AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.07.2014
QEYDİYYAT NÖMRƏSİ
254
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli qərarı ilə təsdiq edilmiş “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 31-07-2014, Nəşr nömrəsi: 161), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2014, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 942)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
31.07.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.150.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201407160254
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.08.2014
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli qərarı ilə təsdiq edilmiş “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli qərarı ilə təsdiq edilmiş “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 28 avqust tarixli 955 nömrəli Fərmanının 1.1.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 121 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 5, maddə 444; 2014, № 2, maddə 201) ilə təsdiq edilmiş “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”na aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:

“2.3-1. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan atçılıq subyektlərində dövlət nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.”.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 16 iyul 2014-cü il

     № 254

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status