AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
01.12.2003
QEYDİYYAT NÖMRƏSİ
153
ADI
“Viza blankının təsviri, spesifikasiyası və nümunəsi”nin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2003, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 741)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.12.2003
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
440.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blankının təsviri və spesifikasiyası"nın təsdiq edilməsi haqqında

“Viza blankının təsviri, spesifikasiyası və nümunəsi”nin təsdiq edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Viza blankının təsviri, spesifikasiyası və nümunəsinin təsdiq edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: [2]

1. “Viza blankının təsviri” təsdiq edilsin (1 nömrəli əlavə). [3]

2. “Viza blankının spesifikasiyası” təsdiq edilsin (2 nömrəli əlavə).

2-1. “Viza blankının nümunəsi” təsdiq edilsin (3 nömrəli əlavə). [4]

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, viza blankının təsvirinə və spesifikasiyasına uyğun istehsalına başlanılması üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsini təmin etsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A. RASİZADƏ

 

Bakı şəhəri, 1 dekabr 2003-cü il

                    № 153

 

 


 

 

[5] Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 1 dekabr tarixli 153 nömrəli qərarı ilə

təsdiq edilmişdir

1 nömrəli əlavə

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 22 iyun tarixli 100 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

 

Viza blankının Təsviri [6]

 

Viza blankının təsviri İCAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatının) 9303 nömrəli sənədinin ikinci hissəsində nəzərdə tutulmuş maşınla oxunan viza (MRV-A) formatına uyğun çap olunur.

Vizada aşağıdakı məlumatlar göstərilir:

Azərbaycan və ingilis dillərində Azərbaycan Respublikasının adı və Dövlət gerbi, habelə “VİZA” sözü, viza blankının iki latın hərfindən ibarət olan seriyası və yeddirəqəmli nömrəsi;

viza sahibinin adı, soyadı, onun pasportunun nömrəsi, cinsi, anadan olduğu tarix, vətəndaşlığı və onunla gedənlərin ümumi sayı; [7]

vizanın verildiyi yer (şəhər), vizanın etibarlılıq müddətinin başlandığı və bitdiyi tarix, vizanın növü (giriş, qayıdış, tranzit, çıxış və s.), girişin sayı (birdəfəlik, çoxdəfəlik və s.), kateqoriyası (adi, xidməti, diplomatik və s.) və məqsədi (turist, biznes, tranzit və s.), ölkədə qalmaq üçün icazə verilmiş günlərin sayı, vizanın verildiyi tarix; [8]

vizanı verən səlahiyyətli şəxsin imzası və müvafiq dövlət orqanının möhürü;

viza sahibinin biometrik identifikasiya tələblərinə uyğun üz təsviri. [9]

Viza blankının aşağı hissəsində maşınla oxunan zona (MRZ) yerləşir və vizaya daxil edilən məlumatların maşınla oxunan formada təqdimatını təmin edir.

Qeyd. Vizada nəzərdə tutulmuş parametrlərin adları Azərbaycan və ingilis dillərində yazılır. Viza doldurularkən qeyd olunan məlumatlar ingilis dilində verilir.

 

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2003-cü il 1 dekabr tarixli 153 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

2 nömrəli əlavə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2007-ci il 22 iyun tarixli 100 nömrəli qərarı ilə

təsdiq edilmiş redaksiyada

 

Viza blankının Spesifikasiyası [10]

 

Viza blankının spesifikasiyası İCAO-nun (Beynəlxalq Mülki Aviasiya Təşkilatının) 9303 nömrəli sənədinin ikinci hissəsində nəzərdə tutulmuş maşınla oxunan viza (MRV-A) formatının spesifikasiyasına uyğundur.

Viza blankı 80x120 mm ölçülü, üfüqi şəkildə küncləri yarımdairəvi formada olan bir səhifədən və kötükdən ibarətdir və arxa hissəsi yapışqanlıdır. Kağızın tərkibi 100% sellülozdan olan viza blankı ofset, çoxçalarlı intaqlio və metalloqrafik üsulla çap olunur. Kağız, istifadə olunmuş boya və yapışqan viza blankının lazer printerində çap olunması üçün müvafiq hərarət dərəcəsinə davamlı olmalıdır.

