AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
11.06.2015
QEYDİYYAT NÖMRƏSİ
220
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 30-06-2015, Nəşr nömrəsi: 06, Maddə nömrəsi: 792)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
11.06.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.06.2015
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşk

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 16 dekabr tarixli 1143-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 29 dekabr tarixli 435 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 25 dekabr tarixli 199 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 809; 2002, № 10, maddə 641; 2003, № 6, maddələr 342, 348; 2004, № 10, maddə 871; 2005, № 6, maddə 541, № 10, maddə 978; 2006, № 4, maddə 373, № 9, maddə 822, № 10, maddə 903; 2008, № 2, maddə 130; 2009, № 2, maddə 144, № 7, maddə 607, № 9, maddələr 736, 757, № 12, maddə 1065; 2012, № 12, maddə 1390; 2013, № 7, maddə 879; 2014, № 1, maddə 57, № 6, maddə 745) ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadəyə görə birinci dərəcəli istehlakçıların (elektrik enerjisi təchizatının dayandırılmasına icazə verilməyən təşkilatların) Siyahısı”nın “Büdcədən maliyyələşdirilən istehlakçılar” bölməsinin on beşinci abzasında “miqrantların saxlanması” sözləri “miqrantların saxlanılması” sözləri ilə əvəz edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 11 iyun 2015-ci il

   № 220

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status