AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
10.12.2013
QEYDİYYAT NÖMRƏSİ
45
ADI
“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 11-12-2013, Nəşr nömrəsi: 272), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2013, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1512)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.12.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
410.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201312100045
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
11.12.2013
«Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli 352-IVQ nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

Müəyyən edilsin ki:

1. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2. həmin Qanunun 5.4-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər; [1]

3. həmin Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi həyata keçirir;

4. həmin Qanunun 7.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirirlər. [2]

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 dekabr 2013-cü il

                 № 45

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353)

2.       4 iyun 2018-ci il tarixli 108 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 iyun 2018-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1198)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353) ilə 2-ci hissədən “Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi,” sözləri çıxarılmışdır və həmin hissəyə “Daxili İşlər Nazirliyi” sözlərindən sonra “, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti” sözləri əlavə edilmişdir.

 

4 iyun 2018-ci il tarixli 108 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 iyun 2018-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1198) ilə 2-ci hissədə “Nazirliyi” sözündən sonra “, Azərbaycan Respublikasının Vergilər Nazirliyi” sözləri əlavə edilmişdir.

 

[2] 3 mart 2017-ci il tarixli 1275 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 5 mart 2017-ci il, № 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 3, maddə 353) ilə 4-cü hissədə “Milli Təhlükəsizlik Nazirliyi” sözləri “Dövlət Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status