AKTIN NÖVÜ
Energetika Nazirliyi
QƏBUL EDİLDİYİ TARİX
26.05.2014
QEYDİYYAT NÖMRƏSİ
3
ADI
Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
06.06.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
120.120.180
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
15201405260003
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
06.06.2014
Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
 

 

 

Aktın növü

AZƏRBAYCAN RESPUBLİKASI ENERGETİKA NAZİRLİYİNİN QƏRARI

Qəbul edildiyi tarix

26.05.2014

Qeydiyyat nömrəsi

3

Adı

Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

 

Qüvvəyə minmə tarixi

07.06.2014

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

120.120.180

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

15201405260003

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

06.06.2014

 

 

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Fərmanının 2-1-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın 9.1-ci və 9.2-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi qərara alır:[1]

1. “Neft məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Qaz məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (2 nömrəli əlavə).[2]

3. “İxrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin verilməsi əqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (3 nömrəli əlavə).

4. “Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsinə dair xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (4 nömrəli əlavə).[3]

5. “İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamə verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (5 nömrəli əlavə).

6. “Qaz istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament” təsdiq edilsin (6 nömrəli əlavə).

7. “Enerji istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament” təsdiq edilsin (7 nömrəli əlavə).

7-1. “Qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (8 nömrəli əlavə).

7-2. “Sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” təsdiq edilsin (9 nömrəli əlavə).[4]

8. Hüquqi münasibətlər şöbəsinin müdiri İ.Ağayevə tapşırılsın ki, bu Qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.

9. Bu Qərarın icrasına nəzarət nazir müavini Gülməmməd Cavadova həvalə edilsin.

 

 

Nazir

                                       Natiq Əliyev

 


 

 

Azərbaycan Respublikası Energetika Nazirliyinin 26 may 2014-cü il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

1 nömrəli əlavə

 

 

“Neft məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu” üzrə inzibati reqlament

 

1.                  Ümumi müddəalar

 

1.1.       Elektron xidmətin adı: Neft məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu

1.2.       Elektron xidmətin məzmunu: Bu xidmət neft məhsullarının satışına xüsusi razılığın verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə ərizəçiyə elektron formada məlumat verilməsindən ibarətdir.

1.3.       Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

-        “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı;

-        “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 saylı Fərmanının 2-ci və 2-1-ci hissələri;

-       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, eləcə də “Elektron xidmət növlərinin Siyahısı”nın 8.1-ci bəndi;

-       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan Əlavə Şərtlər”-in 5-ci bəndi;

-        “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1992-ci il 15 dekabr tarixli 405 nömrəli Qanununun 11-ci maddənin 4-cü hissəsi.

1.4.       Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Energetika Nazirliyi.

1.5.       Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6.       Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.

1.7.       Elektron xidmətin icra müddəti: 15 gün

1.8.       Elektron xidmətin göstərilməsinin nəticəsi: Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və hüquqi şəxslərə neft məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1.   Elektron xidmətin növü: İnteraktiv.

2.2.   E-xidmət üzrə ödəniş: Ödənişli:

Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2 “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 6-cı hissəsinə əsasən 5500 (beş min beş yüz) manat təşkil edir.

Xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:

 

         

Benifisiar (alan) bank

 

Adı:

Dövlət Xəzinədarlığı Agentliyi

Kodu:

210005

VÖEN:

1401555071

M/h:

AZ41NABZ01360100000000003944

S.W.I.F.T. Bik:

CTREAZ22

Vəsaiti alan

Adı:

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti

VÖEN:

1403006271[5]

Hesablaşma hesabı

AZ17CTRE00000000000002117131

Büdcə təsnifatının kodu

142215

Büdcə səviyyəsinin kodu

1

Köçürülən məbləğ:

 

Rəqəmlə

______________ (AZN)

 

Yazı ilə

 ______________ man.___ qəp.

 

Ödənişin

təyinatı:

  “_________________________” neft məhsullarının satışına xüsusi razılıq ( lisenziya)

              (fəaliyyət növünün adı)

verilməsi üçün ödənilən dövlət rüsumu (Energetika Nazirliyi).

