AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
17.04.2015
QEYDİYYAT NÖMRƏSİ
111
ADI
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-04-2015, Nəşr nömrəsi: 04, Maddə nömrəsi: 478)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
17.04.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
150.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.04.2015
“Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın forması və tərtibi qaydası"nın təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan və fəaliyyəti məqsədəuyğun hesab edilməyən təsərrüfathesablı dövlət müəssisə və təşkilatlarının ləğvi, özəlləşdirilməsi və yenidən təşkili ilə bağlı tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının 2.3-cü bəndinə və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təkliflərinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azərdamazlıq” Respublika İstehsalat-Elm Birliyi ləğv edilsin.

2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Sınaq Laboratoriyası ləğv edilsin.

3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Layihə Kontoru ləğv edilsin.

4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təmir-Tikinti idarəsi ləğv edilsin.

5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan aşağıdakı təsərrüfathesablı müəssisələrin özəlləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin:

5.1. Şəki Barama Toxumu Zavodu;

5.2. Zaqatala Barama Toxumu Zavodu;

5.3. Balakən Barama Toxumu Zavodu;

5.4. Ağdam Barama Toxumu Zavodu;

5.5. Bərdə Barama Toxumu Zavodu;

5.6. Qax Rayon Damazlıq İpəkçilik Stansiyası; [1]

5.7. Respublika baytarlıq sanitar dezinfeksiya dəstəsi;

5.8. Maşın Meliorasiya Stansiyası.

6. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin Baytarlıq Təchizatı Birliyinin adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təchizat Bazası adlandırılsın.

6-1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Abşeron Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Şəki Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Qusar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Samux Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Qobustan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Ağstafa Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Tovuz Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Gədəbəy Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Lerik Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Tərtər Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Zərdab Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Şabran Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Şamaxı Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Şəmkir Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Lənkəran Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Bakı Dövlət “Cıdır meydanı” Məhdud Məsuliyyətli Cəmiyyəti, “28 May” Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Cəlilabad Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun tabeliyində olan Ağstafa rayonundakı “Üzüm tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Şamaxı rayonundakı “Üzüm tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Cəlilabad rayonundakı “Üzüm tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin tabeliyində olan Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın. [2]

7. Abşeron rayonundakı “Güzdək” qoyunçuluq üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “S. Əliyev adına südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Meyvə tingliyi üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Qobu” dəvəçilik üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Abşeron Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

8. Şəki rayonundakı “Meyvə tingliyi üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Qaratorpaq” taxıl toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Daşüz” camışçılıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Şəki Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

9. Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azərbaycan-Türkiyə Toxumçuluq və Araşdırma Birgə Müəssisəsi”nin tabeliyinə verilsin. [3]

10. Quba rayonundakı “Şəfəq” südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılsın.

11. Qusar rayonundakı “Urva” kartof toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “S. Stalski adına südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Qusar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

12. Beyləqan rayonundakı “Xətai adına südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Dostluq” qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Beyləqan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

13. Göygöl rayonundakı “Bağmanlar” taxıl toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, “Ətlik-maldarlıq üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Camışçılıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Göygöl Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

14. Samux rayonundakı “R. Əliyev adına tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “M. F. Axundov adına taxıl toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Samux Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

15. Qobustan rayonundakı “M. Hüseynzadə adına taxıl toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Qobustan Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılsın.

16. Ağstafa rayonundakı “M. Mikayılov adına qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Ağstafa Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılsın.

17. Tovuz rayonundakı “1 nömrəli tərəvəz-bostan və kartof toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Tovuz Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılsın.

18. Gədəbəy rayonundakı “Saratovka” kartof toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Gədəbəy Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılsın.

19. Lerik rayonundakı “Pirəsora” qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Lerik Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılsın.

20. Tərtər rayonundakı “Meyvə tingliyi üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Tərtər Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılsın.

21. Biləsuvar rayonundakı “M. Ə. Sabir adına qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılsın.

22. Zərdab rayonundakı “Camışçılıq üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Zərdab Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılsın.

23. Şabran rayonundakı “Camışçılıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Şabran Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılsın.

24. Şamaxı rayonundakı “Qələbə” qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Şamaxı Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılsın.

25. Şəmkir rayonundakı “Koroğlu” adına qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Şəmkir Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılsın.

26. Lənkəran rayonundakı “Oktyabr” tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Lənkəran Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılsın.

27. M . Əzizbəyov adına Təcrübə-Sınaq Zavodunun adı dəyişdirilərək, Azərbaycan Təcrübə-Sınaq və Təmir Zavodu adlandırılsın.

28. Ağdam rayonundakı “Atçılıq zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək, “Qarabağ atçılıq zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılsın və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyinə verilsin. [4]

29. Ağstafa rayonundakı “Ağstafa atçılıq zavodu” “Dilbaz” atçılıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birləşdirilərək, “Dilbaz” atçılıq təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin tabeliyinə verilsin. [5]

30. Ağstafa rayonundakı “Üzüm tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti, Şamaxı rayonundakı “Üzüm tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cəlilabad rayonundakı “Üzüm tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilsin. [6]

31. Azərbaycan Bioloji Kombinatı və Abşeron Regional Süni Mayalanma Mərkəzi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun tabeliyinə verilsin.

