AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
12.01.2015
QEYDİYYAT NÖMRƏSİ
5
ADI
“Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Qəzeti (Dərc olunma tarixi: 29-01-2015, Nəşr nömrəsi: 21), Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-01-2015, Nəşr nömrəsi: 01, Maddə nömrəsi: 57)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
29.01.2015
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
140.010.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
14201501120005
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
30.01.2015
“Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın təsdiq edilməsi haqqında

“Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı” təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

 

Bakı şəhəri, 12 yanvar 2015-ci il

       № 5

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2015-ci il 12 yanvar tarixli 5 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların

 

SİYAHISI

 

1. Ümumi müddəalar

 

1.1. Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı (bundan sonra - Qaydalar) “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kəndlərin) ərazilərinin və ya onların ərazi hissələrinin, o cümlədən yaşayış məntəqələrinin hüdudlarından kənarda yerləşən ərazilərinin (yaşayış məntəqələrinin perspektiv inkişafı üçün nəzərdə tutulan) müfəssəl planlarının hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydalarını, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısını müəyyən edir.

1.2. Bu Qaydaların tələbləri şəhərsalma və tikinti fəaliyyəti ilə məşğul olan bütün subyektlər üçün mütləqdir.

1.3. Müfəssəl plan yaşayış məntəqəsinin qüvvədə olan Baş planı əsasında hazırlanır. Baş plan olmadığı halda və ya Baş planın hesabat müddəti bitdikdə, kəndlərin, qəsəbələrin və perspektivdə hesabi əhalisi 50 minədək olan şəhərlərin bütün ərazisi üçün müfəssəl planın hazırlanmasına yol verilir.

1.4. Müfəssəl plan planlaşdırılan struktur elementlərinin yerləşdirilməsini, onların inkişaf parametrlərini müəyyən edən ərazi planlaşdırılması sənədidir.

1.5. Müfəssəl plan yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyin (bundan sonra – müvafiq orqanın (qurumun) və bələdiyyələrin sifarişi ilə hazırlanır. Ərazi üçün yalnız bir müfəssəl plan olmalıdır. [1]

1.6. Müfəssəl plan torpaq sahələrinin məqsədli istifadəsi, həmçinin torpaq servitutlarının tətbiq edilməsi barədə qərarların qəbul edilməsi üçün əsasdır.

1.7. Müfəssəl plan sifarişçi və lisenziyası olan layihəçi arasında bağlanılmış müqavilə əsasında hazırlanır. Müfəssəl planın sərhədləri müqavilənin ayrılmaz hissəsi olan layihə tapşırığı ilə müəyyən edilir. Layihə tapşırığına olan tələblər bu Qaydalara Əlavə 1-də, layihə tapşırığının tövsiyə edilən forması isə Əlavə 2-də verilmişdir. [2]

1.8. Müfəssəl planın layihəçisi müqavilə şərtlərinə riayət edilməsinə, layihə həllərinin keyfiyyətinə, əsaslandırılmasına və razılaşdırılmasına, həmçinin Azərbaycan Respublikasının ərazisində qüvvədə olan normativ hüquqi aktların tələblərinə riayət edilməsinə görə cavabdehdir. Layihəçi ayrı-ayrı bölmələrin (iş növlərinin) icra edilməsinə digər şəxsləri (subpodratçıları) cəlb edə bilər.

 

2. Əsas anlayışlar

 

2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakılardır:

2.1.1. layihə tapşırığı - layihələndirmənin əsasını, mərhələlərini, göstəricilərini, işlənilməsi müddətini, ilkin məlumatların əldə edilməsinə olan tələbləri, layihənin tərkibini müəyyənləşdirən sifarişçi və layihəçi arasında razılaşdırılmış sənəddir;

2.1.2. ərazinin abadlaşdırılması - ərazinin yaxşılaşdırılması və ya onun sonradan tikilib abadlaşdırılmaya hazırlanması üçün layihə və tikinti tədbirləri (mövcud tikililərin sökülməsi, şaquli planlaşdırma, yol-küçə şəbəkəsinin salınması, mühəndis-kommunikasiya xətlərinin və qurğularının tikintisi, ərazilərin yaşıllaşdırılması);

2.1.3. topoqrafik əsas - topoqrafik xəritələr və (və ya) aerokosmik zondla tədqiqetmənin, yaxud torpaq-informasiya sistemlərinin şəhərsalma layihələndirilməsi məqsədləri üçün hazırlanmış məkan məlumatları.

 

3. Müfəssəl planın tərkibi və məzmunu

 

3.1. Müfəssəl planda aşağıdakılar nəzərdə tutulur:

3.1.1. tikinti məqsədləri üçün ərazidən istifadənin növü və miqyası;

3.1.2. tikinti qaydası (üsulu), üzərində tikinti aparılması mümkün olan və olmayan torpaq sahələri, eləcə də tikinti obyektlərinin yeri;

3.1.3. tikinti aparılan torpaq sahələri üçün həcm, en və uzunluq baxımından minimal ölçülər, yerin təkindən və torpaqdan qənaətlə və səmərəli rəftar olunması ilə əlaqədar yaşayış məqsədləri ilə istifadə edilməsi nəzərdə tutulan ərazilər üçün maksimal ölçülər;

3.1.4. torpaq sahələrindən istifadə ilə bağlı zəruri digər obyektlər üçün ərazilər (asudə vaxt və istirahət üçün ərazilər), eləcə də dayanacaq yerləri və qarajlar üçün ərazilər;

3.1.5. ictimai ehtiyaclar, eləcə də idman və oyun qurğuları üçün ərazilər;

3.1.6. yaşayış binalarında mənzillərin yol verilən maksimal sayı;

3.1.7. şəhərsalma məqsədləri üçün xüsusi şərtlərlə istifadə olunan ərazilər;

3.1.8. tikinti aparılmayacaq ərazilər və onlardan istifadə;

3.1.9. hərəkət üçün ərazilər, o cümlədən piyadaların və velosipedlərin hərəkəti, maşınların saxlanılması üçün ərazilər, müəyyən ərazilərin hərəkət üçün nəzərdə tutulmuş ərazilərə birləşdirilməsi üçün ərazilər və bu kimi xüsusi təyinatlı ərazilər;

3.1.10. təchizat (təminat) məqsədlərinə xidmət edən obyekt və müəssisələr üçün ərazilər;

3.1.11. mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərinin çəkilməsi, habelə tullantılar və anbarlar üçün ərazilər;

3.1.12. yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun parklar və başqa yaşıllıq əraziləri, qısamüddətli istirahət məqsədi ilə çadır qurmaq üçün yerlər, çimərlik yerləri, qəbiristanlıqlar; [3]