 

 

2.3.       Elektron xidmətin istifadəçiləri: Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və hüquqi şəxslər

2.4.       Elektron xidmətin təqdim olunma yeri: http://e-xidmet.minenergy.gov.az, http://e-services.minenergy.gov.az, http://e-gov.az, http://info.apus.az .

2.5.       Elektron xidmət barədə məlumatlandırma: e-xidmet@minenergy.gov.az, telefon: (012) 598-16-53/54/55.

2.6.       Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

-       elektron imza ilə təsdiq olunmuş ərizə (1 və 2 nömrəli əlavələr);

Aşağıdakı sənədlərin skan edilmiş surətləri müraciətə əlavə edilir:

-          hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

-          ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

-          ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

-          obyektin istismara verilməsi barədə təsdiqedici sənədin surəti;

-          tələb olunan qabların və avadanlıqların mövcudluğu və onların dövlət standartları səviyyəsində olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq ərazi üzrə orqanının təsdiqedici sənədin surəti.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmət üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra müvafiq xidmət növünü seçir və ərizə formasını yükləyərək doldurur və elektron imza ilə təsdiq etdikdən sonra bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərir;

3.1.2. Sorğunun qəbulu: Elektron formada göndərilən sorğu Energetika Nazirliyində qəbul edilir və bu barədə ərizəçinin elektron poçtuna bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Lisenziyanın verilməsindən yalnız “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1992-ci il 15 dekabr tarixli 405 nömrəli Qanununun 11-ci maddənin 4-cü hissəsində nəzərdə tutulmuş hallarda imtina oluna bilər və imtinanın səbəbləri göstərilməklə 5 (beş) gün müddətində istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.2.2. İmtina üçün əsaslar olmadıqda xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar qəbul olunur.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat haqqında məlumat: Ərizəçinin sorğusu minenergy.gov.az internet saytının “Elektron xidmətlər” bölməsinə və ya www.e-gov.az e-hökumət portalına daxil olaraq burada qəbul olunmuş formada avtorizasiya prosesini keçməklə formalaşdırılır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və /və ya maksimal yerinə yetirilmə müddəti: “Lisenziya və xüsusi icazələr şöbəsi”ndə sorğuya və ona əlavə edilən sənədlərə baxılır, aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə 5 gündən gec olmayaraq ərizəçinin elektron poçtuna məlumat göndərilir. Ərizəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və çatışmayan sənədlər elektron formada təkrar göndərildikdən sonra bütün sənədlərə 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: yoxdur;

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmayaraq lisenziya verilməsi haqqında qərar qəbul edilir. Xüsusi razılığın (lisenziyanın) verilməsi haqqında qərar qəbul edildikdən sonra istifadəçi lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra xüsusi razılıq (lisenziya) blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunması yolu ilə verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: Elektron kargüzarlıq;

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada xidmətin yerinə yetirilməsinə nəzarəti Energetika Nazirliyi həyata keçirir. Xidmətin göstərilməsi ilə bağlı yaranan hər hansı anlaşmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün inzibati reqlamentin 2.5-ci bəndində göstərilən əlaqə vasitələrindən istifadə oluna bilər.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçilər xüsusi razılığın (lisenziyanın) verilməsinə dair qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.5.2. Şikayət istifadəçinin özü tərəfindən əsaslandırılmalıdır. Kağız üzərində şikayət Energetika Nazirliyinin poçt ünvanına, elektron formada şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş 1 ay müddətində baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

 


 

Əlavə 1. Neft məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün

ərizə forması (fiziki şəxslər üçün)

 

 

Azərbaycan Respublikasının

Energetika Naziri

cənab N. Əliyevə

 

 

Ə  R  İ  Z  Ə

 

Azərbaycan Respublikası Prezidentinin 782 nömrəli 2 sentyabr 2002-ci il tarixli Fərmanına uyğun olaraq neft məhsullarının (benzin və dizel yanacağı) satışına xüsusi razılıq (lisenziya) verilməsini Sizdən xahiş edirəm.

