AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
20.08.2014
QEYDİYYAT NÖMRƏSİ
288
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “Sanatoriya-kurort müəssisələrində sanitar-gigiyenik Tələblər”də dəyişiklik edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 23-08-2014, Nəşr nömrəsi: 181), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-08-2014, Nəşr nömrəsi: 08, Maddə nömrəsi: 1021)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.08.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
220.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201408200288
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.08.2014
“Orta ixtisas təhsili pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş "Sanatoriya-kurort müəssisələrində sanitar-gigiyenik Tələblər"də dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

"Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 924-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 166 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 234 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 10, maddə 1015) ilə təsdiq edilmiş "Sanatoriya-kurort müəssisələrində sanitar-gigiyenik Tələblər"in 3.1-ci bəndinin birinci cümləsinə "ətrafında" sözündən sonra "Azərbaycan Respublikasının "Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında" Qanununun 10-1-ci maddəsinə və" sözləri əlavə edilsin.

 

 

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov

 

Bakı şəhəri, 20 avqust 2014-cü il

 № 288

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status