3.1.13. su əraziləri, eləcə də su təsərrüfatı, daşqından qorunmaq üçün qurğuların yerləşdirilməsi və suyun axınını tənzimləmək üçün ərazilər (əgər bu məsələlər digər qanunvericilik aktları ilə həll olunmamışdırsa);

3.1.14. mühəndis hazırlığının, o cümlədən relyefin layihə təşkilinin aparılmalı olduğu ərazilər (doldurulmalı, qazılmalı olan ərazilər) və ya daş, torpaq, yaxud digər qazıntıların çıxarılması üçün ərazilər;

3.1.15. heyvandarlıqla bağlı obyektlərin tikintisi (tövlələr, heyvan sərgilərinin keçirilməsi üçün qurğular və s.), habelə otlaqlar və örüşlər üçün ərazilər;

3.1.16. təbii mühitin və landşaftın qorunması və inkişafı məqsədi ilə tədbirlər (əgər bu məsələlər digər qanunvericilik aktları ilə həll olunmamışdırsa), eləcə də bu tədbirlərin görülməsi üçün ərazilər;

3.1.17. piyada və ya nəqliyyat vasitəsilə hərəkət üçün ictimaiyyətin və ya maraqlı şəxslər dairəsinin xeyrinə, habelə infrastrukturun yaradılması üçün yüklənməli olan ərazilər;

3.1.18. ətraf mühitin zərərli təsirlərdən mühafizəsi məqsədi ilə havanı çirkləndirən müəyyən materiallardan istifadənin qadağan edildiyi və yaxud məhdudlaşdırıldığı ərazilər, təmizlənməli və abadlaşdırılmalı ərazilər;

3.1.19. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş mənada ətraf mühitin zərərli təsirlərdən mühafizəsi məqsədi ilə müvafiq tədbirlərin görülməsi üçün ərazilər, eləcə də belə təsirlərdən qorunmaq və ya belə təsirlərin qarşısını almaq üçün tikinti və digər texniki xarakterli tədbirlər;

3.1.20. kənd və ya meşə təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmuş ərazilər istisna olmaqla, tikinti obyektlərinin hissələri üçün ağacların, kolların və digər bitkilərin əkilməsi, eləcə də onların və su hövzələrinin qorunub saxlanılması üçün dayaqlar.

3.2. Müfəssəl planda aşağıdakılar xüsusi qeyd olunmalıdır:

3.2.1. tikinti zamanı xüsusi tikinti tədbirlərinin və ya təbiət hadisələrinə qarşı xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi üçün zəruri olan ərazilər;

3.2.2. mədən sənayesi altında olan və ya mineralların emalı üçün nəzərdə tutulmuş ərazilər;

3.2.3. ətraf mühit üçün təhlükə yaradan materiallarla yüklənmiş ərazilər;

3.2.3-1. strateji ekoloji qiymətləndirilmə (SEQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. [4]

3.2.4. Müfəssəl plan onun tətbiq olunduğu ərazinin sərhədlərini müəyyən edir.

3.2.5. Müfəssəl plana izahat əlavə edilməlidir. İzahatda müfəssəl planın məqsədləri və mühüm təsirləri təsvir olunmalıdır.

3.2.6. Müfəssəl plan aşağıdakı hallarda hazırlanır və ya dəyişdirilir:

3.2.6.1. ümumi və baş planlara uyğun olaraq yaşayış evlərinin, ictimai təyinatlı obyektlərin, rekreasiya obyektlərinin və ümumi istifadədə olan obyektlərin, sənaye, anbar, kommersiya və ticarət obyektlərinin, mühəndis-kommunikasiya şəbəkələrinin və digər obyektlərin tikintisi məqsədi ilə ərazilər nəzərdə tutulduqda;

3.2.6.2. yeni tikinti üçün, yaxud kənd və ya meşə təsərrüfatı ilə bağlı olmayan digər fəaliyyət növlərinin inkişafı üçün torpaq sahələri formalaşdırıldıqda;

3.2.6.3. tikinti və digər fəaliyyət növlərinin inkişafı məqsədi ilə torpaqdan istifadənin əsas təyinatı dəyişdirildikdə;

3.2.6.4. ərazidən istifadə növü, binaların yol verilən hündürlük həddi, ərazinin tikinti və tikinti sıxlığı əmsalları ilə bağlı tələblərdən hər hansı biri dəyişdikdə;

3.2.6.5. sənaye zonaları üçün ərazilər formalaşdırıldıqda;

3.2.6.6. ümumi və baş planlarda mühəndis-kommunikasiya təminatı qurğularının tikintisi nəzərdə tutulmadıqda.

3.2.7. Qüvvədəolma müddəti müəyyən edilməyən müfəssəl planlar müddətsiz istifadə olunur.

3.3. Müfəssəl plan qrafiki materiallardan və izahat yazısından ibarətdir.

3.3.1. Qrafiki materiallara aşağıdakılar daxildir:

3.3.1.1. yaşayış məntəqəsinin planında layihələndirilən ərazinin mövqe planı;

3.3.1.2. ərazinin müasir istifadəsi planı (istinad planı);

3.3.1.3. tikinti-planlaşdırma eskizi ilə birlikdə qırmızı xətlərin planı;

3.3.1.4. müfəssəl plan (əsas cizgi);

3.3.1.5. qırmızı xətlərin bölgü planı;

3.3.1.6. küçələrin en kəsikləri (mövcud və layihələndirilən);

3.3.1.7. nəqliyyat və sosial xidmət obyektlərinin yerləşdirilməsi sxemi;

3.3.1.8. magistral mühəndis şəbəkələri və qurğularının yerləşdirilməsi sxemi;

3.3.1.9. ərazinin mühəndis hazırlığı sxemi (ərazinin relyefinin təşkili ilə birlikdə);

3.3.1.10. ərazinin planlaşdırılma məhdudiyyətləri sxemində göstərilən məlumatlar (müfəssəl plan yaşayış məntəqəsinin bütün ərazisi üçün işləndiyi halda):

3.3.1.10.1. faydalı qazıntıların yerləşdiyi ərazilərin sərhədləri;

3.3.1.10.2. təbii şəraitinə görə tikinti üçün müxtəlif dərəcədə əlverişsiz olan torpaqlar;

3.3.1.10.3. sənaye müəssisələrinin və digər obyektlərin sanitar mühafizə zonaları;

3.3.1.10.4. hava limanına yaxın ərazilərdə tikintinin aparılması üçün məhdudiyyətli zonalar;

3.3.1.10.5. kurortların su mənbələrinin, su anbarlarının, su kəmərlərinin, yüksəkgərginlikli elektrik ötürücüsü xətlərinin mühafizə zonaları;

3.3.1.10.6. daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonaları.

