AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
27.06.2014
QEYDİYYAT NÖMRƏSİ
190
ADI
“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 03-07-2014, Nəşr nömrəsi: 139), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2014, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 640)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
03.07.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
240.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201406270190
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2014
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun tətbiqi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 2 may tarixli 957-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. həmin Qanunun 3-cü maddəsində nəzərdə tutulan həyətyanı və bağ sahələrinin hüququ statusunu müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.5. həmin Qanunun 6.3-cü maddəsinə uyğun olaraq, yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi qaydasını, təyinatını və onlardan istifadə qaydasını (rejimini) müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; [1]

1.1.6. həmin Qanunun 9.0.6-cı maddəsinə uyğun olaraq, yaşıllıq salınması məqsədi ilə bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və əhalinin əkin materialları, avadanlıq, inventar və digər vasitələrlə əvəzsiz təmin olunması qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.7. həmin Qanunun 12.2-ci maddəsinə uyğun olaraq, yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.8. həmin Qanunun 13.8-ci maddəsinə uyğun olaraq, yaşıllıqların götürülməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.9. həmin Qanunun 14.2-ci maddəsinə uyğun olaraq, yaşıllıqların bərpası qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.110. həmin Qanunun 16.1-ci maddəsinə uyğun olaraq, yaşıllıqlara qulluq, onların xəstəlik və zərərvericilərdən mühafizəsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.11. həmin Qanunun 16.2-ci maddəsinə uyğun olaraq, yaşıllıqların mühafizəsi məqsədi ilə ağac, kol, gül-çiçək və ot bitkilərinin və onların genetik materiallarının Azərbaycan Respublikasına gətirilməsi və onun hüdudlarından kənara aparılması qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.12. həmin Qanunun 18.2-ci maddəsinə uyğun olaraq, yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.13. həmin Qanunun 19.3-cü maddəsinə uyğun olaraq, yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.14. həmin Qanunun 21.3-cü maddəsinə uyğun olaraq, yaşıllıqların mühafizəsi sahəsində iqtisadi həvəsləndirmə formalarını və qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.2. həmin Qanunun 7.1-ci, 8.2.5-ci və 11.0.2-ci maddələrində, 13.4cü maddəsinin birinci cümləsində (hər iki halda), 14.4-cü maddəsində, 14.5-ci maddəsində (birinci və ikinci hallarda), 15.1-ci maddəsində (ikinci halda), 20.4.1-ci və 20.4.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; [2]

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14.5-ci maddəsində (üçüncü halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; [3]

3.1-1. həmin Qanunun 6.3-cü maddəsinin birinci cümləsində, 9.0.6-cı maddəsində, 12.2-ci maddəsində (birinci halda), 13.4-cü maddəsinin ikinci cümləsində, 13.5-ci maddəsinin birinci cümləsində, 13.8-ci və 14.2-ci maddələrində, 15.1-ci maddəsində (birinci halda), 16.1-ci maddəsinin birinci cümləsində, 16.2-ci, 18.2-ci, 19.3-cü və 21.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [4]

3.2. həmin Qanunun 6.3-cü maddəsinin ikinci cümləsində, 12.3-cü maddəsində (ikinci halda), 14.7-ci maddəsinin ikinci cümləsində, 19.1-ci və 20.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir; [5]

3.3. həmin Qanunun 12.2-ci maddəsində (ikinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini istifadəsində olan torpaq sahələrində yaşıllıqların uçotuna və monitorinqinə münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yaşıllıqların uçotuna və monitorinqinə münasibətdə yerli icra hakimiyyəti orqanları, yaşıllıqların kadastrının aparılmasına münasibətdə isə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər; [6]

3.4. həmin Qanunun 12.3-cü maddəsində (birinci halda) və 16.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini istifadəsində olan torpaq sahələrindəki yaşıllıqlara münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrindəki (bələdiyyə mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) yaşıllıqlara münasibətdə isə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; [7]

3.5. həmin Qanunun 21.4-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini istifadəsində olan torpaq sahələrində yaşıllıqlar salınmasına münasibətdə mərkəzi icra hakimiyyəti orqanları, digər torpaq sahələrində yaşıllıqlar salınmasına münasibətdə isə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

