AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
25.06.2015
QEYDİYYAT NÖMRƏSİ
244
ADI
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nda dəyişikliklər edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 07-07-2015, Nəşr nömrəsi: 144), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-07-2015, Nəşr nömrəsi: 07, Maddə nömrəsi: 878)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
07.07.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
110.080.030
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201506250244
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
09.07.2015
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nda dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planının 13.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 9 noyabr tarixli 203 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1063; 2006, № 5, maddə 476; 2013, № 8, maddə 995) ilə təsdiq edilmiş “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 2.12-ci, 3.10-cu və 3.11-ci bəndlər əlavə edilsin:

“2.12. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorla razılaşdırmaqla xüsusi müəssisə tərəfindən insan alveri qurbanlarının sosial reabilitasiyası üzrə tədbirlərə müqavilə əsasında ştatdankənar mütəxəssislər cəlb edilirlər.

3.10. Xüsusi müəssisədə insan alveri qurbanlarına göstərilən xidmətlərin nəticələrinin qeydə alınması və istifadəsi üçün konfidensial elektron məlumat bazası yaradılır. Həmin bazanın məlumatları insan alverinə qarşı mübarizə üzrə xüsusi polis qurumuna təqdim edilir.

3.11. İnsan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları xüsusi müəssisənin fəaliyyətinin təşkil edilməsi, insan alveri qurbanlarına hüquqi yardımın göstərilməsi və onların sosial reabilitasiyası üzrə işlərə cəlb olunurlar.”.

2. 2.3-cü yarımbənddən “Ədliyyə Nazirliyi,” sözləri çıxarılsın.

3. 3.1.3-cü yarımbənd ləğv edilsin.

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 25 iyun 2015-ci il

   № 244

 

 

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status