3.3.2. İzahat yazısında layihələndirilən ərazinin xarakteristikası, təhlili, qiymətləndirilməsi, ərazinin istifadə edilməsi üzrə əsaslandırma və layihə həlləri, onun mühəndis və nəqliyyat təminatı, texniki-iqtisadi göstəriciləri, ətraf mühitin mühafizəsi və fövqəladə halların qarşısının alınması üzrə tədbirlər olmalıdır:

3.3.2.1. layihələndirilən ərazinin xarakteristikasında aşağıdakılar əks olunmalıdır:

3.3.2.1.1. ərazinin iqlim və mühəndis-geoloji şəraiti barədə məlumat;

3.3.2.1.2. ərazinin müasir istifadəsi (mövcud vəziyyəti) barədə məlumat;

3.3.2.1.3. ərazidəki bina və qurğuların texniki vəziyyətinin qiymətləndirilməsi;

3.3.2.1.4. ərazinin sanitar vəziyyəti barədə məlumat;

3.3.2.2. layihə təkliflərinin əsaslandırılması aşağıdakıları əks etdirməlidir:

3.3.2.2.1. əhalinin perspektiv sayının göstəriciləri;

3.3.2.2.2. tikinti növlərinə və onun sıxlığına görə mənzil fondu üzrə təkliflər və hesabatlar;

3.3.2.2.3. sosial, mühəndis və nəqliyyat infrastrukturları obyektlərinin yerləşdirilməsi və tutumu üzrə təkliflər və hesabatlar;

3.3.2.2.4. istirahət və idman (turizm) obyektlərinin yerləşdirilməsi üzrə təkliflər;

3.3.2.2.5. ərazi zonaları üzrə layihələndirilən ərazinin balansı;

3.3.2.3. ərazi üzrə layihələndirmə işlərinə aşağıdakılar daxildir:

3.3.2.3.1. ərazinin struktur-planlaşdırma elementlərinə bölünməsi, onların yerləşdirilməsi, ölçüləri və konfiqurasiyası;

3.3.2.3.2. tikintinin növləri;

3.3.2.3.3. şəhərsalma kompozisiyasının prinsip və üsulları;

3.3.2.4. ərazinin abadlaşdırılması ilə bağlı layihə işlərində aşağıdakı təkliflər və hesabatlar əks olunmalıdır:

3.3.2.4.1. yol-küçə şəbəkəsinin inkişafı;

3.3.2.4. 2. nəqliyyat hərəkətinin təşkili;

3.3.2.4.3. avtomobil nəqliyyatının saxlama sahələrinin (dayanacaq və parklanma yerləri) yerləşməsi və parametrləri; [5]

3.3.2.4.4. yaşıllaşdırma növləri nəzərə alınmaqla, landşaft-rekreasiya ərazilər sisteminin yaradılması;

3.3.2.4.5. ərazilərin mühəndis hazırlığı;

3.3.2.4.6. su təchizatı və kanalizasiya, istilik, elektrik, qaz təchizatı sistemləri, telefon, televiziya, radio xətləri;

3.3.2.4.7. ərazinin sanitar təmizlənməsi;

3.3.2.5. layihənin əsas texniki-iqtisadi göstəricilərində (TİG) bu Qaydalara Əlavə 5-ə uyğun olaraq qəbul edilmiş layihə işlərini səciyyələndirən kəmiyyət parametrləri əks olunmalıdır. TİG — layihələndirmə ilinin yanvarın 1-dək aşağıdakı mərhələlər üzrə: layihələndirmə ilindən başlayaraq layihənin reallaşdırılmasının birinci mərhələsinin sonunadək, birinci mərhələnin sonundan başlayaraq qəbul edilmiş hesabat dövrünün sonunadək (və ya artan yekun üzrə) göstərilməlidir;

3.3.2.6. ətraf mühitin mühafizəsi ilə bağlı tədbirlərdə ətraf mühitin mövcud və proqnozlaşdırılan vəziyyətinin xüsusiyyətləri və həmçinin onun optimallaşdırılmasına yönəldilmiş kompleks şəhərsalma tədbirləri əks olunmalıdır və burada aşağıdakılar göstərilməlidir:

3.3.2.6.1. ərazinin landşaft-iqlim xüsusiyyətlərinin təsviri (relyef, bitki örtüyü, mikroiqlim və s.) ;

3.3.2.6.2. ətraf mühitin mövcud vəziyyətinin xarakteristikası;

3.3.2.6.3. ətraf mühitin əlverişsiz texnogen təsir mənbələrindən (stasionar, səyyar) mühafizəsinə yönəldilmiş şəhərsalma tədbirləri.

3.4. Müfəssəl planın təsdiq edilməli hissəsinə daxildir:

3.4.1. müfəssəl plan (əsas cizgi);

3.4.2. qırmızı xətlərin bölgü planı;

3.4.3. küçələrin en kəsikləri.

3.5. Müfəssəl planın əhatə etdiyi ərazinin tikinti-planlaşdırılmasının vizual görünüşü 3D formatında, layihə tapşırığında nəzərdə tutulduğu hallarda isə əlavə olaraq həmçinin maketi hazırlanmalıdır. [6]

3.5-1. planlaşdırılan əraziyə uyğun memarlıq üslubunun təmin edilməsi üçün müfəssəl planın əhatə etdiyi ərazinin tikinti-planlaşdırılmasının 3D formatında hazırlanan vizual görünüşündə aşağıdakılar nəzərə alınmalıdır: [7]

3.5-1.1. planlaşdırılan ərazidə tikintisinə icazə tələb olunan binaların memarlıq həllərinin həcm-fəza kompozisiyasında, eləcə də fasadların tərtibatında müasir memarlıq üslublarının tətbiqi;

3.5-1.2. planlaşdırılan ərazidə tikintisinə icazə tələb olunan binaların memarlıq həllərində milli memarlığa xas olan irsin və şərq memarlıq üslubunun müasir formada tətbiqi;

3.5-1.3. binaların memarlıq həllərində tətbiq olunan üslubların, eləcə də binaların xarici görünüşünün müvafiq ərazi ilə uzlaşdırılması.

3.6. Ərazisində tarixi — mədəni dəyərlər yerləşən yaşayış məntəqələri üçün müfəssəl planın tərkibində “Tarixi-memarlıq istinad planı” cizgisi hazırlanmalıdır.

