AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
19.04.2013
QEYDİYYAT NÖMRƏSİ
627-IVQD
ADI
Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 19-05-2013, Nəşr nömrəsi: 108), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2013, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 476)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.09.2018
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
370.040.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201304190627
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
20.05.2013
Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”ni “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 282-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 315; 2008, № 3, maddə 158, № 10, maddə 886) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”nin 2-ci maddəsində “şəxsiyyət vəsiqəsi” sözlərindən sonra “və müvafiq beynəlxalq müqavilə bağlanmış xarici dövlətlərdə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” sözləri əlavə edilsin.

Maddə 2. Bu Qanun 2018-ci il sentyabrın 1-dən qüvvəyə minir. [1]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 aprel 2013-cü il

№ 627-IVQD

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 dekabr 2013-cü il tarixli 868-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, № 11; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 01, maddə 13)

2.       28 aprel 2015-ci il tarixli 1276-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 iyun 2015-ci il, № 120; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 682)

3.       17 noyabr 2017-ci il tarixli 883-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, I kitab maddə 2241)

4.       29 iyun 2018-ci il tarixli 1217-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1433)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 dekabr 2013-cü il tarixli 868-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 yanvar 2014-cü il, № 11; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 01, maddə 13) ilə Qanunun 2-ci maddəsində “2014-cü il yanvarın 1-dən” sözləri “2015-ci il dekabrın 1-dən” sözləri ilə əvəz edilmişdir.

28 aprel 2015-ci il tarixli 1276-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 6 iyun 2015-ci il, № 120; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 06, maddə 682) ilə Qanunun 2-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2018-ci il yanvarın” sözləri ilə əvəz edilmişdir.

17 noyabr 2017-ci il tarixli 883-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 10 dekabr 2017-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, I kitab maddə 2241) ilə 2-ci maddədə “2018-ci” sözləri “2019-cu” sözləri ilə əvəz edilmişdir.

 

29 iyun 2018-ci il tarixli 1217-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 iyul 2018-ci il, № 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 7, I kitab, maddə 1433) ilə 2-ci maddədə “2019-cu il yanvarın” sözləri “2018-ci il sentyabrın” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status