AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
19.04.2013
QEYDİYYAT NÖMRƏSİ
617-IVQD
ADI
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 18-05-2013, Nəşr nömrəsi: 106), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2013, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 466)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
18.05.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
370.040.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201304190617
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.05.2013
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, № 18, maddə 244; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 142; 2002, № 6, maddə 328; 2004, № 7, maddə 505; 2006, № 12, maddə 1033; 2007, № 1, maddə 4; 2010, № 5, maddə 386; 2011, № 2, maddə 71, № 12, maddə 1086; 2012, № 2, maddə 62) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü maddə üzrə:

1.1.2. birinci hissədə “doğulduğu tarix,” sözlərindən sonra “doğulduğu yer,” sözləri əlavə edilsin;

1.1.3. ikinci hissənin dördüncü abzasından “doğulduğu yer,” sözləri çıxarılsın;

1.2. 4-cü maddədə “, doğum şəhadətnaməsi, fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları” sözləri “və müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulan digər sənədlər əsasında müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilsin;

1.3. 6-cı maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:

“Vətəndaş müddətli həqiqi hərbi xidmətə çağırıldıqda müvafiq icra hakimiyyəti orqanı, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə daxil olduqda isə həmin müəssisənin müdiriyyəti çağırışçının (kursantın) şəxsiyyət vəsiqəsini müvəqqəti alaraq hərbi xidmət başa çatanadək saxlamaq və sonra sahibinə qaytarmaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir.”;

1.4. 7-ci maddənin birinci hissəsində “onu vermiş müvafiq dövlət orqanına” sözləri “müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəz edilsin.

Maddə 2. Qanunun qüvvəyə minməsi

2.1. Bu Qanunun 1.1-ci və 1.2-ci maddələri 2018-ci il sentyabrın 1-dən qüvvəyə minir. [1]

2.2. Bu Qanunun 1.3-cü və 1.4-cü maddələri dərc edildiyi gündən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

 Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 aprel 2013-cü il

№ 617-IVQD

 


QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.              27 dekabr 2013-cü il tarixli 861-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, № 11; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 01, maddə 12)

2.              28 aprel 2015-ci il tarixli 1276-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 iyun 2015-ci il, № 120; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 682)

3.              17 noyabr 2017-ci il tarixli 883-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, I kitab maddə 2241)

4.              29 iyun 2018-ci il tarixli 1217-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1433)

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



[1] 27 dekabr 2013-cü il tarixli 861-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, № 11; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 01, maddə 12) ilə 2.1-ci maddəsində “2014-cü il yanvarın 1-dən” sözləri “2015-ci il dekabrın 1-dən” sözləri ilə əvəz  edilmişdir.

28 aprel 2015-ci il tarixli 1276-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 iyun 2015-ci il, № 120; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 682) ilə 2.1-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2018-ci il yanvarın” sözləri ilə əvəz edilmişdir.

17 noyabr 2017-ci il tarixli 883-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, I kitab maddə 2241) ilə 2.1-ci maddədə “2018-ci” sözləri “2019-cu” sözləri ilə əvəz edilmişdir.

 

29 iyun 2018-ci il tarixli 1217-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1433) ilə 2.1-ci maddədə “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status