AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
04.04.2013
QEYDİYYAT NÖMRƏSİ
57
ADI
Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Nəqliyyat və Texniki-Təminat İdarəsinin yaradılması haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2013, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 437)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
04.04.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.04.2013
Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında

Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Nəqliyyat və Texniki-Təminat İdarəsinin yaradılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI [1]

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq və Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının tabeliyində Nəqliyyat və Texniki-Təminat İdarəsi yaradılsın.

2. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasına tapşırılsın ki, Nəqliyyat və Texniki-Təminat İdarəsinin əsasnaməsini və strukturunu təsdiq etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu qərarın 1-ci hissəsi ilə yaradılan idarənin saxlanılması üçün Azərbaycan Respublikasının dövlət büdcəsindən müvafiq vəsaitin ayrılmasını təmin etsin.

4. Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasına və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu qərardan irəli gələn digər məsələləri həll etsinlər.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası Baş nazirinin

birinci müavini Yaqub Eyyubov

 

Bakı şəhəri, 4 aprel 2013-cü il

                 № 57

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       19 noyabr 2018-ci il tarixli 491 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 noyabr 2018-ci il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2441)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 19 noyabr 2018-ci il tarixli 491 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 noyabr 2018-ci il, № 264, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2441) ilə ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status