3.7. Layihələndirilən ərazinin mövqe planı 1:5 000 və ya 1:10 000 miqyasında Baş plan materiallarının əsasında yerinə yetirmək tövsiyə edilir. Planda aşağıdakılar əks olunmalıdır:

3.7.1 müfəssəl planın sərhədləri;

3.7.2. ərazi zonalarının şərti işarələri;

3.7.3. xarici nəqliyyat magistrallarının istiqamətlərinin coğrafi adları.

3.8. “İstinad planı” cizgisi 1:1000 və ya 1:2000 miqyasında aşağıdakılar əks olunmaqla yerinə yetirilməlidir:

3.8.1. binaların mərtəbəliliyinə, maddi daşınmaz tarixi dəyərlərinə və digər parametrlərə nisbətdə xarakteristikaları göstərilməklə mövcud tikililəri;

3.8.2. layihələndirməyə başlama tarixinə olan ərazi zonalarının sərhədləri;

3.8.3. layihələndirmə və tikinti üçün ayrılmış torpaq sahələrinin sərhədləri;

3.8.4. mövcud mühəndis şəbəkə və qurğuları;

3.8.5. mövcud planlaşdırma məhdudiyyətləri.

3.8.6. “İstinad planı” cizgisində mövcud sənaye müəssisələrinin, sosial infrastruktur və ictimai obyektlərinin şərhi verilir.

3.9. “Tarixi-memarlıq istinad planı” cizgisi 1:1 000 və ya 1:2000 miqyasında aşağıdakılar əks olunmaqla yerinə yetirilir:

3.9.1. daşınmaz tarix və mədəniyyət abidələrinin dövlət siyahısına daxil edilmiş ərazisi, bina və qurğuları, həmçinin daşınmaz tarix və mədəniyyət abidələri statusu almağa təklif olunan obyektlər;

3.9.2. daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonaları.

3.10. “Müfəssəl plan” cizgisi 1:1000 və ya 1:2000 miqyasında aşağıdakılar əks olunmaqla yerinə yetirilməlidir:

3.10.1. qırmızı xətlər;

3.10.2. bütün növ saxlanılan tikililər (istinad fondu) və təbii landşaft saxlanılan sahələr;

3.10.3. inşa edilən, yenidən qurulan, təmir və bərpa olunan binaların struktur-plan elementləri və şəhərsalma kompleksləri;

3.10.4. layihənin reallaşdırılmasının ilk növbəsi və hesabat mərhələsi müəyyən edilməklə, planlaşdırılan ərazi zonalarının sərhədləri;

3.10.5. torpaq sahələrinin istifadəsi və şəhərsalma tənzimlənməsinin tikinti və digər xətləri.

3.11. “Qırmızı xətlərin bölgü planı” cizgisində mövcud qırmızı xətlər, mövcud qırmızı xətlərə, istinad binalarına, koordinat toruna (əyrilərin bucaq və radiusları) bağlanılmaqla dəyişmiş (təyin olunmuş) qırmızı xətlər olmalıdır.

3.12. “Küçələrin en kəsikləri” cizgisi onların elementlərinin ölçülərini və yeraltı kommunikasiyaların yerləşdirilməsini göstərməklə 1:200 miqyasında yerinə yetirilməlidir.

3.13. “Nəqliyyat və sosial xidmət obyektlərinin yerləşdirilməsi sxemi” 1:1000 və ya 1:2000 miqyasında aşağıdakılar əks olunmaqla yerinə yetirilməlidir:

3.13.1. küçələrin təsnifatı;

3.13.2. ictimai nəqliyyatın hərəkət xətləri;

3.13.3. piyada və velosiped yollarının əsas istiqamətləri;

3.13.4. layihələndirilən nəqliyyat qurğuları;

3.13.5. layihənin hesabi ehtiyacı göstərilməklə, avtomobil dayanacaqlarının və qarajların yerləşdirilməsi, sosial xidmət obyektləri.

3.14. Mühəndis şəbəkələri və qurğuları sxemlərində 1:1000 və ya 1:2000 miqyasında şəbəkə və qurğuların yerləşdirilməsi yerləri göstərilməklə, ərazinin mühəndis təminatının kompleks texniki həlləri göstərilməlidir. Mühəndis şəbəkələrinin növləri üzrə sxemlərin ayrıca cizgidə tərtib edilməsinə yol verilir.

3.15. 1:1000 və ya 1:2000 miqyasında icra edilmiş ərazinin mühəndis hazırlıq sxemində aşağıdakılar üzrə məlumat olmalıdır:

3.15.1. ərazinin mühəndis hazırlığı aparılmalı sahələrinin sərhədləri;

3.15.2. yol-küçə şəbəkəsinin şaquli planlaşdırılması (mövcud və layihə hündürlük səviyyələri);

3.15.3. küçə oxları üzrə mailliklərin istiqamətləri və ölçüləri;

3.15.4. səth sularının kənarlaşdırılması (yağış kanalizasiyası) və drenaj sistemi, ərazinin təhlükəli mühəndis-geoloji proseslərdən mühəndis mühafizəsi sistemi üzrə texniki həllər.

3.16. Müfəssəl plan tərtib olunduqda, onun məhdudiyyətlər sxemində aşağıdakı məlumatlar öz əksini tapmalıdır:

3.16.1. tullantı mənbələri (istehsalat müəssisələri, mühəndis-nəqliyyat infrastrukturu obyektləri, kommunal obyektlər);

3.16.2. sanitar-mühafizə zonaları;

3.16.3. su mühafizə zonalarının sərhədləri və su göllərinin sahilyanı zolaqları, suqəbuledicinin sanitar-mühafizə zonaları, xüsusi mühafizə olunan təbii ərazilər və s.

3.17. “Tikinti-planlaşdırma eskizi” yerin relyefi nəzərə alınmaqla, layihələndirilən ərazinin sərhədlərində tikilinin memarlıq-planlaşdırma və həcm məkan həllini aşkar etməlidir. Onun üzərində bütün növ saxlanılan tikilinin və təbii landşaftın saxlanılan sahələrinin elementləri və həmçinin layihələndirilən qırmızı xətləri göstərilməlidir. Ərazinin tikinti-planlaşdırılmasının maketi və ya 3D formatında vizualizasiyası layihə tapşırığına əsasən yerinə yetirilir.