 

 

 

 

_______________________________________

 

(şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi)

 

 

________________________________________

 

(şəxsiyyət vəsiqəsi nə vaxt kim tərəfindən verilmişdir)

 

 

________________________________________

 

(ünvanı)

 

 

_______________________________________

 

(fəaliyyət növü)

 

 

 

 

______________________________________________

______________

______________

(adı, soyadı, atasının adı)

(imza)

(tarix)

 

 

 

 


 

Əlavə 2. Neft məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün

 ərizə forması (hüquqi şəxslər üçün)

 

 

Azərbaycan Respublikasının Energetika Naziri

cənab N.Əliyevə

 

Ə R İ Z Ə

 

Azərbaycan Respublikası Prezidentinin 782 nömrəli 2 sentyabr 2002-ci il tarixli Fərmanına uyğun olaraq neft məhsullarının (benzin və dizel yanacağı) satışına xüsusi razılıq (lisenziya) verilməsini Sizdən xahiş edirəm.

 

Şirkətimiz haqqında aşağıdakıları bildirirəm:

 

Hüquqi ünvanı: ______________________________________________

Adı, təşkilati-hüquqi forması:___________________________________

Fəaliyyət növü:_______________________________________________

Bank rekvizitləri:

 

 

 

 

 

 

Direktor,______________________________________

_________________

_____________

 (adı, soyadı, atasının adı)

(imza, möhür)

(tarix)

 


 

 

Azərbaycan Respublikası Energetika Nazirliyinin 26 may 2014-cü il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

2 nömrəli əlavə

 

 

“Qaz məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu” üzrə inzibati reqlament

 

1.                  Ümumi müddəalar

 

1.1.       Elektron xidmətin adı: Qaz məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu

1.2.       Elektron xidmətin məzmunu: Bu xidmət qaz məhsullarının satışına xüsusi icazənin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə ərizəçiyə elektron formada məlumat verilməsindən ibarətdir.

1.3.       Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

-        “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı;

-       “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 saylı Fərmanının 2-ci və 2-1-ci hissələri;

-       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, eləcə də “Elektron xidmət növlərinin Siyahısı”nın 8.2-ci bəndi;

-        Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan Əlavə Şərtlər”-in 6-cı bəndi;

-        “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1992-ci il 15 dekabr tarixli 405 nömrəli Qanununun 11-ci maddənin 4-cü hissəsi.

1.4.       Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Energetika Nazirliyi.

1.5.       Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6.       Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.

1.7.       Elektron xidmətin icra müddəti: 15 gün.

1.8.       Elektron xidmətin göstərilməsinin nəticəsi: Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və hüquqi şəxslərə qaz məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1.       Elektron xidmətin növü: İnteraktiv.

2.2.       E-xidmət üzrə ödəniş: Ödənişli.

Azərbaycan Respublikası Prezidentinin 02.09.2002-ci il tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əlavə 2 “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nin 7-ci hissəsinə əsasən 5500 (beş min beş yüz) manat təşkil edir.

Xüsusi razılıq (lisenziya) verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:

 

 

Benifisiar (alan) bank

 

Adı:

Dövlət Xəzinədarlığı Agentliyi

Kodu:

210005

VÖEN:

1401555071

M/h:

AZ41NABZ01360100000000003944

S.W.I.F.T. Bik:

CTREAZ22

Vəsaiti alan

Adı:

Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti

VÖEN:

1403006271 [6]

Hesablaşma hesabı

AZ17CTRE00000000000002117131

Büdcə təsnifatının kodu

142215

Büdcə səviyyəsinin kodu

1

Köçürülən məbləğ:

 

Rəqəmlə

______________ (AZN)

 

Yazı ilə

  ______________ man.___ qəp.

 

Ödənişin

təyinatı:

   “_________________________” qaz məhsullarının satışına xüsusi razılıq (lisenziya)

               (fəaliyyət növünün adı)

verilməsi üçün ödənilən dövlət rüsumu (Energetika Nazirliyi).