Viza blankının üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları, mərkəzi hissəsində böyüdülmüş formada Azərbaycan Respublikasının Dövlət gerbi göstərilir. Viza blankının maşınla oxuna bilən hissəsi ikizolaqlıdır.

Viza blankının səthi hamardır. Viza blankının kağızının tərkibində görünən və flüoresent liflər vardır. Viza blankının istehsalı üçün istifadə olunan kağız optik cəhətdən ultrabənövşəyi şüaları əks etdirmir. İstehsalında giyoş, mikro çap və qabarıq çap üsullarından istifadə olunur.

Viza blankının şəxsi məlumatlara aid hissəsi “göy qurşağı” çap üsulu ilə təsvir olunur. “VİZA” sözünün yazılışında optik dəyişən mürəkkəbdən istifadə edilir. Viza blankının seriyası və nömrəsi maqnetik mürəkkəblə çap edilir. Viza blankındakı bir sıra elementlər infraqırmızı optik mürəkkəblə təsvir olunur və qoruyucu əlamətlər viza blankının üzərində proporsional şəkildə yerləşdirilir.

Viza blankının üzərində Azərbaycan Respublikasının Dövlət gerbi həkk olunmuş kiçik ölçüdə holloqram və ya kineqram vardır.

Viza blankı üçün istifadə olunmuş kağız, boya və yapışqan ən azı on il keyfiyyətini və xüsusiyyətini saxlamalıdır.

Viza blankının üzərində, onu pasportdan qoparmağa çalışarkən vizanın bir neçə hissəyə bölünməsinə gətirib çıxaran kəsiklər vardır.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 5 may tarixli 126 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

VİZA BLANKININ NÜMUNƏSİ

 

nk

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       20 oktyabr 2005-ci il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №10, maddə 985)

2.       22 iyun 2007-ci il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 704)

  1. 5 may 2014-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 may 2014-cü il, № 107; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 555)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 5 may 2014-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 may 2014-cü il, № 107; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 555) ilə Adında “Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blankının təsviri və spesifikasiyası”nın” sözləri “Viza blankının təsviri, spesifikasiyası və nümunəsi”nin sözləri ilə əvəz edilmişdir.

 

[2] 5 may 2014-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 may 2014-cü il, № 107; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 555) ilə Preambulada “Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blankının təsviri və spesifikasiyasının” sözləri “Viza blankının təsviri, spesifikasiyası və nümunəsinin” sözləri ilə əvəz edilmişdir.

 

[3] 5 may 2014-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 may 2014-cü il, № 107; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 555) ilə 1-ci və 2-ci hissələrdə, “Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza” sözləri “Viza” sözü ilə əvəz edilmişdir.

 

[4] 5 may 2014-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 may 2014-cü il, № 107; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 555) ilə 2-1-ci hissə əlavə edilmişdir.

 

[5] 22 iyun 2007-ci il tarixli 100 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 704) ilə 1 və 2 nömrəli əlavələr yeni redaksiyada təsdiq edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2003-cü il 1 dekabr  tarixli 153 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
1 nömrəli əlavə

 

Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blankının

təsvİrİ

 

Viza blankının üzərində Azərbaycan Respublikasının adı Azərbaycan və İngilis dillərində göstərilmiş, iki hərfdən ibarət seriya və altırəqəmli nömrə üçün yer qoyulmuşdur. Viza blankının üzərində görünən və görünməyən formada Azərbaycan Respublikasının simvolları, mərkəzi hissəsində dərin çapla böyüdülmüş formada Azərbaycan Respublikasının gerbi, aşağı hissəsində İKAO-nun tələblərinə cavab verən, maşınla oxuna bilən ikizolaqlı optik nəzarət oxusu hissəsi vardır.

Viza blankının səthi hamardır. Viza blankının üzərində Azərbaycan və İngilis dillərində "VİZA" sözü yazılmış, etibarlılıq müddətinin göstərilməsi üçün yer qoyulmuşdur. Viza blankında fotoşəkil üçün yer ayrılmışdır.

