AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
29.12.2014
QEYDİYYAT NÖMRƏSİ
966
ADI
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 30-12-2014, Nəşr nömrəsi: 287), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2014, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 1640)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
30.12.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201412290966
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.12.2014
“Məntəqə seçki komissiyasının formalaşdırılması qaydaları haqqında Təlimat”ın təsdiq edilməsinə dair

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında 2014-cü il noyabrın 11-də Budapeşt şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin. [1]

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Macarıstan Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 dekabr 2014-cü il

№ 966


Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə
Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında turizm
sahəsində əməkdaşlıq haqqında

 

SAZİŞ

 

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Macarısta­nın Milli İqtisadiyyat Nazirliyi (bundan sonra “Razılığa gələn Tərəflər” adlan­dırılacaq),

iki ölkə arasında turizm sahəsində əməkdaşlığı inkişaf etdirməyi arzulayaraq, öz müvafiq potensiallarını nəzərə almaqla, turizm sahəsində fəal əməkdaş­lığı təşviq etmək ehtiyacına inanaraq, aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

Razılığa gələn Tərəflər hər iki ölkənin tarix və mədəniyyətlərinin qarşılıq­lı öyrənilməsinin təkmilləşdirilməsi məqsədi ilə turizm sahəsində əlaqələrin inkişafına və gücləndirilməsinə xüsusi diqqət yetirirlər.

Razılığa gələn Tərəflər hər iki ölkədə turizm müəssisələri, təşkilatları, təsi­satları və orqanları arasında turizm sahəsində əməkdaşlığı dəstəkləyirlər.

 

Maddə 2

 

Razılığa gələn Tərəflər turizm sektorunun inkişafının təşviq olunması və ekspertlər mübadiləsinin asanlaşdırılması üçün əməkdaşlığı gücləndirməyə səy göstərirlər.

 

Maddə 3

 

Razılığa gələn Tərəflər:

a) turizmin təşviqi üzrə fikir və təcrübə mübadiləsi aparırlar;

b) turizmin təbliği üçün nəşrlər və materiallar mübadiləsi aparırlar;

c) statistik rəqəmlər və digər turizm məsələləri ilə bağlı məlumat mübadi­ləsi aparırlar;

d) Razılığa gələn Tərəflərin turizm sahəsində milli qanunvericilik təcrübə­sini öyrənirlər.

 

Maddə 4

 

Razılığa gələn Tərəflər peşəkar təlim sahəsində əməkdaşlığı təşviq edir, tu­rizm sahəsində təhsil proqramları haqqında məlumat mübadiləsinə yardım edirlər.

 

Maddə 5

 

Razılığa gələn Tərəflər müvafiq qurumlar arasında turizm sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar çərçivəsində gələcək əməkdaşlığın inkişaf etdiril­məsi və əldə olunan nəticələr barədə məlumat mübadiləsi üçün səy göstərirlər.

 

Maddə 6

 

Bu Sazişdən irəli gələn əməkdaşlığın bütün formaları Razılığa gələn Tərəf­lərin milli qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

 

Maddə 7

 

Bu Sazişin icra edilməsini təmin etmək, səlahiyyətli qurumları arasında əməkdaşlığı əlaqələndirmək və birgə layihələrin icrasının monitorinqini həyata keçirmək məqsədi ilə Razılığa gələn Tərəflər İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya çərçivəsində Turizm üzrə İşçi Qrup yarada bilərlər.

 

Maddə 8

 

Razılığa gələn Tərəflər qarşılıqlı razılıq əsasında bu Sazişə əlavə və dəyi­şikliklər edə bilərlər. Belə əlavə və dəyişikliklər bu Sazişin ayrılmaz hissəsi olan ayrıca protokollar şəklində rəsmiləşdirilir və bu Sazişin 9-cu maddəsinə uyğun olaraq qüvvəyə minir.

 

Maddə 9

 

Bu Saziş onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Azərbaycan Tərəfinin Macarıstan Tərəfinə məlumat verdiyi yazılı bildirişin diplomatik kanallar vasitəsilə alınmasından sonra otu­zuncu gün qüvvəyə minir.

Bu Saziş 5 (beş) il müddətində qüvvədə qalır və Razılığa gələn Tərəflərdən biri onu ləğv etmək niyyəti barədə digər Razılığa gələn Tərəfə bu müddətin bitməsinə ən azı 6 (altı) ay qalmış yazılı bildiriş göndərmədiyi təqdirdə, bu Sa­ziş növbəti 5 (beş) illik müddətdə qüvvədə qalır.

Budapeşt şəhərində 11 noyabr 2014-cü il tarixində, Azərbaycan, macar və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Bu Sazişin təfsiri zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis di­lindəki mətndən istifadə ediləcəkdir.

 

Azərbaycan Respublikasının

Macarıstanın

Mədəniyyət və Turizm Nazirliyi

Milli İqtisadiyyat Nazirliyi

adından

                                          adından

(imza)

(imza)

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 29 yanvar 2021-ci il tarixli 2464 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 80)

 

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 yanvar 2021-ci il tarixli 2464 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 80) ilə 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status