 

2.3.       Elektron xidmətin istifadəçiləri: Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və hüquqi şəxslər

2.4.       Elektron xidmətin təqdim olunma yeri: http://e-xidmet.minenergy.gov.az, http://info.apus.az, http://e-gov.az/, http://e-services.minenergy.gov.az

2.5.       Elektron xidmət barədə məlumatlandırma: e-xidmet@sen.gov.az; telefon: (+99412) 598 16 53/54/55.

2.6.       Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

     - elektron imza ilə təsdiq olunmuş ərizə (1 və 2 nömrəli əlavələr);

Aşağıdakı sənədlərin skan edilmiş surətləri müraciətə əlavə edilir:

-       hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti;

-       ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

-       ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

-       obyektin istismara verilməsi barədə təsdiqedici sənədin surəti;

-       tələb olunan qabların və avadanlıqların mövcudluğu və texniki təhlükəsizlik tələblərinə uyğun olması barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq ərazi üzrə orqanının təsdiqedici sənədi;

-       tələb olunan qabların və avadanlıqların mövcudluğu və onların dövlət standartları səviyyəsində olması barədə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq ərazi üzrə orqanının təsdiqedici sənədin surəti;

 

3.    Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

      3.1. Elektron xidmət üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra müvafiq xidmət növünü seçir və ərizə formasını yükləyərək doldurur və elektron imza ilə təsdiq etdikdən sonra bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərir;

3.1.2. sorğunun qəbulu: Elektron formada göndərilən sorğu Energetika Nazirliyində qəbul edilir və bu barədə ərizəçinin elektron poçtuna bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Lisenziyanın verilməsindən yalnız “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 1992-ci il 15 dekabr tarixli 405 nömrəli Qanununun 11-ci maddənin 4-cü hissəsində nəzərdə tutulmuş hallarda imtina oluna bilər və imtinanın səbəbləri göstərilməklə 5 (beş) gün müddətində istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.2.2. imtina üçün əsaslar olmadıqda xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar qəbul olunur.

3.3. sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat haqqında məlumat: Ərizəçinin sorğusu minenergy.gov.az internet saytının “Elektron xidmətlər” bölməsinə və ya www.e-gov.az e-hökumət portalına daxil olaraq burada qəbul olunmuş formada avtorizasiya prosesini keçməklə formalaşdırılır;

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və /və ya maksimal yerinə yetirilmə müddəti: “Lisenziya və xüsusi icazələr şöbəsi”ndə sorğuya və ona əlavə edilən sənədlərə baxılır, aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə 5 gündən gec olmayaraq ərizəçinin elektron poçtuna məlumat göndərilir. Ərizəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və çatışmayan sənədlər elektron formada təkrar göndərildikdən sonra bütün sənədlərə 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: yoxdur;

3.3.4. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmayaraq lisenziya verilməsi haqqında qərar qəbul edilir. Xüsusi razılığın (lisenziyanın) verilməsi haqqında qərar qəbul edildikdən sonra istifadəçi lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra xüsusi razılıq (lisenziya) blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunması yolu ilə verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: elektron kargüzarlıq;

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada xidmətin yerinə yetirilməsinə nəzarəti Energetika Nazirliyi həyata keçirir. Xidmətin göstərilməsi ilə bağlı yaranan hər hansı anlaşmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün inzibati reqlamentin 2.5-ci bəndində göstərilən əlaqə vasitələrindən istifadə oluna bilər.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçilər xüsusi razılığın (lisenziyanın) verilməsinə dair qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.5.2. Şikayət istifadəçinin özü tərəfindən əsaslandırılmalıdır. Kağız üzərində şikayət Energetika Nazirliyinin poçt ünvanına, elektron formada şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş 1 ay müddətində baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə muəyyən edilmiş qaydada baxılır.


 

Əlavə 1. Qaz məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün

ərizə forması (fiziki şəxslər üçün)

 

 

Azərbaycan Respublikasının

Energetika Naziri

cənab N.Əliyevə

 

Ə  R  İ  Z  Ə

 

         Azərbaycan Respublikası Prezidentinin 782 nömrəli 2 sentyabr 2002-ci il tarixli Fərmanına uyğun olaraq qaz məhsullarının (maye qaz) satışına xüsusi razılıq (lisenziya) verilməsini Sizdən xahiş edirəm.

