AKTIN NÖVÜ
Qanunlar
QƏBUL EDİLDİYİ TARİX
28.04.2015
QEYDİYYAT NÖMRƏSİ
1276-IVQD
ADI
Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Respublika Qəzeti (Dərc olunma tarixi: 06-06-2015, Nəşr nömrəsi: 120), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2015, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 682)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.06.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
370.040.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
12201504281276
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
08.06.2015
Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər e

Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:

1. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 282-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 62; 2013, № 12, maddə 1498) 4.4-cü maddəsinin ikinci abzasında və 7-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2018-ci il yanvarın” sözləri ilə əvəz edilsin. [1]

2. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 283-IVQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 2, maddə 63; 2013, № 12, maddə 1499) “2015-ci il dekabrın” sözləri “2018-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

3. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 617-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 466; 2014, № 1, maddə 12) 2.1-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2018-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

4. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 nömrəli Qərarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 618-IVQ nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 467, № 12, maddə 1500) 2-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2018-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

5. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 621-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 470, № 12, maddə 1501) 2-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilsin. [2]

6. “Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 622-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 471, № 12, maddə 1502) 1.13-cü və 2-ci maddələrində “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

7. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 624-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 473, № 12, maddə 1503) 2-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2017-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 625-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 474, № 12, maddə 1504) 2.2-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2018-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

9. “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 475, № 12, maddə 1505) 2-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2018-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

10. “Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 627-IVQD nömrəli Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 5, maddə 476; 2014, № 1, maddə 13) 2-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2018-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

11. “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 83, № 11, maddə 1364) 8-ci maddəsində “2015-ci il dekabrın” sözləri “2020-ci il yanvarın” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 aprel 2015-ci il

№ 1276-IVQD

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       29 noyabr 2016-cı il tarixli 433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2028)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 noyabr 2016-cı il tarixli 433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2028) ilə 1-4-cü və 8-10-cu maddələrdə “2017-ci il” sözləri “2018-ci il” sözləri ilə əvəz edilmişdir.

 

[2] 29 noyabr 2016-cı il tarixli 433-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2028) ilə 5-7-ci maddələr ləğv edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status