AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
27.12.2013
QEYDİYYAT NÖMRƏSİ
72
ADI
Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 28-12-2013, Nəşr nömrəsi: 288), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2013, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1539)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.01.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.060.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201312270072
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.12.2013
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 823-IVQD nömrəli Qanununun tətbiqi haqqında

Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında [1]

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 791-IVQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 (əlli beş) manat müəyyən edilsin. [2]

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 dekabr 2013-cü il

     №72

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.             16 aprel 2018-ci il tarixli 1917 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 668)

2.             15 aprel 2019-cu il tarixli 638 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 638)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 aprel 2019-cu il tarixli 638 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 638) ilə adında “müavinətin” sözü “sosial müavinətin” sözləri ilə əvəz edilmişdir.

 

[2] 16 aprel 2018-ci il tarixli 1917 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 4, maddə 668) ilə 1-ci hissəsində “30 (otuz)” sözləri “33 (otuz üç)” sözləri ilə əvəz edilmişdir.

 

15 aprel 2019-cu il tarixli 638 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 16 aprel 2019-cu il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №4, maddə 638) ilə 1-ci hissədə “müavinətin” sözü “sosial müavinətin” sözləri ilə, “33 (otuz üç)” sözləri “55 (əlli beş)” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status