AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
10.12.2001
QEYDİYYAT NÖMRƏSİ
194
ADI
“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə bağlı “Azərenerji” səhmdar cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-12-2001, Nəşr nömrəsi: 12, Maddə nömrəsi: 804)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
10.12.2001
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
110.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
«Bakıelektrikşəbəkə», «Gəncəelektrikşəbəkə», «Əli Bayramlıelektrikşəbəkə» və «Sumqayıtelektrikşəbəkə səhmdar cəmiyyətlərinin idarəetməyə verilməsi ilə bağlı «Azərenerji» səhmdar cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə he

“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə bağlı “Azərenerji” səhmdar cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası”nın təsdiq edilməsi haqqında [1]

Azərbaycan RESPUBLİKASI NAZİRLƏR KabİnetİnİN Qərarı

 

“Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətini idarə etmək hüququna dair Müqavilənin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 7 noyabr tarixli 597 nömrəli Fərmanının “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətini idarə etmək hüququna dair müqavilələrin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 avqust tarixli 1030 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: [2]

1. “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətinin idarəetməyə verilməsi ilə bağlı “Azərenerji” səhmdar cəmiyyətinin dövlət büdcəsinə və digər  subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar 2002-ci il 1 yanvar tarixdən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 10 dekabr 2001-ci il

                    № 194


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2001-ci il 10 dekabr tarixli 194 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə bağlı “Azərenerji” səhmdar cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma

 

Qaydası [3]

1. Ümumİ müddəalar

1.1. Bu Qayda “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətini idarə etmək hüququna dair Müqavilənin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 7 noyabr tarixli 597 nömrəli Fərmanına “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətini idarə etmək hüququna dair müqavilələrin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 avqust tarixli 1030 nömrəli Sərəncamına müvafiq olaraq hazırlanmışdır və “Azərenerji” səhmdar cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma qaydasını müəyyən edir. [4]

1.2. Bu Qaydada “digər subyektlər” dedikdə səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklar, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul satan, iş və xidmət göstərən dövlət müəssisələri, “şirkətlər” dedikdə - “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətini idarəetməyə götürən şirkətlər nəzərdə tutulur». [5]

2. Ödənİlməsİnə möhlət verİlən borcların müəyyən edİlməsİ

2.1. “Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin idarə etməyə verilmə tarixinə “Azərenerji” səhmdar cəmiyyətinə olan və ödənilməsinə möhlət verilən borclarının məbləği göstərilməklə, 15 gün müddətində tərəflər arasında 5 nüsxədə üzləşmə aktı tərtib edilir və tərəflər bu aktda göstərilən rəqəmlərin düzgünlüyünə məsuliyyət daşıyırlar. [6]

2.2. Tərtib edilmiş üzrəşmə aktı 10 gün müddətində Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırılmaqla məlumat üçün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, və Maliyyə Nazirliyinə təqdim edilir. [7]

2.3. “Azərenerji” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə, “Azəriqaz” Səhmdar Cəmiyyətinə, dövlət büdcəsinə,  Dövlət Sosial Müdafiə Fonduna və digər subyektlərə “Bakıelektrikşəbəkə”  Səhmdar Cəmiyyətinin idarəetməyə verilmə tarixinə mövcud olan borcları bu Qaydanın 2.1-ci bəndində göstərildiyi  kimi dəqiqləşdirilir və “Azərenerji” Səhmdar Cəmiyyətinin “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətindən alınmasına möhlət verilən borca müvafiq məbləğdə Azərbaycan Respublikasının Dövlət Neft  Şirkətinə, “Azəriqaz” Səhmdar Cəmiyyətinə, dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna və digər subyektlərə olan borc hissəsinin  ödənilməsinə möhlət verilməsi ilə bağlı birgə protokollar tərtib edilir və bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, Vergilər Nazirliyinə və Maliyyə Nazirliyinə məlumat verilir. [8]

3. Dövlət büdcəsİnə və dİgər subyektlərə yaranmış borcların hesablanması

3.1. “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyəti üzrə 2002-ci il 1 yanvar tarixdən , “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyəti üzrə isə 2002-ci il 1 oktyabr tarixdən başlayaraq “Azərenerji” səhmdar cəmiyyəti hər ay ötürdüyü elektrik enerjisinin miqdarı və əlavə dəyər vergisi (ƏDV) göstərilməklə qiyməti qeyd olunmuş elektron qaimə-fakturalarını şirkətlərə təqdim edir. [9]

3.2. Şirkət hər ay üçün “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilədə müəyyən edilmiş qaydada “Azərenerji” səhmdar cəmiyyətinə ƏDV də daxil olmaqla elektrik enerjisi haqqının ödənişini təmin edir. [10]

