AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
19.04.2013
QEYDİYYAT NÖMRƏSİ
625-IVQD
ADI
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 19-05-2013, Nəşr nömrəsi: 108), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2013, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 474)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
19.05.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.030.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201304190625
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.05.2013
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1.Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947; Azərbaycan Respublikasının 2012-ci il 20 noyabr tarixli 470-IVQD nömrəli, 21 dekabr tarixli 511-IVQD, 524-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 14.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

14.1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə:

 

14.1.1. on iş günü müddətində verildikdə və ya dəyişdirildikdə, yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlı hallarda iki iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

 

14.1.1.1. bir yaşınadək uşaqlar üçün

10 manat

14.1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

20 manat

14.1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

30 manat

14.1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara

40 manat

14.1.2. beş iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

 

14.1.2.1. bir yaşınadək uşaqlar üçün

20 manat

14.1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

40 manat

14.1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

60 manat

14.1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara

80 manat

14.1.3. bir iş günü müddətində verildikdə və ya dəyişdirildikdə

 

14.1.3.1. bir yaşınadək uşaqlar üçün

40 manat

14.1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün

80 manat

14.1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün

120 manat

14.1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara

160 manat

 

1.2. 15-ci maddədən “, 16 yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşları” sözləri çıxarılsın;

1.3. 17.1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“17.1.1. xidməti və diplomatik pasportların verilməsinə və ya dəyişdirilməsinə görə;”.

Maddə 2. Qanunun qüvvəyə minməsi

2.1. Bu Qanunun 1.1-ci maddəsi 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

2.2. Bu Qanunun 1.2-ci maddəsi 2018-ci il sentyabrın 1-dən qüvvəyə minir. [1]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 aprel 2013-cü il

№ 625-IVQD

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 dekabr 2013-cü il tarixli 866-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2013-cü il, № 290; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1504)

2.       28 aprel 2015-ci il tarixli 1276-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 iyun 2015-ci il, № 120; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 682)

3.       17 noyabr 2017-ci il tarixli 883-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, I kitab maddə 2241)

4.       29 iyun 2018-ci il tarixli 1217-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1433)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 dekabr 2013-cü il tarixli 866-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2013-cü il, № 290; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1504) ilə Qanunun 2.2-ci maddəsində “2014-cü il yanvarın 1-dən” sözləri “2015-ci il dekabrın 1-dən” sözləri ilə əvəz edilmişdir.

 

28 aprel 2015-ci il tarixli 1276-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 iyun 2015-ci il, № 120; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 682) ilə Qanunun 2.2-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2018-ci il yanvarın” sözləri ilə əvəz edilmişdir.

 

17 noyabr 2017-ci il tarixli 883-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, I kitab maddə 2241) ilə 2.2-ci maddədə “2018-ci” sözləri “2019-cu” sözləri ilə əvəz edilmişdir.

 

29 iyun 2018-ci il tarixli 1217-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1433) ilə 2.2-ci maddəsində “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status