AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
16.09.2014
QEYDİYYAT NÖMRƏSİ
309
ADI
“Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 26-09-2014, Nəşr nömrəsi: 210), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-09-2014, Nəşr nömrəsi: 09, Maddə nömrəsi: 1133)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
26.09.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
130.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201409160309
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
29.09.2014
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

“Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.25-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərarda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər. [1]

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 16 sentyabr 2014-cü il

                          № 309

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2014-cü il 16 sentyabr tarixli 309 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin

 

SİYAHISI

 

1. Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən aşağıdakı sənədlər əlavə edilir:

1.1. tikintiyə icazə;

1.2. xarici və daxili mühəndis-kommunikasiya təminatı sistemlərinin (qaz, istilik, rabitə, elektrik, su və kanalizasiya) müvafiq təşkilatlar tərəfindən verilmiş istismara hazır olması barədə aktlar;

1.3. tikinti obyektinin ünvanı haqqında arayış;

1.4. liftlərin istismara qəbulu aktı;

1.5. kommunikasiya xətlərinin icra cizgilərinin qəbulu haqqında yerli icra hakimiyyətinin, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həmin Agentliyin arayışı; [2]

1.6. tikinti obyektinin sanitar-gigiyena və sanitar-epidemioloji tələblərə uyğunluğu haqqında Gigiyena və Epidemiologiya Mərkəzinin arayışı;

1.7. obyektin layihə üzrə və faktiki əsas texniki göstəriciləri haqqında arayış;

1.8. obyektə çəkilmiş maliyyə xərcləri (o cümlədən, tikinti-quraşdırma işlərinin dəyəri, avadanlıq, mebel və inventarın dəyəri, sair xərclər) haqqında arayış (obyekt dövlət vəsaiti hesabına tikildikdə);

1.9. obyektin yanğın təhlükəsizliyinə cavab verməsi haqqında akt;

1.10. sənaye və istehsal obyektlərinin ekoloji təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin arayışı;

1.11. tikinti-quraşdırma işlərinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun yerinə yetirilərək istismara hazırlığına dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin, sifarişçinin, podratçının və layihəçinin nümayəndələrinin birgə tərtib etdiyi akt (istismara hazırlıq aktı);

1.12. sifarişçi tərəfindən hissələrlə (tikinti növbələri kimi) istismarına icazə alınmış obyektlərin bütövlüklə qəbula qədər istismara verilmiş hissələrinin icazə sənədləri.

2. Digər obyektlərə aşağıda qeyd edilən sənədlər əlavə olunmalıdır:

2.1. körpülər üzrə:

2.1.1. körpünün yük altında sınaq aktı;

2.2. avtomobil yolları üzrə:

2.2.1. yolun istismara hazırlığı haqqında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin aktı;

2.3. elektrik stansiyaları üzrə:

2.3.1. stansiyanın tam gücü ilə işləməsinə dair sınaq aktı;

2.3.2. yerləbirləşdirmə və ildırımötürücünün sınaq aktı;

2.3.3. elektrik stansiyalarının ətraf mühitə təsirinin yoxlanılması aktı;

2.3.4. maşın zallarında səs-küyün normaya uyğunluq aktı;

2.4. aeroportlar (hava limanları) üzrə:

2.4.1. uçuş-enmə zolağının yoxlanılması aktı;

2.4.2. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən uçuşlara icazə sənədi; [3]

2.4.3. uçuş-enmə zolağının işıqlandırılmasının normalara uyğunluq aktı;

2.4.4. uçuş-enmə zolağından atmosfer sularının kənarlaşdırılmasının təmin edilməsi ilə əlaqədar yerinə yetirilmiş işlər haqqında akt;

2.4.5. dispetçer avadanlıqlarının istismara yararlılıq aktı;

2.5. magistral boru kəmərləri üzrə:

2.5.1. boruların təyinatı üzrə doldurulması və onların sınaq aktı;

2.5.2. boru kəmərlərinin korroziyaya və aşınmaya qarşı mühafizə olunması aktı;

2.6. hidrotexniki qurğular üzrə:

2.6.1. su doldurulduqdan sonra bəndin susızması haqqında müayinə aktı;

2.6.2. su anbarlarındakı şlüzlərin yük altında sınaq aktı;

2.7. metro və tunellər üzrə:

2.7.1. mənziltunellərinin qabaritlərinin yoxlanılması aktı;

2.7.2. havalandırma sisteminin effektivliyinin yoxlanılması aktı;

2.7.3. metro və kontakt relslərinin yük altında sınaq aktı;

2.7.4. eskalatorların istismara qəbul aktı;

2.7.5. sınaq qatarının yola buraxılması, yolun və yol elementlərinin sınaqdan keçirilməsi aktı;

2.8. dəmir yolları üzrə:

2.8.1. mənziltunellərinin qabaritlərinin yoxlanılması aktı;

2.8.2. relslərin yük altında sınaq aktı;

2.8.3. sınaq qatarının yola buraxılması, yolun və yol elementlərinin sınaqdan keçirilməsi aktı;

2.9. qapalı idman qurğuları, konsert və sərgi salonları, mərasim zalları, kinoteatr və teatrlar üzrə:

2.9.1. quraşdırılmış səs, işıq, havalandırma, müşahidə və digər sistemlərin sınaq aktları;

2.9.2. aşırım konstruksiyalarının keyfiyyət sertifikatları və sınaq aktları;

2.9.3. asma konstruksiyaların yük altında sınaq aktı;

2.9.4. quraşdırılmış avadanlıqların, havalandırma, kondisionerləşdirmə və toztutma sistemlərinin sınaq aktları;

2.10. mürəkkəb və müasir texnologiyalı, iri sənaye və digər obyektlər üzrə:

2.10.1. obyektin təyinatı, istismarı və yeni tətbiq olunmuş elmi-texniki nailiyyətlərin son texnologiyasına uyğun olaraq quraşdırılmış avadanlıq və texnoloji proseslərin sınaq aktları.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       7 may 2019-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 948)

2.       29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 813)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 may 2019-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 948) ilə ikinci abzas 1-ci hissə hesab edilmişdir və yeni məzmunda 2-ci hissə əlavə edilmişdir.

 

[2] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 813) ilə “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nın 1.5-ci bəndinə “yerli icra hakimiyyətinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həmin Agentliyin” sözləri əlavə edilmişdir.

 

[3] 7 may 2019-cu il tarixli 213 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 11 may 2019-cu il, № 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 5, maddə 948) ilə Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin Siyahısı”nın 2.4.2-ci yarımbəndində “Dövlət Mülki Aviasiya Administrasiyasından” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status