AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
07.11.2003
QEYDİYYAT NÖMRƏSİ
514-IIQ
ADI
Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2003, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 678)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Azərbaycan Respublikasının "Vətənə xidmətə görə" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” ordeninin statutu və təsviri təsdiq edilsin (əlavə olunur).

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 noyabr 2003-cü il

№ 514-IIQ

 

 

 

Azərbaycan Respublikasının

2003-cü il 7 noyabr tarixli 514-IIQ qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” ordeninin statutu

 

1. Azərbaycan Respublikasının üç dərəcədə “Vətənə xidmətə görə” ordeni aşağıdakılara görə verilir:

Azərbaycan Respublikasına sadiqliyə görə, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirməyə görə;

dövlət qulluğunda səmərəli fəaliyyətə, yüksək peşəkarlığa və xüsusi nailiyyətlərə görə;

milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərə görə.

2. “Vətənə xidmətə görə” ordeninin ən yüksək dərəcəsi birinci dərəcə sayılır.

“Vətənə xidmətə görə” ordeninin hər üç dərəcəsi ardıcıllıqla verilir.

3. “Vətənə xidmətə görə” ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər ordenləri olduqda, onlardan sonra taxılır.

 

 


 

 

Azərbaycan Respublikasının

2003-cü il 7 noyabr tarixli 514-IIQ qanunu ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

“Vətənə xidmətə görə” ordeninin təsviri

 

“Vətənə xidmətə görə” ordeni hər tərəfə şüalar saçan səkkizguşəli ulduz əsasında tərtib edilmiş kompozisiyadan ibarətdir.

Ulduzun ortasında mavi mina ilə örtülmüş dairəvi lövhə həkk edilmişdir. Orden üç səviyyədən ibarətdir, səkkizguşəli ulduzun üzərində dairə yerləşdirilmiş, onun mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir olunmuşdur. Gerbin üst hissəsində dairənin yarımçevrəsi boyunca “Vətənə xidmətə görə” sözləri yazılmışdır. Bütün yazılar və təsvirlər qabarıqdır. [1]

“Vətənə xidmətə görə” ordeninin üç dərəcəsi vardır. Onun birinci dərəcəsi qızıldan, ikinci dərəcəsi gümüşdən, üçüncü dərəcəsi bürüncdəndir. Ordenin qabarit ölçüləri 35 mm x 35 mm -dir. Hər dərəcəsinin səthinin müvafiq rəng çaları vardır.

Ordenin arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur. [2]

Orden paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə, aşağıya doğru bucaq altında kəsilən xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Lent hər birinin eni 12 mm olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən 3 maili zolaqdan ibarətdir. Orta zolaq milli ornamentlə bəzədilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü, ordenin dərəcəsinə uyğun metaldan təbəqə bərkidilir. [3]

Ordenə paltara bərkidilmək üçün elementi olan, milli ornamentlə naxışlanan eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur. [4]

 

 


“VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ” ordeni

“VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ” ordeni

“VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ” ordeni

1-ci dərəcəsi

2-ci dərəcəsi

3-cü dərəcəsi

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 oktyabr 2006-cı il tarixli 172-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 934)

2.       30 sentyabr 2013-cü il tarixli 725-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1244)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 30 sentyabr 2013-cü il tarixli 725-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1244) ilə ikinci hissənin ikinci cümləsində “səkkizguşəli ulduzun yığılması iki kvadrat təşkil edir” sözləri “səkkizguşəli ulduzun üzərində dairə yerləşdirilmiş” sözləri ilə əvəz edilmişdir.

 

[2] 30 sentyabr 2013-cü il tarixli 725-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1244) ilə dördüncü hissədə “nömrəsi” sözündən əvvəl “seriyası və” sözləri əlavə edilmişdir.

 

[3] 30 sentyabr 2013-cü il tarixli 725-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1244) ilə beşinci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Orden paltara bərkidilmək üçün elementi olan 27 mm x 47,5 mm mm ölçüdə müvafiq olaraq qırmızı-qara, tünd göy-mavi və çəhrayı şabalıdı çalarlı beşbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir.

 

[4] 20 oktyabr 2006-cı il tarixli 172-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 934) ilə İkinci abzasın birinci cümləsi çıxarılmışdır və həmin abzasın ikinci cümləsi yeni redaksiyada verilmişdir.

Üçüncü abzasda “ 32 mm x 38 mm ” sözləri “ 35 mm x 35 mm ” sözləri ilə əvəz edilmişdir və həmin abzasın dördüncü cümləsi çıxarılmışdır.

Beşinci abzasda “ 27 mm x 47,15 mm ” sözləri “ 27 mm x 47,5 mm ” sözləri ilə əvəz edilmişdir.

 

30 sentyabr 2013-cü il tarixli 725-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 28 noyabr 2013-cü il, № 261; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 11, maddə 1244) ilə altıncı hissədə “ 27 mm x 9 mm” sözləri “ 37 mm x 10 mm” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status