AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
22.04.2014
QEYDİYYAT NÖMRƏSİ
108
ADI
“Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 01-05-2014, Nəşr nömrəsi: 89), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2014, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 452)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
01.05.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201404220108
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
02.05.2014
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə

“Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 600 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi hər il dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 22 aprel 2014-cü il

     № 108

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 22 aprel tarixli 108 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi

 

Sıra

№-si

Xidmətlər

Xidmətin sayı

(aylıq)

Xidmətin müddəti

(hər dəfə)

1

2

3

4

1. Evdə (səyyar) sosial xidmət

1.1. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr), xəstəliyin terminal (son) mərhələsində olan şəxslər üçün

                1.1.1. Sosial-məişət xidmətləri

1.1.1.1.

yemək hazırlanmasına kömək etmək (o cümlədən, diyetik yeməklər), özünə qulluq edə bilməyən xəstələrin yedizdirilməsi və qabların yuyulması

8 dəfə

1 saat

20 dəq.

1.1.1.2.

zəruri ərzaq, sənaye və məişət mallarının alınması

4 dəfə

30 dəq.

1.1.1.3.

mənzillərin yığışdırılması və təmizlənməsi

4 dəfə

1 saat

1.1.1.4.

yataq və geyim əşyalarının yuyulması, ütülənməsi

4 dəfə

1 saat

30 dəq.

1.1.1.5.

mənzil pulunun və digər kommunal xərclərin ödənilməsinin təşkil edilməsi

1 dəfə

30 dəq.

1.1.1.6.

istiliyə, yanacağa, təmirə olan ehtiyacların ödənilməsi məqsədi ilə aidiyyəti təşkilatlarla əlaqə saxlanılması

xidmət müddətində

 

1.1.1.7.

evə həkimin çağırılması

xidmət müddətində

 

1.1.1.8.

həkimin təyinatı ilə aptekdən dərman alınması

xidmət müddətində

 

1.1.1.9.

sosial xidmətə götürülmüş vətəndaş vəfat etdikdə, onun dəfni ilə bağlı məsələlərin həllinə köməklik göstərilməsi

xidmət müddətində

 

 

                1.1.2. Sosial-hüquqi xidmətlər

1.1.2.1.

qəyyumluq və himayəçilik sənədlərinin hazırlanmasına, tənha ahıl vətəndaşların və əlilliyi olan şəxslərin sosial xidmət müəssisələrinə göndərilməsi üçün lazımi sənədlərin toplanılmasına köməklik göstərilməsi [1]

xidmət müddətində

 

1.2. Sağlamlıq imkanları məhdud uşaqlar üçün

                1.2.1. Sosial-pedaqoji xidmətlər və sosial-psixoloji xidmətlər

1.2.1.1.

uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən [2]

 

1.2.1.2.

uşaqların və ailələrin sosial inkluziyasına köməklik göstərilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

1.2.1.3.

uşağın inkişafı üçün valideynlərə müvafiq məsləhətlərin verilməsi, o cümlədən zəruri yardımçı cihaz və vasitələrdən istifadənin öyrədilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2. Yarımstasionar (günərzi) sosial xidmət

2.1. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) üçün

                2.1.1. Sosial-psixoloji xidmətlər

2.1.1.1.

psixoloji müayinə və şəxsiyyətin öyrənilməsi [3]

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.1.1.2.

sosial-psixoloji məsləhətlərin verilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

                2.1.2. Sosial-pedaqoji xidmətlər

2.1.2.1.

mədəni-asudə vaxtın təşkili, kitablar, qəzetlər, jurnallarla, stolüstü və digər oyunlarla təmin edilməsi

xidmət müddətində

 

2.1.2.2.

maraqlar üzrə klubların yaradılması, poeziya gecələrinin keçirilməsi, əl işi sərgilərinin və yarmarkalarının təşkil edilməsi

xidmət müddətində

 

                2.1.3. Tibbi-sosial xidmətlər

2.1.3.1.

şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi

xidmət müddətində

 

2.2. Sağlamlıq imkanları məhdud uşaqlar üçün

                2.2.1 Sosial-pedaqoji və sosial-psixoloji xidmətlər

2.2.1.1.

inkişaf pozuntuları olan uşaqların psixoloji-tibbi- pedaqoji müayinəsi, uşaqlara hərtərəfli qabaqlayıcı-inkişafedici yardımın göstərilməsi və onların valideynlərinə (qanuni nümayəndələrinə) psixoloji-pedaqoji dəstəyin verilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.2.1.2.

uşaqlara qrup və fərdi məşğələlər, məsləhətlər (konsultasiya) formasında reabilitasiya xidmətlərinin göstərilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.2.1.3.

funksional bacarıqları bərpa etmək üçün aktiv terapiya, fizioterapiya, nitq və ünsiyyət terapiyası, gündəlik həyat fəaliyyətləri, idman terapiyası və digər tədbirlərin görülməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.3. Baxımsız və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayan uşaqlar üçün

                2.3.1. Sosial-psixoloji xidmətlər

2.3.1.1.

uşağın psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.3.1.2.

uşağın depressiya vəziyyətindən çıxarılması, onun yaradıcılıq, intellektual və fiziki imkanlarına, eləcə də yaş xüsusiyyətlərinə uyğun olaraq psixoloji yardımın göstərilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.3.1.3.

uşağın emosional vəziyyətinə və davranışına nəzarət edilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

                2.3.2. Sosial-pedaqoji xidmətlər

2.3.2.1.

pedaqoji korreksiya üçün kompleks tədbirləri təşkil etmək məqsədi ilə uşağın normal və ya ictimai təhlükəli davranışını xarakterizə edən əlamətlərin öyrənilməsi, onun potensialının və meyillərinin, cəmiyyətdən təcrid olunmasının (əgər belə hal varsa) forma və dərəcəsinin müəyyən edilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.3.2.2.

uşağın dünyagörüşünün genişləndirilməsinə, ünsiyyət qabiliyyətinin artırılmasına, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsinə yönəlmiş tədbirlərin təşkili, mədəni-kütləvi tədbirlərdə (ekskursiya, teatr, sərgi, konsert, yubileylər və digər) uşağın iştirakının təmin edilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.3.2.3.

fiziki və əqli qabiliyyətlərinə uyğun olaraq uşaqların təhsil almasına və müxtəlif peşələrə yiyələnməsinə köməklik göstərilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.3.2.4.

uşağın əmək, özünəqulluq, məişətdə və ictimai yerlərdə davranış, özünənəzarət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılması

Fərdi Reabilitasiya Proqramına əsasən

 

                2.3.3. Sosial-hüquqi xidmətlər

2.3.3.1.

uşağın hüquqlarının müdafiə edilməsi, ona qarşı hüquq pozuntusu törətmiş şəxslərin müəyyən olunması üçün peşəkar yardımın göstərilməsi

xidmət müddətində

 

2.3.3.2.

sənədlərin (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi, işlə təmin olunması üçün lazım olan sənədlər və s.) əldə edilməsinə köməklik göstərilməsi

xidmət müddəti ərzində

 

2.4. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün

                2.4.1. Sosial-psixoloji xidmətlər

 

 

2.4.1.1.

uşağın intellektual səviyyəsinin və psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.4.1.2.

uşağın çətin həyat şəraitində olması, uğursuz ailədən olması və ya valideynlərini itirməsi, valideyn himayəsindən məhrum olması səbəbindən yaranmış psixoloji sarsıntının aradan qaldırılması üçün aktiv həyata motivasiyanın yaradılması, psixoloji inkişafın yaş xüsusiyyətlərinə uyğunluğunun təmin edilməsi istiqamətlərində tədbirlərin həyata keçirilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.4.1.3.

uğurlu nəticənin əldə edilməsi məqsədi ilə valideynlərlə və ya digər qanuni nümayəndələrlə psixoloji konsultasiya işinin aparılması [4]

Fərdi Reabilitasiya Proqramına əsasən

 

                2.4.2. Sosial-pedaqoji xidmətlər

2.4.2.1.

uşağın mövcud potensialına və maraqlarına uyğun olaraq fiziki və əqli qabiliyyətinin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.4.2.2.

dərsdən sonrakı asudə vaxtının səmərəli təºkili

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.4.2.3.

uşağın dünyagörüşünün geniləndirilməsinə, ünsiyyət qabiliyyətinin artırılmasına, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsinə yönəlmiş tədbirlərin təşkili, mədəni-kütləvi tədbirlərdə (ekskursiya, teatr, sərgi, konsert, yubileylər və digər) uşağın iştirakının təmin edilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.4.2.4.

uşağı müxtəlif peşələr və onların xüsusiyyətləri haqqında məlumatlandırmaqla, onun peşə meyillərinin aşkar edilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.4.2.5.

uşağın əmək, özünəqulluq, məişətdə və ictimai yerlərdə davranış, özünənəzarət, ünsiyyət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılması

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.5. İnsan alveri qurbanları üçün

                2.5.1. Sosial-psixoloji xidmətlər

2.5.1.1.

insan alveri qurbanlarının ehtiyaclarının, psixoloji və emosional vəziyyətinin ilkin qiymətləndirilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.5.1.2.

insan alveri qurbanlarının zorakılıq, narkomaniya və digər amillərlə bağlı psixoloji zədələrini aradan qaldırmaq üçün psixososial dəstək və məsləhət yardımının göstərilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

                2.5.2. Sosial-iqtisadi xidmətlər

2.5.2.1.

insan alveri qurbanlarının peşə hazırlığının, yenidən hazırlığının və məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

                2.5.3. Sosial-hüquqi xidmətlər

2.5.3.1.

insan alveri qurbanlarına maraq və hüquqlarının müdafiəsi üçün hüquqi məsləhətlərin verilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.5.3.2.

sənədlərin bərpası, boşanma, alimentin alınması, uşaqlarla bağlı və digər sənədlərin hazırlanmasına köməklik göstərilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.6. Məişət zorakılığından zərərçəkənlər üçün

                2.6.1. Sosial-psixoloji xidmətlər

2.6.1.1.

"qaynar xətt" vasitəsilə söhbət, fərdi məsləhətləşmələrin aparılması

xidmət müddətində

 

2.6.1.2.

zərərçəkmiş şəxsin psixoloji və emosional vəziyyətinin ilkin qiymətləndirilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.6.1.3.

şəxsiyyətin dəstəklənməsi və məlumatlandırılması istiqamətlərində fərdi işin aparılması

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.6.1.4.

qrup şəklində reabilitasiya: art-terapiya, müxtəlif treninqlər, ailə ilə görüş

Fərdi Reabilitasiya Proqramına əsasən

 

                2.6.2. Sosial-iqtisadi xidmətlər

2.6.2.1.

zərərçəkmiş şəxslərin peşə hazırlığı kurslarına istiqamətləndirilməsi və onların məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.6.2.2.

zərərçəkmiş şəxslərə qanunvericiliklə müəyyən edilmiş sosial müavinətlərin alınmasında kömək göstərilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

                2.6.3. Sosial-hüquqi xidmətlər

2.6.3.1.

sənədlərin bərpası, boşanma, alimentin alınması, əmlak məsələləri, uşaqlarla bağlı və digər sənədlərin hazırlanmasında köməklik göstərilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.7. Müəyyən yaşayış yeri olmayan şəxslər üçün

                2.7.1. Sosial-məişət xidmətləri

2.7.1.1.

diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi

xidmət müddətində

 

2.7.1.2.

müvafiq yataq mebeli, yataq dəsti, paltar və ayaqqabı ilə təmin edilməsi

xidmət müddətində

 

2.7.1.3.

yataq və geyim əşyalarının yuyulması, ütülənməsi

xidmət müddətində

 

                2.7.2. Tibbi-sosial xidmətlər

2.7.2.1.

tibbi müayinənin aparılması

xidmət müddətində

 

2.7.2.2.

ilkin tibbi yardımın göstərilməsi

xidmət müddətində

 

2.7.2.3.

şəxsi gigiyena və sanitariya qaydalarına əməl edilməsi şərtlərinin təmin edilməsi

xidmət müddətində

 

2.8. İctimai təhlükəli xəstəliyə tutulduğuna görə həyat fəaliyyəti məhdudlaşan şəxslər üçün

                2.8.1. Sosial-psixoloji xidmətlər

2.8.1.1.

şəxsin psixoloji və emosional vəziyyətinin ilkin qiymətləndirilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.8.1.2.

psixoloji zədələrin aradan qaldırılması məqsədi ilə psixososial dəstəyin göstərilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

                2.8.2. Tibbi-sosial xidmətlər

2.8.2.1.

xəstəliyin mərhələsindən asılı olaraq tibbi müayinələrin aparılması 

xidmət müddətində

 

                2.8.3. Palliativ xidmətlər

2.8.3.1.

palliativ yardıma ehtiyacı olan xəstələrin ilkin müayinəsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.8.3.2.

xəstəliyin ağırlıq dərəcəsindən və yaranmış fəsadlardan asılı olaraq, müvafiq mütəxəssislərin konsultasiyasının təşkil edilməsi

xidmət müddətində

 

2.9. Sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslər üçün

                2.9.1. Sosial-psixoloji xidmətlər

2.9.1.1.

şəxsin psixososial vəziyyətinin ilkin

qiymətləndirilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.9.1.2.