3.3. “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyəti 2005-ci il 31 dekabr tarixədək , “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyəti isə 2009-cu il 31 dekabr tarixədək şirkətlərin dövlət büdcəsinə ƏDV üzrə və “Azərenerji” səhmdar cəmiyyətinə elektrik enerjisi haqqının ödənişinə görə və bununla əlaqədar “Azərenerji” səhmdar cəmiyyətinin dövlət büdcəsinə ƏDV üzrə, eləcə də digər subyektlərə yaranan borclarının qanunvericiliyə müvafiq olaraq rəsmiləşdirilməsi aparılır. [11]

4. Dövlət büdcəsİnə və dİgər subyektlərə yaranmış borcların ödənİlməsİ

4.1. “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətini idarəetməyə götürən şirkət 2005-ci il 31 dekabr tarixədək , “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətini idarəetməyə götürən şirkətlər isə 2009-cu il 31 dekabr tarixədək dövlət büdcəsinə və “Azərenerji” səhmdar cəmiyyətinə bu Qayda ilə müəyyən edilmiş əməliyyatlarla əlaqədar yaranmış borclarının ödənişini “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətinini idarə etmək hüququna dair Müqavilədə müəyyən edilmiş qaydada 2007-ci il 1 yanvar tarixdən “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətini idarə etmək hüququna dair Müqavilələrdə müəyyən edilmiş qaydada 2011-ci il 1 yanvar tarixdən başlayaraq aparırlar. [12]

4.2. “Azərenerji” səhmdar cəmiyyəti bu Qaydada müəyyən edilmiş əməliyyatlarla əlaqədar dövlət büdcəsi və digər subyektlərə yaranmış borclarının ödənişini “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyəti üzrə 2007-ci il 1 yanvar tarixdən , “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyəti üzrə isə 2011-ci il 1 yanvar tarixdən başlayaraq şirkətlərin bu Qaydanın 4.1. bəndinə uyğun olaraq ona ödədiyi borc məbləğlərinə əsasən aparır. [13]

4.3. Bu Qayda ilə müəyyən edilir ki, 2005-ci il 31 dekabr tarixədək “Bakıelektrikşəbəkə” səhmdar cəmiyyətini idarəetməyə götürən şirkətə , 2009-cu il 31 dekabr tarixədək “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətini idarəetməyə götürən şirkətlərə təqdim edilmiş elektrik enerjisi üzrə “Azərenerji” səhmdar cəmiyyətinin onun tərkibinə daxil olan elektrik enerjisini istehsal edən elektrik stansiyalarının və yüksək gərginlikli ötürücü elektrik şəbəkələrinin (elektrik enerjisini topdan alıb-satan təşkilatlar olan “Bakıelektrikşəbəkə” , “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətinə verdikləri elektrik enerjisi məbləğinə görə) dövlət büdcəsinə ödəməli olduğu ƏDV-nin məbləği şirkətlərin “Azərenerji” səhmdar cəmiyyətinə ödədiyi məbləğlərə əsasən hesablanır. [14]

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       18 dekabr 2002-cı il tarixli 197 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-cı il, № 12, maddə 749)

2.       13 aprel 2006-cı il tarixli 104 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 373)

3.       31 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 59)

4.       30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)

5.       5 oktyabr 2009-cu il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 853)

6.       14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

7.       14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201)

8.       13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955)

9.       1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 13 aprel 2006-cı il tarixli 104 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 373) ilə qərarın adından və 1-ci bəndindən "Gəncəelektrikşəbəkə", "Əli Bayramlıelektrikşəbəkə" sözləri çıxarılmışdır;

 

14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə adında "və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin" sözləri "Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilmişdir.

 

[2] 14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə preambuladan "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətini idarə etmək hüququna dair müqavilələrin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 avqust tarixli 1030 nömrəli Sərəncamının" sözləri çıxarılmışdır.

 

[3] 13 aprel 2006-cı il tarixli 104 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 4, maddə 373) ilə 194 nömrəli qərarla təsdiq edilmiş "Bakıelektrikşəbəkə", "Gəncəelektrikşəbəkə", "Əli Bayramlıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" Səhmdar Cəmiyyətlərinin idarəetməyə verilməsi ilə bağlı "Azərenerji" Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası"nın adından və 1.2-ci, 2.1-ci, 2.3-cü və 3.2-ci bəndlərindən "Gəncəelektrikşəbəkə", "Əli Bayramlıelektrikşəbəkə" sözləri çıxarılsın;

 

14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə adında "və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyət-lərinin" sözləri "Səhmdar Cəmiyyətinin" sözləri ilə əvəz edilmişdir.

