AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
24.05.2013
QEYDİYYAT NÖMRƏSİ
83
ADI
Torpaqların alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2013, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 569)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
24.05.2013
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
250.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.05.2013
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

Torpaqların alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpaqları alan orqanın müəyyən edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazisində nəqliyyat-yol infrastrukturu sahəsində aparılan tikinti və yenidənqurma işləri zamanı tikinti altına düşən xüsusi, bələdiyyə mülkiyyətində olan və üzərində istifadə və icarə hüquqları olan dövlət mülkiyyətindəki torpaqları dövlət ehtiyacları üçün alan orqan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müəyyən edilsin. [1]

2. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırılsın ki, bu qərarın 1-ci hissəsində nəzərdə tutulan torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı hazırlıq tədbirlərini “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər təqdim etsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

 

Bakı şəhəri, 24 may 2013-cü il

                 № 83

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       13 iyul 2017-ci il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyul 2017-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1487)

2.       23 yanvar 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 yanvar 2018-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 139)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 iyul 2017-ci il tarixli 290 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 15 iyul 2017-ci il, № 150, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1487) ilə 1-ci hissəsində “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi” sözləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri ilə və 2-ci hissəsində “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə” sözləri “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə” sözləri ilə əvəz edilmişdir.

 

23 yanvar 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 yanvar 2018-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 139) ilə 1-ci hissədə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə və 2-ci hissədə “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status