şəxsin psixoloji və emosional vəziyyətinə nəzarət edilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.9.1.3.

şəxsin sosial bacarıqlarının inkişafına nail olmaq məqsədi ilə sosial-psixoloji məsləhətlərin verilməsi [5]

Fərdi Reabilitasiya Proqramına əsasən

 

                2.9.2. Sosial-hüquqi xidmətlər

2.9.2.1.

sosial yadırğama (dezadaptasiya) və sosial məhrumiyyət (deprivasiya) vəziyyətində olan şəxslərə maraq və hüquqlarının müdafiəsi üçün hüquqi məsləhətlərin verilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

2.9.2.2.

sənədlərin bərpası, əmlak məsələləri ilə bağlı və digər sənədlərin hazırlanmasında köməklik göstərilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

3. Stasionar sosial xidmət

3.1. Xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti, habelə onlara qulluq və kömək edə biləcək əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri olmayan şəxslər (ailələr) üçün

                3.1.1. Sosial-məişət xidmətləri

3.1.1.1.

diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi

xidmət müddətində

 

3.1.1.2.

yaşayış sahəsinin təmizlənməsi

xidmət müddətində

 

3.1.1.3.

mədəni-asudə vaxtın təşkilinə kömək göstərilməsi, kitablar, dövrü mətbuat, stolüstü və digər oyunlarla təmin edilməsi

xidmət müddətində

 

3.1.1.4.

yumşaq inventarlarla (paltar, ayaqqabı, yataq əşyaları və s.) təmin edilməsi

xidmət müddətində

 

                3.1.2. Tibbi-sosial xidmətlər

3.1.2.1.

ilkin tibbi yardımın göstərilməsi və dərman preparatlarının verilməsi

xidmət müddətində

 

3.1.2.2.

sanitariya-gigiyena tələblərinin yerinə yetirilməsinin təmin edilməsi

xidmət müddətində

 

3.1.2.3.

tibbi-sosial ekspertizanın keçirilməsinin təşkil edilməsi

xidmət müddətində

 

                3.1.3. Sosial-iqtisadi xidmətlər

3.1.3.1.

peşə-əmək reabilitasiyasının həyata keçirilməsi [6]

Fərdi Reabilitasiya Proqramına əsasən

 

                3.1.4. Sosial-hüquqi xidmətlər

3.1.4.1.

hüquqi-məsləhət yardımları

Fərdi Reabilitasiya Proqramına əsasən

 

3.2. Sağlamlıq imkanları məhdud uşaqlar üçün

                3.2.1. Sosial-məişət xidmətləri

3.2.1.1.

diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi

xidmət müddətində

 

3.2.1.2.

yaşayış sahəsinin təmizlənməsi

xidmət müddətində

 

3.2.1.3.

yumşaq inventarlarla (paltar, ayaqqabı, yataq əşyaları və s.) təmin edilməsi

xidmət müddətində

 

                3.2.2. Sosial-psixoloji xidmətlər

3.2.2.1.

uşaqların ehtiyaclarının, psixoloji və emosional vəziyyətinin ilkin qiymətləndirilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

3.2.2.2.

yaradıcılıq, intellektual və fiziki imkanlarına, eləcə də yaş xüsusiyyətlərinə uyğun olaraq psixoloji yardımın göstərilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

                3.2.3. Sosial-pedaqoji xidmətlər

3.2.3.1.

uşaqların gündəlik həyatda lazım olan vərdiş və bacarıqlarının, böyük və kiçik motorika, ünsiyyət və koqnitiv bacarıqlarının inkişaf etdirilməsi 

Fərdi Reabilitasiya Proqramına əsasən

 

3.2.3.2.

uşaqların sağlamlıq və əqli imkanlarına uyğun olaraq, ilkin biliklərə yiyələnməsinə, təhsil almasına və ya peşəyə yiyələnməsinə köməklik göstərilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

                3.2.4. Tibbi-sosial xidmətlər

3.2.4.1.

tibbi reabilitasiya tədbirlərinin yerinə yetirilməsi [7]

Fərdi Reabilitasiya Proqramına əsasən

 

3.2.4.2.

ilkin tibbi yardımın göstərilməsi və dərman preparatlarının verilməsi

xidmət müddətində

 

3.3. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün

                3.3.1. Sosial-məişət xidmətləri

3.3.1.1.

diyetik yeməklər də daxil olmaqla, isti yeməklərlə təmin edilməsi

xidmət müddətində

 

3.3.1.2.