 

 

 

 

 

 

 

__________________________________

 

(şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi)

 

 

__________________________________________

 

(şəxsiyyət vəsiqəsi nə vaxt kim tərəfindən verilmişdir)

 

 

__________________________________________

 

(ünvanı)

 

 

__________________________________________

 

(fəaliyyət növü)

 

 

 

 

__________________________________________

_____________

_____________

(adı, soyadı, atasının adı)

(imza)

(tarix)

 


 

Əlavə 2. Qaz məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün

ərizə forması (hüquqi şəxslər üçün)

 

 

Azərbaycan Respublikasının

Energetika Naziri

cənab N.Əliyevə

 

 

 

Ə  R  İ  Z  Ə

 

          Azərbaycan Respublikası Prezidentinin 782 nömrəli 2 sentyabr 2002-ci il tarixli Fərmanına uyğun olaraq qaz məhsullarının (maye qaz) satışına xüsusi razılıq (lisenziya) verilməsini Sizdən xahiş edirəm.

 

 

Şirkətimiz haqqında aşağıdakıları bildirirəm:

 

Hüquqi ünvanı: __________________________________________________________________________

Adı, təşkilati-hüquqi forması:______________________________________________________________

Fəaliyyət növü:___________________________________________________________________________

Bank rekvizitləri:

 

 

 

 

Direktor,__________________________________

____________

___________________

(adı, soyadı, atasının adı)

(imza, möhür)

  (tarix)

 

 

 

 


 

 

Azərbaycan Respublikası Energetika Nazirliyinin 26 may 2014-cü il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

3 nömrəli əlavə

 

 

“İxrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlament

 

1.                  Ümumi müddəalar

 

1.1.       Elektron xidmətin adı: İxrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu

1.2.       Elektron xidmətin məzmunu: Bu xidmət ixrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üzrə xüsusi icazənin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə ərizəçiyə elektron formada məlumat verilməsindən ibarətdir.

1.3.       Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

-       “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi;

-       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi qaydaları”;

-       Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 saylı Fərmanının 2-ci və 2-1-ci hissələri;[7]

-       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, eləcə də “Elektron xidmət növlərinin Siyahısı”nın 8.3-cü bəndi;

1.4.       Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Energetika Nazirliyi.

1.5.       Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6.       Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.

1.7.       Elektron xidmətin icra müddəti: 15 gün.

1.8.       Elektron xidmətin göstərilməsinin nəticəsi: Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə və hüquqi şəxslərə malların ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üzrə xüsusi icazə verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1.       Elektron xidmətin növü: İnteraktiv.

2.2.       E-xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3.       Elektron xidmətin istifadəçiləri: Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və hüquqi şəxslər.

2.4.       Elektron xidmətin təqdim olunma yeri: http://e-xidmet.minenergy.gov.az, http://info.apus.az, http://e-gov.az/, http://e-services.minenergy.gov.az

2.5.       Elektron xidmət barədə məlumatlandırma: e-xidmet@sen.gov.az; (012) 598-16-53/54/55.

2.6.       Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

-         elektron imza ilə təsdiq olunmuş ərizə (1 və 2 nömrəli əlavələr);

 

Aşağıdakı sənədlərin skan edilmiş surətləri müraciətə əlavə edilir:

-       hüquqi şəxslər üçün-hüquqi şəxsin adı, hüquqi ünvanı və xüsusi icazənin alınması ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın növü;

-       fiziki şəxslər üçün-adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, tarix və vəsiqəni verən təşkilatın adı və ünvanı), xüsusi icazənin alınması ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın növü;

-        ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

-       malalan (mal göndərən) və son istifadəçi haqqında məlumat;

-       malın son istifadəsi və texniki təsnifatı haqqında məlumat;

-       bağlanmış müqavilənin (kontraktın) surəti;

-       ixrac edilən malın mənşə sertifikatının əsli;

Malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyalarından asılı olaraq ərizəyə (sifarişə) aşağıdakı sənədlər də əlavə olunmalıdır:

1.     nüvə materialları, texnologiyaları, qurğuları, radioaktiv ionlaşdırıcı şüa mənbələri və izotoplar, partlayıcı maddələr və vasitələr üzrə:

-        ixrac, idxal, təkrar ixrac, təkrar idxal üçün müvafiq olaraq malın istifadəsinə, saxlanılmasına və daşınmasına verilmiş xüsusi icazənin surəti, malalan (malgöndərən), istehsalçı, son istifadəsi və istifadəçisi haqqında aidiyyəti dövlət orqanı tərəfindən təsdiq edilmiş ətraflı məlumat, malın texniki göstəriciləri, təhlükəsizliyinin və fiziki mühafizəsinin təmin edilməsi, nəqliyyat vasitələrinin növləri və onların mənsub olduqları ölkə barədə məlumatlar;

-        tranzit üçün xarici ölkələrin diplomatik missiyalarının müraciətləri əsasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məktubu, malalan (malgöndərən), istehsalçı, malın son istifadəsi və istifadəçisi haqqında ətraflı məlumat, malın texniki göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi, nəqliyyat vasitələrinin növləri və onların mənsub olduqları ölkə barədə məlumatlar.

