AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMLARI
QƏBUL EDİLDİYİ TARİX
22.05.2015
QEYDİYYAT NÖMRƏSİ
1243
ADI
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokolun təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 23-05-2015, Nəşr nömrəsi: 109), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-05-2015, Nəşr nömrəsi: 05, Maddə nömrəsi: 601)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
23.05.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
430.050.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
32201505221243
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
26.05.2015
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokolun təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Protokolun təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2015-ci il martın 4-də Sofiya şəhərində imzalanmış Protokol təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin. [1]

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Bolqarıstan Respublikası Hökumətinə bildiriş göndərsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 22 may 2015-ci il

№ 1243


Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə

Bolqarıstan Respublikasının Turizm Nazirliyi arasında turizm

sahəsində əməkdaşlığın genişləndirilməsinə dair

 

PROTOKOL

 

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Bolqarıstan Respublikasının Turizm Nazirliyi,

2 dekabr 1999-cu il tarixində Bakı şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Bolqarıstan Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişi nəzərə alaraq,

hər iki ölkə xalqları arasında dostluq münasibətlərini gücləndirmək və hər iki ölkənin iqtisadi yüksəlişinə və turizm potensialının inkişafına töhfə vermək arzusunda olaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

 

1. Turist mübadiləsinin artırılması sahəsində:

 

1.1. Tərəflər Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında turist axınının artırılmasını təşviq edəcəklər;

1.2. Onlar Azərbaycan və Bolqarıstan turist təşkilatları arasında birbaşa əlaqələrin qurulması yollarını axtaracaqlar.

 

2. Milli turizm məhsulunun təbliğ olunması sahəsində:

 

2.1. Tərəflər turizm sahəsində layihələr üzrə milli marketinq strategiyası və məlumatların tətbiqinə dair təcrübəni bölüşəcəklər;

2.2. Tərəflər turizm sahəsi üzrə ixtisaslaşmış ekspert və jurnalistlərin mübadiləsini asanlaşdıracaqlar;

2.3. Tərəflər, turizm infrastrukturunun inkişafı da daxil olmaqla, turizm sahəsi üzrə statistik və digər məlumatları mübadilə edəcəklər;

2.4. Tərəflər hökumət, dövlət və digər maraqlı təşkilatlar arasında Azərbaycan Respublikasında və Bolqarıstan Respublikasında sağlamlıq turizminin imkanlarına dair məlumatın yayılmasını dəstəkləyəcəklər;

2.5. Onlar Azərbaycan Respublikasının Xəzər Dənizi sahilinin və Bolqarıstan Respublikasının Qara Dəniz sahilinin investisiya cəlbediciliyinin artırılması təcrübəsini bölüşəcəklər;

2.6. Tərəflər Azərbaycan və Bolqarıstan turizm təşkilatlarının beynəlxalq turizm sərgilərində və hər iki ölkənin milli turizm təşkilatlarının dəstəyi ilə keçirilən digər aidiyyəti fəaliyyətlərdə qarşılıqlı iştirakını təşviq edəcəklər.

 

3. Turizm sahəsində kadrların hazırlığı vƏ ixtisaslaşması üzrə:

 

3.1. Tərəflər hər iki ölkədə turizm məktəbləri, institutları və mərkəzlərində tətbiq edilən təlim planlarının mübadiləsini dəstəkləyirlər və praktiki təlimlərin keçirilməsi üçün turizm məktəblərində tələbə mübadiləsini asanlaşdıracaqlar.

 

4. Turizm sektorunda investisiya üzrə:

 

4.1. Tərəflər turizm sahəsində investisiya layihələrinə dair məlumat mübadiləsi aparacaqlar;

4.2. Tərəflər turizm sektorunda investisiyaları həyata keçirən Azərbaycan və Bolqarıstan turizm təşkilatlan arasında əməkdaşlığı təşviq edəcəklər.

 

5. Nəqliyyat sahəsində:

 

5.1. Tərəflər iki ölkə arasında turizm mübadiləsinin artırılması məqsədi ilə Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında nəqliyyat əlaqələrinin genişlənməsini təşviq edəcəklər.

 

6. Yekun müddəalar:

 

6.1. Bu Protokolun təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək istənilən fikir ayrılığı Tərəflər arasında danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcəkdir;

6.2 .Tərəflərin qarşılıqlı razılığı ilə bu Protokola dəyişikliklər edilə bilər;

6.3. Bu Protokol onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Azərbaycan tərəfinin göndərdiyi yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən qüvvəyə minir;

6.4. Bu Protokol qeyri-müəyyən müddətə bağlanılır və Tərəflərdən biri bu Protokolu ləğv etmək niyyəti barədə digər Tərəfə diplomatik kanallar vasitəsilə ən azı altı ay əvvəlcədən yazılı bildiriş göndərməyənə qədər qüvvədə qalır.

Sofiya şəhərində 4 mart 2015-ci il tarixində, hər biri Azərbaycan, bolqar və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətndən istifadə ediləcəkdir.

 

Azərbaycan Respublikasının

Bolqarıstan Respublikasının

Mədəniyyət və Turizm Nazirliyi

Turizm Nazirliyi adından

adından

 

 

(imza)

(imza)

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 29 yanvar 2021-ci il tarixli 2464 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 80)

 

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 yanvar 2021-ci il tarixli 2464 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Xalq” qəzeti, 30 yanvar 2021-ci il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 1, maddə 80) ilə 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status