AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
16.05.2014
QEYDİYYAT NÖMRƏSİ
963-IVQD
ADI
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 27-05-2014, Nəşr nömrəsi: 110), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2014, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 468)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
27.05.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.030.010
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201405160963
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
27.05.2014
Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 689-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Ədalət mühakiməsinin rəsmi embleminin təsviri»ndə dəyişiklik edilməsi barədə

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, №12, maddə 740; 2002, №12, maddə 706; 2003, №1, maddə 23, №8, maddə 428, №12, I kitab, maddələr 676, 698; 2005, №1, maddə 1, №6, maddə 462, №8, maddə 684, №10, maddələr 873, 905, №12, maddə 1083; 2006, №3, maddələr 223, 225, №6, maddə 481, №12, maddələr 1015, 1029; 2007, №2, maddə 80, №12, maddə 1203; 2008, №3, maddə 158, №6, maddə 462, №7, maddə 602, №12, maddə 1047; 2009, №1, maddə 5, №2, maddə 56, №3, maddə 160, №7, maddə 519, №12, maddə 947; 2010, №4, maddə 276, №6, maddə 485, №10, maddə 840, №11, maddə 939; 2011, №1, maddə 12, №4, maddələr 245, 264, №11, maddə 985, №12, maddə 1100; 2012, №1, maddə 4, №6, maddələr 508, 518, №7, maddə 646, №10, maddə 947, №12, maddələr 1216, 1227, 1229; 2013, №3, maddə 213, №5, maddə 474, №11, maddələr 1269, 1279, 1299, 1301, 1308, №12, maddələr 1485, 1504) aşağıdakı dəyişikliklər edilsin:

1. 14.8.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

14.8.1. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

14.8.1.1. 3 ayadək

30 manat

14.8.1.2. 6 ayadək

60 manat

14.8.1.3. 1 ilədək

120 manat

14.8.1.4. 1 il 6 ayadək

180 manat

14.8.1.5. 2 ilədək

240 manat

14.8.1.6. 2 il 6 ayadək

300 manat

14.8.1.7. 3 ilədək

360 manat

 

2. Aşağıdakı məzmunda 14.8.1-1-ci və 14.8.1-2-ci maddələr əlavə edilsin:

 

14.8.1-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

14.8.1-1.1. 3 ayadək

15 manat

14.8.1-1.2. 6 ayadək

30 manat

14.8.1-1.3. 1 ilədək

60 manat

14.8.1-1.4. 1 il 6 ayadək

90 manat

14.8.1-1.5. 2 ilədək

120 manat

14.8.1-1.6. 2 il 6 ayadək

150 manat

14.8.1-1.7. 3 ilədək

180 manat

 

14.8.1-2. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

 

14.8.1-2.1.  1 illik

40 manat

14.8.1-2.2. 2 illik (müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin müddəti uzadıldıqda)

80 manat

 

3. 14.8.2-ci maddənin əvvəlinə “Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə” sözləri əlavə edilsin.

4. Aşağıdakı məzmunda 14.8.2-1-ci maddə əlavə edilsin:

 

14.8.2-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə

150 manat

 

5. 14.15-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

14.15. Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

 

14.15.1. 30 günədək

30 manat

14.15.2. 60 günədək

60 manat

 

6. Aşağıdakı məzmunda 14.15-1-ci maddə əlavə edilsin:

 

14.15-1. Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə görə:

 

14.15-1.1. 30 günədək

15 manat

14.15-1.2. 60 günədək

30 manat

 

7. 18.58-ci maddə aşağıdakı redaksiyada verilsin:

“18.58. Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsinə və müddətinin uzadılmasına görə:

18.58.1. 3 ayadək - 350 manat;

18.58.2. 6 ayadək - 600 manat;

18.58.3. 1 ilədək - 1000 manat.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 16 may 2014-cü il

           № 963-IVQD

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status