3.18. Müfəssəl planın əlavələrinə aşağıdakılar daxildir:

3.18.1. müfəssəl planın hazırlanması üçün əsas (müvafiq orqanın (qurumun) və ya bələdiyyənin qərarı); [8]

3.18.2. istifadə edilən topoqrafik əsas, iqlim və mühəndis-geoloji şərait barədə məlumatlar;

3.18.3. göstərilən ərazi üçün əvvəllər işlənilib hazırlanmış layihə sənədləri barədə məlumatlar;

3.18.4. yerli icra hakimiyyəti və aidiyyəti orqanları tərəfindən müfəssəl planın razılaşdırılması barədə sənədlər;

3.18.5. müfəssəl planın ictimai müzakirəsinin protokolu.

 

4. Ərazinin şəhərsalma məqsədləri üçün istifadəsinin şərtləri

 

4.1. Ərazinin şəhərsalma məqsədləri üçün istifadəsinin şərtləri tikinti obyektlərinin ərazilərində memarlıq və şəhərsalma fəaliyyətinə olan tələbləri müəyyən edir və onlara riayət edilməsi baxımından müfəssəl planlaşdırma hüdudlarında bütün layihələndirilən ərazinin kompleks və sabit inkişafını təmin edir.

4.2. Şəhərsalma məqsədləri üçün istifadəsinin şərtləri ərazi zonalarının sərhədlərində yerləşən bütün sahələrə şamil edilir.

4.3. Layihələndirilən ərazi landşaftın təşkili və tikintisi ilə bağlı tələblər, həmçinin ərazi planlaşdırılması sənədləri ilə sərhədlər, torpaqdan istifadənin növü və şərtləri, tikintinin miqyası, eləcə də torpaqdan istifadə ilə bağlı məhdudiyyətlər müəyyən edilməklə ərazi zonalarına bölünür. Tikinti tənzimlənmə xətləri sanitar və yanğın əleyhinə qaydalara riayət edilməsini təmin etməlidir. Tikinti tənzimlənmə xətləri tikilinin planlaşdırma həllinə uyğun olaraq binaların əsas fasadlarının yerləşməsini və konfiqurasiyasını göstərir. Tikinti tənzimlənmə xətlərinin şərti işarələri ayrı-ayrı sahələr üçün bu Qaydalara Əlavə 4-də göstərilir.

4.4. Sahənin tikinti üçün istifadəsinin intensivlik göstəricilərinə aşağıdakılar daxildir:

4.4.1. tikinti əmsalı;

4.4.2. tikintinin sıxlığının əmsalı;

4.4.3. tikilinin hündürlüyü (mərtəbəliliyi).

4.5. Tikililərin hündürlüyü və binalar arasındakı məsafələr yaşayış, ictimai bina və yaşayış ərazilərinin insolyasiyasının normativ davamlılığını təmin etməlidir. Tikilinin hündürlük xətti kompozisiya keyfiyyətlərinin tənzimlənməsi məqsədi ilə müəyyən edilir.

 

5. Müfəssəl planın tərtib edilməsi, razılaşdırılması və təsdiq edilməsi qaydaları

 

5.1. Müfəssəl planın tərtib edilməsinə aşağıdakı iş növləri daxildir:

5.1.1. ilkin məlumatların toplanması və təhlili;

5.1.2. ərazinin şəhərsalma qiymətləndirilməsi;

5.1.3. layihə həllərinin (variantların) hazırlanması;

5.1.4. müfəssəl planın tərtibatı;

5.1.5. müfəssəl planın ilkin layihəsini ictimaiyyətə tanışlıq üçün təqdim edilməsi;

5.1.6. müfəssəl planın razılaşdırılması;

5.1.7. müfəssəl planın yekun layihəsinin ictimai müzakirəsinin təşkili;

5.1.8. müfəssəl planın təsdiq edilməsi.

5.2. İlkin məlumatlara daxildir:

5.2.1. topoqrafik əsas, iqlim və mühəndis-geoloji axtarışların materialları;

5.2.2. dövlət torpaq kadastrının məlumatları;

5.2.3. torpaq sahələrinin tikinti üçün ayrılması barədə məlumatlar;

5.2.4. əhali, yaşayış fondu, xidmət müəssisələri və idarələri, idman, sənaye, nəqliyyat və digər daşınmaz əmlak obyektlərinin sayı barədə məlumatlar;

5.2.5. mövcud küçə şəbəkəsi, nəqliyyat xidməti, hərəkətin təşkili, şəhər sərnişin nəqliyyatı xətləri və dayanacaq məntəqələrinin yerləşdirilməsi barədə məlumatlar;

5.2.6. mövcud yerüstü və yeraltı mühəndis şəbəkələri və qurğuları barədə məlumatlar;

5.2.7. ümumi istifadə üçün (park və bağçalar) mövcud obyektlərin yaşıllaşdırılması və abadlaşdırılması barədə məlumatlar;

5.2.8. ətraf mühitin mövcud vəziyyəti barədə məlumatlar;

5.2.9. tarixi-mədəni sərvətlərin siyahısı, onların mühafizəsi zonalarının işlənilib hazırlanmış və təsdiq edilmiş layihələri;

5.2.10. Baş planın materialları (mövcud olduğu halda).

5.3. İlkin məlumatlar layihələndirmənin başlanması ilinin 1 yanvar tarixinə olan vəziyyətinə görə layihəçi tərəfindən sifarişçiyə təqdim edilir.

5.4. Layihələndirmə üçün rəqəmsal topoqrafik əsasdan istifadə etmək tövsiyə edilir. Bu zaman məlumatın həcmi, detallaşması və dəqiqliyi kağız əsasda müfəssəl plan üçün qəbul edilmiş miqyasda (1:1000 və ya 1:2000) topoqrafik planın xüsusiyyətlərinə uyğun olmalıdır.

5.5. Müfəssəl planın qrafiki materiallarının işlənilməsi sxemi bu Qaydalara Əlavə 3-də, müfəssəl plan cizgilərində ərazi (torpaq sahələri) sərhədlərinin şərti qrafiki işarə edilməsi isə bu Qaydalara Əlavə 4-də göstərilir. Hər bir cizgi müvafiq qaydada müfəssəl planlaşdırmanın sərhədləri, qəbul edilmiş şərti işarələr, küləklərin istiqaməti, şimal istiqaməti, əsas yazı (ştamp) nəzərə alınaraq tərtib edilir. Cizgidə ümumi göstəricilərin qeyd olunmasına yol verilir.

5.6. İzahat yazısı və “Müfəssəl plan” cizgisini layihəni hazırlayan təşkilatın rəhbərləri və müəlliflər imzalayırlar. Digər cizgi və sxemlər layihəni işləyib hazırlayan təşkilatın daxili sənədləşdirmə prosedurları ilə müəyyən edilmiş qaydada imzalanır.