yaşayış sahəsinin təmizlənməsi

xidmət müddətində

 

3.3.1.3.

yumşaq inventarlarla (paltar, ayaqqabı, yataq əşyaları və s.) təmin edilməsi

xidmət müddətində

 

                3.3.2. Sosial-psixoloji xidmətlər

3.3.2.1.

uşağın intellektual səviyyəsinin və psixososial vəziyyətinin ilkin qiymətləndirilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

3.3.2.2.

yaradıcılıq, intellektual və fiziki imkanlarına, eləcə də yaş xüsusiyyətlərinə uyğun olaraq psixoloji yardımın göstərilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

                3.3.3. Sosial-pedaqoji xidmətlər

3.3.3.1.

bu məqsədlə yaradılmış stasionar müəssisədə uşağın mövcud potensialına və maraqlarına uyğun olaraq fiziki və əqli qabiliyyətinin inkişafına, həmçinin ilkin biliklərə yiyələnməsinə, təhsil almasına köməklik göstərilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

3.3.3.2.

bu məqsədlə yaradılmış stasionar müəssisədə dərsdən sonrakı asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

3.3.3.3.

uşağın dünyagörüşünün genişləndirilməsinə, ünsiyyət qabiliyyətinin artırılmasına, yaradıcılıq fəaliyyətinin inkişaf etdirilməsinə yönəlmiş tədbirlərin təşkili, mədəni-kütləvi tədbirlərdə (ekskursiya, teatr, sərgi, konsert, yubileylər və digər) uşağın iştirakının təmin edilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

3.3.3.4.

uşağı müxtəlif peşələr və onların xüsusiyyətləri haqqında məlumatlandırmaqla, onun peşə meyillərinin aşkar edilməsi

Fərdi Reabilitasiya Proqramına əsasən

 

3.3.3.5.

uşağın əmək, özünəqulluq, məişətdə və ictimai yerlərdə davranış, özünənəzarət, ünsiyyət və həyat fəaliyyətinin digər sahələrində bacarıqlarının artırılması

Fərdi Reabilitasiya Proqramına əsasən

 

                3.3.4. Tibbi-sosial xidmətlər

3.3.4.1.

ilkin tibbi yardımın göstərilməsi və dərman preparatlarının verilməsi

xidmət müddətində

 

4. Sosial məsləhət yardımı

4.1. Çətin həyat şəraitində olan şəxslər (ailələr) üçün

4.1.1.

qohumlarından və ya qanuni nümayəndələrindən ayrı yaşayan və sosial-məsləhət yardımına ehtiyacı olan şəxslərin (ailələrin) müəyyənləşdirilməsi

mütəmadi

 

4.1.2.

sosial xidmət üzrə məsləhətlərin verilməsi

mütəmadi

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 aprel 2017-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 aprel 2017-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 631)

2.       7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 514)

3.       10 may 2019-cu il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 may 2019-cu il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 951)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 514) ilə “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin 1.1.2.1-ci yarımbəndində “əlillərin” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilmişdir.

 

[2] 7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 514) ilə “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin mətn üzrə “fərdi iş planına” sözləri “Fərdi Reabilitasiya Proqramına” sözləri ilə əvəz edilmişdir.

 

[3] 10 may 2019-cu il tarixli 217 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 may 2019-cu il, № 104, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 951) ilə “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin 2.1.1.1-ci yarımbəndində “psixodiaqnostika” sözü “psixoloji müayinə” sözləri ilə əvəz edilmişdir.

 

[4] 11 aprel 2017-ci il tarixli 144 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 aprel 2017-ci il, № 76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 631) ilə 2.4.1.3-cü yarımbənddə “onları əvəz edən şəxslərlə” sözləri “digər qanuni nümayəndələrlə” sözləri ilə əvəz edilmişdir.

 

[5] 7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 514) ilə “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin 2.9.1.3-cü yarımbəndində “sosial adaptasiyasına” sözləri “sosial bacarıqlarının inkişafına” sözləri ilə əvəz edilmişdir.

 

[6] 7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 514) ilə “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin 3.1.3.1-ci yarımbəndində “peşə” sözü “peşə-əmək” sözləri ilə əvəz edilmişdir.

 

[7] 7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 514) ilə “Çətin həyat şəraitində olan şəxslərə (ailələrə) dövlət büdcəsinin vəsaiti hesabına göstərilən sosial xidmətin zəmanət verilmiş həcmi”nin 3.2.4.1-ci yarımbəndində “tibbi-sosial xarakterli” sözləri “tibbi” sözü ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status