AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
26.02.2013
QEYDİYYAT NÖMRƏSİ
28
ADI
“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 28-02-2013, Nəşr nömrəsi: 02, Maddə nömrəsi: 197)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.02.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
330.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
28.02.2013
“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 20 aprel tarixli 345-IVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 624 nömrəli Fərmanının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44, № 6, maddə 589, № 12, maddə 1118; 2011, № 1, maddə 66, № 9, maddə 854) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü hissədə “Rəhbər işçilərin” sözlərindən sonra “xarici ölkələrə” sözləri əlavə edilsin və həmin qərarla təsdiq edilmiş 2 nömrəli əlavə aşağıdakı redaksiyada verilsin:

“Rəhbər işçilərin xarici ölkələrə ezamiyyətləri ilə əlaqədar ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası

 

Sıra

№-si

Rəhbər işçinin vəzifəsi

Əlavə

(faizlə)

1

2

3

1.

Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrləri

100

2.

Azərbaycan Respublikası Baş nazirinin müavinləri, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi sədrinin müavinləri;

Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparat rəhbərləri;

Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Hesablama Palatasının, Məhkəmə-Hüquq Şurasının, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədrləri, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman), Azərbaycan Respublikasının Baş prokuroru, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin sədrləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqan-larının rəhbərləri, Bakı Şəhər İcra Hakimiyyəti başçısı

50

3.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri;

Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin müavinləri, Azərbaycan Respublikası apellyasiya məhkəmələrinin sədr müavinləri, Məhkəmə-Hüquq Şurasının üzvləri, Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavinləri, Azərbaycan Respublikası Hesablama Palatasının auditorları;

Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin müavinləri, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan orqanların rəhbərləri və müavinləri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədr müavinləri, Azərbaycan Respublikası Baş prokurorunun müavinləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında olan icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri, Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyətlərinin xarici ölkələrə rəsmi səfərləri ilə bağlı protokol tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar ezam olunan şəxslər

30

 

Qeydlər:

1. Cədvəlin 1-ci və 2-ci hissələrində göstərilən şəxslərə xidməti ezamiyyətlər zamanı ezamiyyə xərclərinin 1 günlük normasının 10 faizi məbləğində hər gün üçün nümayəndəlik xərcləri ödənilir. Həmin şəxslərə və diplomatik fəaliyyəti dövründə Fövqəladə və Səlahiyyətli Səfir dərəcəsi olanlara, eləcə də Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılmış hökumətlərarası komissiyaların tərkibinə daxil olan şəxslərə nəqliyyat xərcləri təyyarə üçün “biznes klass”, dəmiryol qatarları üçün “biznes klass” və ya “2 yerli kupeli yumşaq vaqon” tarifləri ilə ödənilir, bütün digər hallarda nəqliyyat xərcləri təyyarə üçün “ekonom klass”, dəmiryol qatarları üçün “4 yerli kupeli vaqon” tarifləri ilə ödənilir.

2. Azərbaycan Respublikasının yüksək səviyyəli nümayəndə heyətlərinin rəhbərləri beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə iştirak etmək üçün xarici ölkələrə ezam olunduqda, qəbul edən tərəfin protokol qaydalarına uyğun olaraq mehmanxanada yerləşdirildikdə, ezamiyyə xərcləri təqdim olunmuş sənədlərə əsasən faktiki mehmanxana xərclərinin 1 günlük məbləği ezamiyyə xərclərinin 1 günlük normasının cədvəldəki əlavələr nəzərə alınmaqla, 60 faizindən çox olduğu hallarda, həmin fərq mehmanxana günləri üçün ezamiyyə xərclərinə əlavə xərc olaraq ödənilir. Bu qayda ilə mehmanxanada yerləşdirilən həmin rəsmi nümayəndə heyətinin digər üzvlərinin ezamiyyə xərcləri təqdim olunmuş sənədlər əsasında müvafiq ölkələr üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin 1 günlük normasından 1,5 dəfədən çox olmamaq şərtilə ödənilir.

3. Cədvəldə göstərilən rəhbər işçilər onlar üçün müəyyən edilmiş əlavələrdən yalnız birini almaq hüququna malikdirlər.”.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri    Artur Rasi-zadə

 

Bakı şəhəri, 26 fevral 2013-cü il

     № 28

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status