AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.06.2015
QEYDİYYAT NÖMRƏSİ
243
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 07-07-2015, Nəşr nömrəsi: 144), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2015, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 877)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.07.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
390.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201506250243
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.07.2015
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının 13.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 yanvar tarixli 8 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 1, maddə 39) ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarına kömək Fondu haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1. 5.5.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.5.4. xərclənmiş vəsaitin məbləği və təyinatı;”.

2. Aşağıdakı məzmunda 5.5.5-ci yarımbənd əlavə edilsin:

“5.5.5. müraciətin tarixi.”.

3. 5.6.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

“5.6.3. ödənilməli olan vəsaitin məbləği və təyinatı;”.

4. Aşağıdakı məzmunda 6.5-ci bənd əlavə edilsin:

“6.5. Fondun sədri bu Əsasnamənin 3.1.1-ci və 6.3.6-cı yarımbəndlərində nəzərdə tutulan işlər üzrə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlayır və ona xitam verir.”.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 25 iyun 2015-ci il

   № 243

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status