-dən qüvvəyə minmişdir.

 

[2] 26 may 2000-ci il tarixli 886-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 5, maddə 323) ilə 2-ci maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

Maddə 2.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 2000-ci il iyunun 1-dən qüvvəyə minir.

 

[3] 26 may 2000-ci il tarixli 886-IQ nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 5, maddə 323) ilə  5.2-ci maddə çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:

5.2. Bu Qanun 2000-ci il iyunun 1-dən qüvvəyə minir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status