5.7. İzahat yazısının titul vərəqində sifarişçi və layihəni hazırlayan müəssisənin adı, layihənin tam adı, layihənin buraxılması ili və ayı, izahat yazısında isə layihə və bölmələr üzrə müəllif kollektivinin tərkibi və məsul icraçılar, qrafik və mətn materiallarının siyahısı şəklində layihənin tərkibi və layihəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.

5.8. Təqdimat materialları və həmçinin maqnit daşıyıcıda layihə sənədləri sifarişçiyə bir nüsxədə, qrafiki materiallar və izahat yazısı isə üç nüsxədə təqdim edilir.

5.9. Müfəssəl planın hazırlanması və ya dəyişdirilməsi barədə qərar, planlaşdırmanın məqsədləri və ehtimal olunan təsirləri, müəyyən ərazinin yenidən qurulması və ya inkişafı ilə əlaqədar müxtəlif həll yolları haqqında sifarişçi tərəfindən əvvəlcədən ictimaiyyətə məlumat verilməlidir.

5.10. Müfəssəl planın hazırlanması və ya dəyişdirilməsi barədə qərarın elan olunduğu gündən 30 (otuz) gün müddətində ictimaiyyət bu Qaydaların 5.9-cu bəndində nəzərdə tutulmuş məsələlərlə bağlı etiraz və təkliflərini sifarişçiyə yazılı şəkildə təqdim edir.

5.11. Müfəssəl planın ilkin layihə materialları tanışlıq məqsədi ilə ictimaiyyətə təqdim edilir. İctimaiyyətin təklifləri nəzərə alınmaqla hazırlanmış müfəssəl planın layihə materialları razılaşdırmaq məqsədi ilə aidiyyəti dövlət orqan və qurumlarına təqdim edilməlidir. Həmin orqanlar və aidiyyəti qurumlar müfəssəl planın layihəsinin onlara göndərildiyi gündən 30 (otuz) gün müddətində həmin sənədlərə dair yazılı rəy bildirməlidirlər. Bu müddətdə onlar rəy bildirmədikdə, sifarişçi ərazi planlaşdırılmasının həmin orqan və qurumların maraqlarına toxunmaması mövqeyindən çıxış edir.

5.12. Bu Qaydaların 5.9-cu və 5.11-ci bəndlərinin tələblərinə müvafiq verilən təkliflər nəzərə alınmaqla, müfəssəl planın yekun layihəsi hazırlanır və sifarişçinin təşkil etdiyi ictimai müzakirəyə çıxarılır.

5.13. Müfəssəl planın ictimai müzakirəsi üçün qrafik və mətn materialları təqdim edilir.

5.14. Müfəssəl plan layihəsi bələdiyyənin qərarı əsasında hazırlandığı halda, hazırlandığı gündən 10 (on) gün müddətində müvafiq bələdiyyəyə, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin qərarı əsasında hazırlandığı halda həmin Agentliyə, digər hallarda isə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təsdiq üçün təqdim edilməlidir. [9]

5.15. Müfəssəl plan layihəsi bələdiyyənin qərarı əsasında hazırlandığı halda, müvafiq qaydada razılaşdırıldıqdan sonra rəy bildirmək üçün yerli icra hakimiyyəti orqanlarının memarlıq bölmələri tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilir.

5.16. Müfəssəl plan onun təsdiq olunduğu gündən 5 (beş) gün müddətində müvafiq orqan (qurum) və yaxud bələdiyyə tərəfindən elan olunmalıdır. Müfəssəl plan elan olunduğu gündən qüvvəyə minir. [10]

 

6. Müfəssəl planların razılaşdırıldığı orqanların siyahısı

 

6. Müfəssəl planlar aşağıda qeyd olunan orqanları ilə razılaşdırılmalıdır:

6.1. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi;

6.2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi;

6.3. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;

6.4. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi; [11]

6.5. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi; [12]

6.5-1. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi; [13]

6.6. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi;

6.7. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi; [14]

6.8. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti;

6.9. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti; [15]

6.10. Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi;

6.10-1. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi; [16]

6.10-2. Bakı Nəqliyyat Agentliyi; [17]

6.11. Layihə tapşırığında qeyd olunan orqan və qurumlar.

 

7. Yekun müddəa

 

7.1. Bu Qaydalara Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla dəyişiklik edilə bilər.

 

 


 

 

“Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”na

Əlavə 1

 

(məcburi olan)

 

 

 

 

 

 

Layihə tapşırığına dair tələblər

 

Layihə tapşırığında aşağıdakılar göstərilməlidir:

1. layihələndirilən obyektin adı və sərhədləri;

2. müfəssəl planın hazırlanması üçün əsas;

3. müfəssəl planın hazırlanması üçün əsas öhdəliklər və tələblər;

4. ilkin məlumatların alınması, toplanması, kartoqrafik və topoqrafik əsasla­rın istifadə edilməsi qaydası, əsas cizgilərin icra edilməsi həcmi;

5. layihəqabağı tədqiqatların, mühəndis axtarışlarının və digər işlərin (təbii şərtlərin müəyyən edilməsi, ekoloji, sosial-iqtisadi, demoqrafik situasiyanın, is­tehsal, sosial, mühəndis-nəqliyyat infrastrukturunun inkişafı, tarixi-mədəni və təbii irsin mühafizəsi və s.) yerinə yetirilməsi zərurəti;

6. müfəssəl planın bölmələrinin tərkibi və məzmunu, əsas texniki-iqtisadi göstəricilər ilə bağlı əlavələr, əlavə işlər və layihə materiallarının surətləri ba­rədə göstəricilər;

7. layihəyə baxışı, onun razılaşdırılmasını və ekspertizasını həyata keçirən təş­kilatların adı, layihələndirmə prosesində və ya müfəssəl planın ayrı-ayrı mürək­kəb məsələlərinin ilkin razılaşdırılmasının həyata keçirilməsi barədə göstərişlər;

8. digər tələb və şərtlər.