 

[4] 14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə 1.1-ci bənddən "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətini idarə etmək hüququna dair müqavilələrin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 avqust tarixli 1030 nömrəli Sərəncamına" sözləri çıxarılmışdır.

 

[5] 14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə 1.2-ci, 2.1-ci, 2.3-cü (hər iki halda), 3.2-ci bəndlərdə ismin müvafiq hallarında "və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətləri" sözləri ismin müvafiq hallarında "Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.

 

[6] 14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə 1.2-ci, 2.1-ci, 2.3-cü (hər iki halda), 3.2-ci bəndlərdə ismin müvafiq hallarında "və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətləri" sözləri ismin müvafiq hallarında "Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.

 

[7] 31 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 59) ilə 2.2-ci bəndində “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə,” sözləri əlavə edilmişdir.

 

30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846) ilə təsdiq edilmiş "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin idarəetməyə verilməsi ilə bağlı "Azərenerji" səhmdar cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası"nın 2.2-ci və 2.3-cü bəndlərində "Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə" sözləri "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə" sözləri ilə əvəz edilmişdir.

 

14 fevral 2014-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 fevral 2014-cü il, № 37, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №02, maddə 201) ilə 2.2-ci və 2.3-cü bəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

13 may 2016-cı il tarixli 195 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 20 may 2016-cı il, № 108, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 5, maddə 955) ilə 2.2-ci və 2.3-cü bəndlərindən “və Sənaye” sözləri çıxarılmışdır.

 

[8] 31 yanvar 2006-cı il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 1, maddə 59) ilə 2.3-cü bəndində “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə” sözlərindən sonra “Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə,” sözləri əlavə edilmişdir.

 

[9] 5 oktyabr 2009-cu il tarixli 164 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 853) ilə "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin idarəetməyə verilməsi ilə bağlı "Azərenerji" səhmdar cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası"nın 3.1-ci bəndində "vergi hesab-fakturalarını" sözlərindən əvvəl "elektron" sözü əlavə edilmişdir.

 

14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə 3.1-ci bənddən ", "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyəti üzrə isə 2002-ci il 1 oktyabr tarixdən" sözləri çıxarılmışdır.

 

1 dekabr 2020-ci il tarixli 476 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 dekabr 2020-ci il, № 254, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 12, V kitab, maddə 1580) ilə “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin idarə-etməyə verilməsi ilə bağlı “Azərenerji” Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə və digər subyektlərə yaranan borcları üzrə hesablaşma Qaydası”nın 3.1-ci bəndində “elektron vergi hesab-fakturalarını” sözləri “elektron qaimə-fakturalarını” sözləri ilə əvəz edilmişdir.

 

[10] 14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə 1.2-ci, 2.1-ci, 2.3-cü (hər iki halda), 3.2-ci bəndlərdə ismin müvafiq hallarında "və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətləri" sözləri ismin müvafiq hallarında "Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.

 

[11] 14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə 3.3-cü bənddən ", "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyəti isə 2009-cu il 31 dekabr tarixədək" sözləri çıxarılmışdır.

 

[12] 14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə 4.1-ci bənddən ", "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətini idarəetməyə götürən şirkətlər isə 2009-cu il 31 dekabr tarixədək" sözləri və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətini idarə etmək hüququna dair Müqavilələrdə müəyyən edilmiş qaydada 2011-ci il 1 yanvar tarixdən" sözləri çıxarılmışdır.

 

[13] 14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə 4.2-ci bənddən ", "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyəti üzrə isə 2011-ci il 1 yanvar tarixdən" sözləri çıxarılmışdır.

 

[14] 18 dekabr 2002-ci il tarixli 197 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-cı il, № 12, maddə 749) ilə 4.3-cü bəndində "Azərenerji" Səhmdar Cəmiyyətinin" sözlərindən sonra "onun tərkibinə daxil olan elektrik enerjisini istehsal edən elektrik stansiyalarının və yüksək gərginlikli ötürücü elektrik şəbəkələrinin (elektrik enerjisini topdan alıb-satan təşkilatlar olan "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətlərinə verdikləri elektrik enerjisi məbləğinə görə)" sözləri əlavə edilmışdir.

 

14 dekabr 2009-cu il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı () ilə 4.3-cü bənddən ", 2009-cu il 31 dekabr tarixədək "Sumqayıtelektrikşəbəkə" səhmdar cəmiyyətini idarəetməyə götürən şirkətlərə" və ", "Sumqayıtelektrikşəbəkə" sözləri çıxarılmışdır.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status