AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
11.09.2014
QEYDİYYAT NÖMRƏSİ
281
ADI
“Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 14-09-2014, Nəşr nömrəsi: 200), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2014, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1061)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
14.09.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
370.040.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
13201409110281
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
17.09.2014
Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 130 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə

“Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanını Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

“Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsvir, spesifikasiya və nümunələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 8 aprel tarixli 78 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 4, maddə 223) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin təsviri”nin altıncı hissəsində “əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə” sözləri “pasport və ya digər sərhədkeçmə sənədi ilə” sözləri ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin nümunəsi”nin arxa tərəfində “əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə” sözləri “pasport və ya digər sərhədkeçmə sənədi ilə” sözləri ilə, “the foreigner's passport or stateless person's identification document” sözləri “the passport or other travel document” sözləri ilə əvəz edilsin.

3. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin təsviri”nin altıncı hissəsində “onu təqdim edən şəxsin immiqrant statusunu təsdiq edir və əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə” sözləri “pasport və ya digər sərhədkeçmə sənədi ilə” sözləri ilə əvəz edilsin.

4. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin nümunəsi”nin arxa tərəfində “onu təqdim edən şəxsin immiqrant statusunu təsdiq edir və əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə” sözləri “pasport və ya digər sərhədkeçmə sənədi ilə” sözləri ilə əvəz edilsin, “confirms the immigrant status of its holder and” sözləri çıxarılsın və “the foreigner's passport or stateless person's identification document” sözləri “the passport or other travel document” sözləri ilə əvəz edilsin.

5. Həmin Fərmanla təsdiq edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın təsviri”nin ikinci hissəsinin səkkizinci abzasında “əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə təqdim olunduqda Azərbaycan Respublikasından vizasız çıxmaq” sözləri “pasport və ya digər sərhədkeçmə sənədi ilə birlikdə təqdim olunduqda, Azərbaycan Respublikasından çıxmaq” sözləri ilə əvəz edilsin.

6. Həmin Fərmanla təsdiq edilmiş “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərarın nümunəsi”ndə “əcnəbinin pasportu və ya vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənədlə birlikdə təqdim olunduqda Azərbaycan Respublikasından vizasız çıxmaq” sözləri “pasport və ya digər sərhədkeçmə sənədi ilə birlikdə təqdim olunduqda, Azərbaycan Respublikasından çıxmaq” sözləri ilə, “without a visa when produced together with the foreigner's passport or stateless person's identification document” sözləri “when produced together with the passport or other travel document” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 sentyabr 2014-cü il

                 № 281

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status