3.5-1. həmin Qanunun 21.4-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; [8]

3.6. həmin Qanunun 14.5-ci maddəsində “qurum” dedikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verdiyi torpaq sahələrinə münasibətdə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi nəzərdə tutulur. [9]

4. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.4cü maddəsinin ikinci cümləsində, 13.5-ci maddəsinin birinci cümləsində və 15.1cü maddəsində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi məqsədi ilə bu Fərmanın 1.1.8-ci yarımbəndində göstərilən qayda yaşıllıqların götürülməsinə rəyin verilməsi və yaşıllığın götürülməsi vərəqinin forması və tətbiqi qaydasını, 1.1.9-cu yarımbəndində göstərilən qayda isə yaşıllıqların bərpa dəyərinin hesablanması qaydasını əks etdirməlidir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 iyun 2014-cü il

    № 190

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       11 dekabr 2017-ci il tarixli 1718 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 dekabr 2017-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2286)

2.       16 mart 2018-ci il tarixli 1889 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 mart 2018-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 439)

  1. 30 oktyabr 2018-ci il tarixli 320 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 noyabr 2018-ci il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2020)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 11 dekabr 2017-ci il tarixli 1718 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 dekabr 2017-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2286) ilə 1.1.5-ci yarımbənddə “siyahısını” sözü “siyahısının tərtib edilməsi qaydasını” sözləri ilə əvəz edilmişdir.

 

[2] 11 dekabr 2017-ci il tarixli 1718 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 dekabr 2017-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2286) ilə 1.2-ci bənddən “7.1-ci,” sözləri çıxarılmışdır.

16 mart 2018-ci il tarixli 1889 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 mart 2018-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 439) ilə 1.2-ci bənddə “14.5-ci maddəsində (hər iki halda)” sözləri “14.5-ci maddəsində (birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilmişdir.

 

[3] 16 mart 2018-ci il tarixli 1889 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 mart 2018-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 439) ilə 3.1.” rəqəmləri “3.1- 1. rəqəmləri ilə əvəz edilmişdir və yeni məzmunda 3.1-ci bənd əlavə olunmuşdur.

 

[4] 11 dekabr 2017-ci il tarixli 1718 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 dekabr 2017-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2286) ilə 3.1-ci bənddə “6.3-cü, 9.0.6-cı və 12.2-ci maddələrində” sözləri “6.3-cü maddəsinin birinci cümləsində, 9.0.6-cı maddəsində, 12.2-ci maddəsində (birinci halda)” sözləri ilə əvəz edilmişdir, “16.1-ci” sözlərindən sonra “maddəsinin birinci cümləsində” sözləri əlavə edilmişdir.

30 oktyabr 2018-ci il tarixli 320 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 noyabr 2018-ci il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2020) ilə 3.1-1-ci bənddə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri “həmin Qanunun” sözləri ilə əvəz edilmişdir.

 

[5] 11 dekabr 2017-ci il tarixli 1718 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 dekabr 2017-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2286) ilə 3.2-ci bənddə “12.3-cü” sözləri “6.3-cü maddəsinin ikinci cümləsində, 12.3 cü maddəsində (ikinci halda), 14.7-ci maddəsinin ikinci cümləsində” sözləri ilə əvəz edilmişdir.

 

[6] 11 dekabr 2017-ci il tarixli 1718 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 13 dekabr 2017-ci il, № 275, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 12, I kitab, maddə 2286) ilə 3.2-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 3.3-3.5-ci bəndlər əlavə edilmişdir.

 

[7] 30 oktyabr 2018-ci il tarixli 320 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 noyabr 2018-ci il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2020) ilə 3.4-cü bəndə “nəzərdə tutulmuş” sözlərindən əvvəl “və 16.1-ci maddəsinin ikinci cümləsində” sözləri əlavə edilmişdir.

 

[8] 30 oktyabr 2018-ci il tarixli 320 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 1 noyabr 2018-ci il, № 246, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 10, maddə 2020) ilə yeni məzmunda 3.5-1-ci bənd əlavə edilmişdir.

 

[9] 16 mart 2018-ci il tarixli 1889 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 18 mart 2018-ci il, № 61, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №3, maddə 439) ilə 3.5-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəzlənməklə yeni məzmunda 3.6-cı bənd əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status