Viza blankının sol tərəfinə Azərbaycan və İngilis dillərində alt-alta "giriş sayı, verildiyi yer, verilmə tarixi, vizanın növü və qeydlər" sözləri yazılmışdır.

Viza blankının sağ tərəfində şəxsi məlumatlar hissəsində Azərbaycan və İngilis dillərində alt-alta "qalma müddəti, məqsəd, adı, soyadı, pasport nömrəsi" sözləri yazılmışdır.

 

Azərbaycan Respublikası Nazirlər  Kabinetinin 2003-cü il 1 dekabr  tarixli 153 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
2 nömrəli əlavə

 

Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza blankının
spesİfİkasİyası

 

Viza blankı 105x74 mm ölçülü, üfqi şəkildə küncləri yarımdairəvi formada olan bir səhifədən və kötükdən ibarətdir və arxa hissəsi yapışqanlıdır. Kağızın tərkibi 100% sellülozdan olan viza blankı ofset, çoxçalarlı intaqlio və metalloqrafik üsulla çap olunur və kimyəvi maddələrin təsirinə davamlıdır.

Kağızın tərkibində flüoresent nöqtələr, görünən və flüoresent liflər vardır.

Viza blankının istehsalı üçün istifadə olunan kağız optik cəhətdən ultrabənövşəyi şüaları buraxmır. İkiölçülü ştrix koda malik və istehsalında kompüterləşdirilmiş giyoş, mikro çap və qabarıq çap üsullarından istifadə olunmuş viza blanklarının maşınla oxunan hissəsində optik dəyişən elementlərdən istifadə olunur.

Viza blankının şəxsi məlumatlara aid hissəsi ultrabənövşəyi fon çapı ilə (və yaxud da göy qurşağı çap üsulu ilə) təsir olunur. "VİZA" sözünün yazılışında optik mürəkkəbdən istifadə edilir. Viza blankının üzərində olan seriya və nömrələr maqnetik mürəkkəblə çap edilir. Viza blankındakı bir sıra elementlər infraqırmızı mürəkkəblə təsir olunur, qoruyucu əlamətlər viza blankının üzərində proporsional şəkildə yerləşdirilir.

Viza blankının yuxarı sol hissəsində kiçik ölçüdə holloqram və ya kineqram üzərində həkk olunmuş Azərbaycan Respublikasının Dövlət gerbi vardır.

Viza blankının üzərində onu pasportdan qoparmağa çalışarkən vizanın bir neçə hissəyə bölünməsinə gətirib çıxaran kəsiklər vardır.

 

[6] 5 may 2014-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 may 2014-cü il, № 107; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 555) ilə adında və birinci hissəsində “Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza” sözləri “Viza” sözü ilə əvəz edilmişdir.

 

[7] 5 may 2014-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 may 2014-cü il, № 107; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 555) ilə ikinci hissənin üçüncü abzasında “gedənlərin” sözü “onunla gedənlərin” sözləri ilə əvəz edilmişdir.

 

[8] 5 may 2014-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 may 2014-cü il, № 107; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 555) ilə ikinci hissənin dördüncü abzasdan “(şəhər)”, “(giriş, qayıdış, tranzit, çıxış və s.)”, “(birdəfəlik, çoxdəfəlik və s.)”, “(adi, xidməti, diplomatik və s.)” və “(turist, biznes, tranzit və s.)” sözləri çıxarılmışdır.

 

[9] 5 may 2014-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 may 2014-cü il, № 107; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 555) ilə ikinci hissənin altıncı abzası yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

viza sahibinin şəkli.

 

[10] 5 may 2014-cü il tarixli 126 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 may 2014-cü il, № 107; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 555) ilə adında və birinci hissəsində “Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik, konsulluq və başqa diplomatik nümayəndəlikləri tərəfindən ölkədən getmək və ölkəyə gəlmək üçün əcnəbi vətəndaşlara verilən viza” sözləri “Viza” sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status