AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
08.07.2014
QEYDİYYAT NÖMRƏSİ
625
ADI
Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 09-07-2014, Nəşr nömrəsi: 144), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2014, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 852)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
09.07.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.290.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201407080625
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
10.07.2014
“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 971-IVQD nömrəli Qanununun tətbiqi barədə

Qılman İlkinin 100 illik yubileyinin keçirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

2014-cü ildə Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, xalq yazıçısı Qılman İlkinin (Qılman İsabala oğlu Musayevin) anadan olmasının 100 illiyi tamam olur.

Qılman İlkin ədəbiyyat tarixində özünəməxsus mövqeyə malik sənətkarlardan biri kimi uzun illər ərzində çoxcəhətli səmərəli fəaliyyət göstərmiş və zəngin Azərbaycan nəsrinin realist ənənələri zəminində yaratdığı qiymətli əsərləri ilə milli mədəniyyətin inkişafına töhfələr vermişdir.

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlərini nəzərə alaraq xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı Qılman İlkinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 8 iyul 2014-cü il

    625

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status