 

 


 

 

“Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”na

Əlavə 2

 

(tövsiyə edilən)

 

 

 

“TƏSDİQ EDİRƏM”

 

___________________________________________

 

(Sifarişçi təşkilatın rəhbərinin vəzifəsi)

 

___________________________________________

 

(imza)

 

___________________________________________

 

(soyadı və adı)

 

___________________________________________

 

(tarix)

 

 

Müfəssəl planın hazırlanmasına dair
Layihə tapşırığı

 

1. Obyektin adı _______________________________________________________________________________

_____________________________________________________________________________________________

2. Müfəssəl planın hazırlanması üçün əsas _______________________________________________________

_____________________________________________________________________________________________

3. Layihənin hazırlanması müddəti. _____________________________________________________________

_____________________________________________________________________________________________

4. İlkin məlumatın təqdim edilməsi müddəti, qaydası, tərkibi və icraçıları____________________________

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

5. Layihə qabağı mühəndis-geoloji tədqiqatların və digər işlərin (tələb olunduğu halda) keçirilmə

qaydaları və tərkibi ___________________________________________________________________________

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

6. Müfəssəl planlaşdırma sərhədlərinin təsviri və ərazi planının ümumi xarakteristikası _______________

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

7. Müfəssəl planın tərkibinə və məzmununa olan əsas tələblər ______________________________________

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

8. İşlənilməsinin zəruriliyi (cizgi, maket və ya 3D formatında vizuallaşma) və onun forması ____________

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

9. Razılaşmanı həyata keçirən orqanın və qurumların siyahısı ______________________________________

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

10. Digər tələb və şərtlər _______________________________________________________________________

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

_____________________________________________________________________________________________

 

 

Razılaşdırılmışdır:

 

 

İcraçı _______________________________

 

(vəzifəsi)

 

______________________________________________

 

(soyadı, adı və atasının adı )

 

______________________________________________

 

(imza)

 

______________________________________________

 

(tarix)

 

 

Qeyd. Tapşırığın məzmunu layihələndirilən obyektin xüsusiyyətlərinə uyğun olaraq dəqiqləşdirilə bilər.

 

 


 

 

"Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı"na

Əlavə 3

 

(məlumat üçün)

 

 

 


 

 

"Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı"na

Əlavə 4

 

(tövsiyə edilən)

 

 

Müfəssəl plan cizgilərində ərazi (torpaq sahələri) sərhədlərinin şərti qrafiki işarə edilməsi

 

Adı

İşarə

növü

rəngi

1. Müfəssəl planın sərhədi

__ . __ . __ .__ .

qara

2. Küçələrin qırmızı xətləri

____________

qırmızı (qara)

3. Torpaq sahəsinin sərhədi

____________

qırmızı

4. Tikinti tənzimləmə xətti*

- - - - - - - - -

qırmızı (qara)

5. Şəhərsalma kompleksi ərazisinin sərhədi

....................

boz

6. Sanitar-mühafizə zonasının sərhədi

______+______

qara

7. Təbiətin mühafizəsi zonası

__|__|__|__|__|__

mavi

8. Tikinti üçün ayrılan sahənin sərhədi

_ . . _ .._ .

qırmızı

9. Servitut sahəsi

////////////////////////////////////

boz

10. Maddi daşınmaz əmlakın mühitinin

mühafizəsi zonasının sərhədi

____________

qəhvəyi

* qırmızı - qüvvədə olan, qara - layihə

 

 

Qeyd. Cizgidə istifadə edilən şərti qrafik işarələr və təsvirlər cizgilərdə izah edilməlidir.

 

 


 

 

"Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı"na

Əlavə 5

 

(məcburi olan)

 

 

Müfəssəl planın əsas texniki-iqtisadi göstəriciləri

 

 

Göstəricinin adı

Ölçü vahidi

1

2

1. Əhali

 

əhalinin sayı

nəfər

əhalinin sıxlığı

nəfər/ha

2. Ərazi

 

layihələndirilən ərazinin sahəsi

ha

planlaşdırma qurumları (kvartal, mikrorayon) çərçivəsində

 

ərazinin sahəsi

ha

ayrı-ayrı ərazi zonalarının sahəsi

ha

3. Yaşayış sahələrinin yerləşdiyi tikinti obyektləri

 

ümumi mənzil fondunun sayı,

vahid (mənzil, ev)

 

ümumi sahənin min m2

o cümlədən:

 

həyətyanı sahəsi olan fərdi ev

həmçinin

çoxmənzilli azmərtəbəli (1-3 mərtəbə) yaşayış evi

həmçinin

çoxmənzilli orta mərtəbəli (4-5 mərtəbə) yaşayış evi

həmçinin

çoxmənzilli çoxmərtəbəli (6 mərtəbə və daha yüksək) yaşayış evi

həmçinin

əhalinin mənzil fondu ilə orta təminatı

m2/nəfər

mənzil fondunun artması

vahid (mənzil, ev)

 

ümumi sahə min m2

mənzil fondunun orta sıxlığı,

vahid/ha

 

m2/ha

o cümlədən:

 

həyətyanı sahəsi olan fərdi ev

həmçinin

çoxmənzilli azmərtəbəli

həmçinin

çoxmənzilli orta mərtəbəli

həmçinin

çoxmənzilli çoxmərtəbəli

həmçinin

sökülən mənzillərin sahəsi

vahid (mənzil, ev)

 

ümumi sahənin min m2

4. İstehsalat təyinatlı tikintilər

 

istehsalat təyinatlı tikintilərin ümumi sahəsi

min m2

işləyənlərin sayı

nəfər

5. Sosial infrastruktur

 

məktəbəqədər təhsil müəssisələri [18]

yer/1000 sakin

ümumtəhsil məktəbləri

həmçinin

idman zalları

m2, ha/açıq sahələr üçün

 

m2/1000 sakin üçün

 

ha/1000 sakin üçün

mədəniyyət müəssisələri

yer/1000 sakin üçün

poliklinikalar

bir növbəyə/1000 sakin üçün

apteklər

obyekt

ticarət müəssisələri

m2/ticarət sahəsi 1000 nəfər

 

sakin üçün

digər xidmət obyektləri

müvafiq ölçü vahidi

6. Mühəndis-nəqliyyat infrastrukturu

 

yol-küçə şəbəkəsinin uzunluğu, cəmi

km

avtomobil dayanacaqları

avtomobil yerləri

o cümlədən:

 

müfəssəl planın çərçivəsindən kənarda yerləşən

 

avtomobil dayanacaqları

həmçinin

ümumi su sərfiyyatı

min m3/sutka

çirkab suların həcmi

həmçinin

toplam elektrik yükü

həmçinin mVt (kVt)

toplam istilik sərfiyyatı

gkal/s

telefon nömrələrinin sayı

min nömrə

mühəndis hazırlığım tələb edən ərazi

ha

bərk kommunal tullantılarının sayı

ildə/min ton

7. Ətraf mühitin mühafizəsi

 

ərazinin yaşıllaşdırılması

%

ümumi istifadə üçün ərazilərin yaşıllaşdırılmasının təmin

 

edilməsi

m2/nəfər

sanitar-mühafizə zonalarının sahəsi

ha

8. Maddi daşınmaz sərvətlər mühitinin mühafizəsi

 

mühafizə olunan zonanın sahəsi

ha

tənzimlənən tikili zonasının sahəsi

ha

 

 

 

 

Qeydlər:

1. Əsas TİG müfəssəl plan çərçivəsində ərazi üçün nəzərdə tutulur.

