AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANLARI
QƏBUL EDİLDİYİ TARİX
26.12.2001
QEYDİYYAT NÖMRƏSİ
616
ADI
"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2001, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 762)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
080.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun funksiyalarına dəyişikliklər edilməsi ilə bağlı onun yeni Əsasnaməsinin layihəsini təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində nəzərdə tutulmuş dövlət sosial sığorta şəhadətnaməsinin formasını təsdiq etsin;

fərdi uçot sisteminin tətbiqi üçün müvafiq təşkilati tədbirləri həyata keçirsin;

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azerbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; [1]

“Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı, 3.0.2-ci, 3.0.4-cü, 4.1-ci, 4.2-ci, 5.1-ci, 5.3-cü, 5.4-cü, 5.5-ci (ikinci halda), 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.5-cl, 6.6.1-ci, 6.6.2-ci,6.6.3-cü (hər iki halda), 6.7-ci, 7.1-ci, 7.2-ci, 7.3-cü, 7.4-cü , 7.5-ci, 7.6-cı, 7.7.1-ci, 7.7.2-ci, 7.7.3-cü, 7.7.5-ci, 7.8-ci, 7.9-cu, 7.10-cu, 7.11-ci, 7.12-ci (hər iki halda) və 7.13-cü maddələrində, III-cü fəslin adında, 8.1.1-ci, 8.1.2-ci, 8.1.3-cü, 8.1.4-cü, 8.2.1-ci, 8.2.2-ci, 8.2.3-cü, 9.1.2-ci, 9.2.1-ci, 9.2.2-ci, 10-cu (adında), 10.1-ci və 10.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azerbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir; [2]

həmin Qanunun 5.5-ci maddəsində (birinci halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri öz səlahiyyətləri daxilində həyata keçirirlər. [3]

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tapşırılsın :

"Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanunun 7.3-cü maddəsində nəzərdə tutulmuş dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi ilə bağlı müvafiq sənədlərin formalarını, onların doldurulmasına dair təlimatları hazırlayıb və müəyyən olunmuş qaydada təsdiq etsin;

Azərbaycan Respublikasında fərdi uçot sisteminin tətbiqi ilə bağlı müəssisə və təşkilatların, habelə vətəndaşların məlumatlandırılması işini həyata keçirsin;

öz səlahiyyətləri daxilində "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə, şəhər və rayon icra hakimiyyəti orqanlarına tapşırılsın ki, dövlət sosial sığorta sistemində fərdi uçotun həyata keçirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına və “DOST” mərkəzlərinə hərtərəfli kömək göstərsinlər. [4]

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 26 dekabr 2001-ci il

                    № 616

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 dekabr  2006-cı il tarixli 487 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1034)

2.       13 mart  2008-ci il tarixli 738 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 187)

3.       6 sentyabr 2016-cı il tarixli 1027 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1464)

4.       16 may 2019-cu il tarixli 692 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 may 2019-cu il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 844)

5.       3 iyul 2019-cu il tarixli 771 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1219)

6.       16 iyun 2021-ci il tarixli 1364 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 579)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 16 iyun 2021-ci il tarixli 1364 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 579) ilə 2-ci hissənin ikinci abzasın ləğv edilmişdir.

 

[2] 13 mart 2008-ci il tarixli 738 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 3, maddə 187) ilə 2-ci bəndinin üçüncü abzasında "6.6.2-ci" sözündən sonra ",6.6.3-cü (hər iki halda)" sözləri əlavə edilmişdir, "və 7.5-ci" sözləri ", 7.5-ci, 7.6-cı, 7.7.1-ci, 7.7.2-ci, 7.7.3-cü, 7.7.5-ci, 7.8-ci, 7.9-cu, 7.10-cu, 7.11-ci, 7.12-ci (hər iki halda) və 7.13-cü" sözləri ilə əvəz edilmişdir.

 

6 sentyabr 2016-cı il tarixli 1027 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1464) ilə 2-ci hissənin üçüncü abzasında və 3-cü hissənin birinci abzasında ismin müvafiq hallarında “Dövlət Sosial Müdafiə Fondu” sözləri ismin müvafiq hallarında “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

3 iyul 2019-cu il tarixli 771 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 4 iyul 2019-cu il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1219) ilə 2-ci hissənin üçüncü abzasında “4-cü (adında və mətnində)” sözləri “4.1-ci, 4.2-ci” sözləri ilə əvəz edilmişdir.

 

16 iyun 2021-ci il tarixli 1364 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan” qəzeti, 18 iyun 2021-ci il, № 125, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 6, I kitab, maddə 579) ilə 2-ci hissənin üçüncü abzasında “həmin Qanunun sözləri Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında Azərbaycan Respublikası Qanununun sözləri ilə, 5.2.11-ci sözləri 5.3-cü” sözləri ilə əvəz edilmişdir və həmin abzasdan 6.2-ci, 6.3-cü, 6.5-ci, 6.6.1-ci, 6.6.2-ci, 6.6.3-cü (hər iki halda), 6.7-ci, 8.2.3-cü, sözləri çıxarılmışdır.

 

[3] 12 dekabr 2006-cı il tarixli 487 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1034) ilə 2-ci bəndinin dördüncü abzasında “vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları” sözləri “və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri öz səlahiyyətləri daxilində” sözləri ilə əvəz edilmişdir.

 

[4] 6 sentyabr 2016-cı il tarixli 1027 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 07 sentyabr 2016-cı il, № 196, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1464) ilə 4-cü hissədə “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun” sözləri ilə əvəz ilə əvəz edilmişdir.

 

16 may 2019-cu il tarixli 692 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 19 may 2019-cu il, № 109, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, №5, maddə 844) ilə 4-cü hissəyə “yerli orqanlarına” sözlərindən sonra “və “DOST” mərkəzlərinə” sözləri əlavə edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status