32. Azərbaycan Dövlət Maşın Sınaq Stansiyası və Lənkəran Dövlət Maşın Sınaq Stansiyası Azərbaycan Respublikası “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin tabeliyinə verilsin.

32-1. Qax Rayon Damazlıq İpəkçilik Stansiyası Dövlət Toxum Fondunun tabeliyinə verilsin. [7]

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 aprel tarixli 64s nömrəli sərəncamı ilə Beyləqan rayon toxumçuluq üzrə “Şəfəq” dövlət kənd təsərrüfatı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin və Cəlilabad rayon “Moskva” dövlət kənd təsərrüfatı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsində olan torpaqların uzun müddətə icarəyə verildiyi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 12 sentyabr tarixli 254s nömrəli sərəncamı ilə Xaçmaz rayon “Yalama” dövlət kənd təsərrüfatı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin bazasında təyinatı saxlanılmaqla özəl pilot təsərrüfatının yaradıldığı nəzərə alınsın.

34. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi:

34.1. birləşdirilən məhdud məsuliyyətli cəmiyyətlərinin daimi istifadəsində olan torpaqlardan istifadə hüquqlarının hüquqi varislik qaydasında yeni yaradılan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə keçdiyi nəzərə alınaraq, həmin torpaqlardan səmərəli istifadəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ixtisaslaşdırılması, sort-sınaq işlərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, məhsuldarlığı yüksək olan yeni toxum sortlarının yetişdirilməsi və yayılması üçün tədbirlər görsün;

34.2. heyvandarlığın inkişaf etdirilməsi və bu sahədə cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətində saxlanılan cırlaşmış və məhsuldarlığı az olan damazlıq heyvanların satılaraq, əldə edilən vəsaitin yeni cins heyvanların alınmasına yönəldilməsini müəyyən olunmuş qaydada təmin etsin; [8]

34.3. aidiyyəti dövlət orqanları ilə birlikdə bu qərardan irəli gələn digər məsələləri həll etsin.

35. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 17 aprel 2015-ci il

                  № 111

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 sentyabr 2016-cı il tarixli 340 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 06 sentyabr 2016-cı il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 09, maddə 1568)

2.       4 aprel 2017-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 07 aprel 2017-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4 , maddə 606)

3.       19 iyul 2017-ci il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyul 2017-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1495)

4.       25 sentyabr 2018-ci il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 sentyabr 2018-ci il, № 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1942)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 sentyabr 2016-cı il tarixli 340 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 06 sentyabr 2016-cı il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 09, maddə 1568) ilə 5.6-cı bəndi ləğv edilmişdir.

 

[2] 25 sentyabr 2018-ci il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 sentyabr 2018-ci il, № 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1942) ilə yeni məzmunda 6-1-ci hissə əlavə edilmişdir.

 

[3] 19 iyul 2017-ci il tarixli 298 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 21 iyul 2017-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 7, maddə 1495) ilə 9-cu və 10-cu hissələri yeni redaksiyada verilmişdir.

əvvəlki redaksiyada deyilirdi:

9. Xaçmaz rayonundakı “Azərbaycan” tərəvəz toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “28 May” taxıl toxumçuluğu üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Xaçmaz Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

10. Quba rayonundakı “Meyvə tingliyi dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti və “Şəfəq” südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti birləşdirilərək, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Quba Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.

 

[4] 25 sentyabr 2018-ci il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 sentyabr 2018-ci il, № 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1942) ilə 28-ci hissədə “Ağdam atçılıq təsərrüfatı” sözləri “Qarabağ atçılıq zavodu” sözləri ilə əvəz edilmişdir.

 

[5] 25 sentyabr 2018-ci il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 sentyabr 2018-ci il, № 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1942) ilə 28-ci və 29-cu hissələrdə “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun” sözləri “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin” sözləri ilə əvəz edilmişdir.

 

[6] 25 sentyabr 2018-ci il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 sentyabr 2018-ci il, № 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1942) ilə 7-26-cı və 30-cu hissələr ləğv edilmişdir.

 

[7] 4 aprel 2017-ci il tarixli 119 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 07 aprel 2017-ci il, № 71, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №4 , maddə 606) ilə yeni məzmunda 32-1-ci hissə əlavə edilmişdir.

 

[8] 25 sentyabr 2018-ci il tarixli 414 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 sentyabr 2018-ci il, № 215, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №9, maddə 1942) ilə 34.1-ci və 34.2-ci bəndlərdə ismin müvafiq hallarında verilmiş “kənd təsərrüfatı istehsalat müəssisələri məhdud məsuliyyətli cəmiyyətləri” sözləri ismin müvafiq hallarında “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti” sözləri ilə əvəz edilmişdir.

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status