2. Tikili aparılmamış ərazinin layihəsində əsas TİG müfəssəl planın reallaşmasının birinci və hesablanma mərhələlərini əks etdirən tarixlər göstərilir.

3. Cədvəldə bərpa edilən ərazilər üçün mövcud vəziyyəti əks etdirən göstəricilər üçün əlavə sətir nəzərdə tutulmalıdır.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       4 noyabr 2015-ci il tarixli 353 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1417)

2.       7 iyun 2016-cı il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 iyun 2016-cı il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №6, maddə 1193)

3.       11 oktyabr 2016-cı il tarixli 407 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1725)

4.       28 oktyabr 2016-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 noyabr 2016-cı il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1743)

5.       13 aprel 2017-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2017-ci il, № 77, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 636)

6.       1 iyun 2017-ci il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 iyun 2017-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1219)

7.       11 oktyabr 2017-ci il tarixli 417 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 oktyabr 2017-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1882)

8.       23 yanvar 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 yanvar 2018-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 139)

9.       26 noyabr 2018-ci il tarixli 505 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2018-ci il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2454)

10.    3 iyul 2019-cu il tarixli 288 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 iyul 2019-cu il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1311)

11.    24 dekabr 2019-cu il tarixli 493 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2074)

12.    11 fevral 2020-ci il tarixli 39 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 fevral 2020-ci il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 190)

13.    29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 813)

14.    5 fevral 2021-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 fevral 2021-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 195)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 813) ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nda 1.5-ci bəndin birinci cümləsində “orqanları” sözü “orqanlarının, Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə həyata keçirilən tikinti niyyətlərinə münasibətdə həmin Agentliyin (bundan sonra – müvafiq orqanın (qurumun)” sözləri ilə əvəz edilmişdir.

 

[2] 28 oktyabr 2016-cı il tarixli 426 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 noyabr 2016-cı il, № 241, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1743) ilə 1.7-ci bənddə “xüsusi razılığı (lisenziya)” sözləri “lisenziyası” sözü ilə əvəz edilmişdir.

 

[3] 13 aprel 2017-ci il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 aprel 2017-ci il, № 77, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 636) ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın 3.1.12-ci yarımbəndinə “parklar” sözündən əvvəl “yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun” sözləri əlavə edilmişdir.

 

[4] 11 fevral 2020-ci il tarixli 39 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 fevral 2020-ci il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 2, maddə 190) ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın 3.2.3-cü yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 3.2.3-1-ci yarımbənd əlavə edilmişdir.

 

[5] 1 iyun 2017-ci il tarixli 242 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 iyun 2017-ci il, № 117, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 6, maddə 1219) ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nın 3.3.2.4.3-cü yarımbəndində “avtomobil saxlamaq üçün yerlər” sözləri “parklanma yerləri” sözləri ilə əvəz edilmişdir.

 

[6] 24 dekabr 2019-cu il tarixli 493 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2074) ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nın 3.5-ci bəndi aşağıdakı redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi:

3.5. Müfəssəl planın layihə tapşırığında nəzərdə tutulduğu halda, ərazinin tikinti-planlaşdırılmasının maketi və ya 3D formatında vizual görünüşü hazırlanmalıdır.

 

[7] 24 dekabr 2019-cu il tarixli 493 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 26 dekabr 2019-cu il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cı il, № 12, maddə 2074) ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”na yeni məzmunda 3.5-1-ci bənd əlavə edilmişdir.

 

[8] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 813) ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nın 3.18.1-ci yarımbəndində “yerli icra hakimiyyəti orqanı” sözləri “müvafiq orqanın (qurumun)” sözləri ilə əvəz edilmişdir.

 

[9] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 813) ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nın 5.14-cü bəndinə “bələdiyyəyə,” sözündən sonra “Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinin qərarı əsasında hazırlandığı halda həmin Agentliyə,” sözləri əlavə edilmişdir.

 

[10] 29 iyun 2020-ci il tarixli 223 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 iyul 2020-ci il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 6, maddə 813) ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nın 5.16-cı bəndinin birinci cümləsində “yerli icra hakimiyyəti orqanı” sözləri “müvafiq orqan (qurum)” sözləri ilə əvəz edilmişdir.

 

[11] 11 oktyabr 2017-ci il tarixli 417 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 12 oktyabr 2017-ci il, № 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №10 , maddə 1882) ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın 6.4-cü bəndində “Nəqliyyat” sözü “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.

 

[12] 5 fevral 2021-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 fevral 2021-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 195) ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nın 6.5-ci bəndindən “və Turizm” sözləri çıxarılmışdır.

 

[13] 5 fevral 2021-ci il tarixli 30 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 fevral 2021-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 2, maddə 195) ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”na yeni məzmunda 6.5-1-ci bənd əlavə edilmişdir.

 

[14] 4 noyabr 2015-ci il tarixli 353 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1417) ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nın 6.7-ci bəndi ləğv edilmişdir.

 

[15] 7 iyun 2016-cı il tarixli 215 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 10 iyun 2016-cı il, № 124, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №6, maddə 1193) ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”nın 6.9-cu bəndinə “Açıq Səhmdar Cəmiyyəti” sözlərindən sonra “və “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti” sözləri əlavə edilmişdir.

 

[16] 11 oktyabr 2016-cı il tarixli 407 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 19 oktyabr 2016-cı il, № 230, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1725) ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”na yeni məzmunda 6.10-1-ci bənd əlavə edilmişdir.

23 yanvar 2018-ci il tarixli 23 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 25 yanvar 2018-ci il, № 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 139) ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”nın 6.10-1-ci bəndində “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti” sözləri “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” sözləri ilə əvəz edilmişdir.

 

[17] 3 iyul 2019-cu il tarixli 288 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 5 iyul 2019-cu il, № 143, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 7, maddə 1311) ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların siyahısı”na yeni məzmunda 6.10-2-ci bənd əlavə edilmişdir.

 

[18] 26 noyabr 2018-ci il tarixli 505 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 noyabr 2018-ci il, № 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2454) ilə “Müfəssəl planların hazırlanması, razılaşdırılması və təsdiq olunması qaydaları, habelə həmin planların razılaşdırıldığı orqanların Siyahısı”na Əlavə 5 - “Müfəssəl planın əsas texniki-iqtisadi göstəriciləri”nin 5-ci hissəsinin ikinci sətrində “uşaq” sözü “təhsil” sözü ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status