2.    toksiki kimyəvi maddələr, insan həyatı və heyvanlar aləmi üçün təhlükəli olan patogenlər, genetik cəhətdən dəyişdirilmiş mikroorqanizmlər və toksinlər, prekursorlar üzrə:

-        ixrac, idxal, təkrar ixrac, təkrar idxal üçün malalan (malgöndərən), istehsalçı, malın son istifadəsi və istifadəçisi, təyinatı üzrə istifadə edilməsi haqqında müvafiq dövlət orqanı tərəfindən təsdiq edilmiş ətraflı məlumat, malın texniki göstəriciləri və təhlükəsizliyinin təmin edilməsi barədə məlumatlar;

-        tranzit üçün malalan (malgöndərən), son istifadəçi, malın texniki göstəriciləri və nəql edilməsində təhlükəsizliyin təminatı haqqında məlumatlar.

3.    materialların emalı üçün sistemlər, avadanlıqlar, komponentlər, materiallar və digər ikili təyinatlı mallar üzrə:

-        ixrac üçün aidiyyəti dövlət orqanlarına ixracatçı tərəfindən təqdim edilən ərizədə (sifarişdə) ixracatçı (vasitəçi olduqda istehsalçı) və idxalçı, malın son istifadəsi və sifariş edilmiş məqsədlər barədə məlumatlar həmin ərizədə (sifarişdə) təsvir edilir və ərizədə (sifarişdə) xüsusi icazə verən dövlət orqanı xüsusi icazənin verilməsi barədə qeydiyyat aparır və təsdiqləyir;

-        idxal, təkrar ixrac, təkrar idxal, tranzit üçün malalan (malgöndərən), istehsalçı, malın son istifadəçisi haqqında məlumatlar ərizə (sifariş) vərəqəsində təsvir edilir və gömrük orqanları tərəfindən qanunvericiliyə uyğun qaydada gömrük rəsmiləşdirilməsi həyata keçirilir.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmət üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra müvafiq xidmət növünü seçir və ərizə formasını yükləyərək doldurur və elektron imza ilə təsdiq etdikdən sonra bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərir;

3.1.2. sorğunun qəbulu: Elektron formada göndərilən sorğu Energetika Nazirliyində qəbul edilir və bu barədə ərizəçinin elektron poçtuna bildiriş göndərilir.

3.2.  Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Xüsusi icazə verilməsindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları”nın 2.4-cü bəndinə uyğun olaraq imtina edilir. Xüsusi icazə verilməsinə imtina edildikdə, bu barədə ərizəçinin elektron poçtuna 10 gün müddətində səbəbi göstərilməklə əsaslandırılmış cavab göndərilir.

3.2.2. İmtina üçün əsaslar olmadıqda xüsusi icazə hazırlanaraq reyestri aparılır və bu barədə istifadəçiyə bildiriş verilir.

3.3. sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat haqqında məlumat: Ərizəçinin sorğusu minenergy.gov.az internet saytının “Elektron xidmətlər” bölməsinə və ya www.e-gov.az e-hökumət portalına daxil olaraq burada qəbul olunmuş formada avtorizasiya prosesini keçməklə formalaşdırılır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və /və ya maksimal yerinə yetirilmə müddəti: “Lisenziya və xüsusi icazələr şöbəsi”ndə sorğuya və ona əlavə edilən sənədlərə baxılır, aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə 5 gündən gec olmayaraq ərizəçinin elektron poçtuna məlumat göndərilir. Ərizəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və çatışmayan sənədlər elektron formada təkrar göndərildikdən sonra bütün sənədlərə 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: yoxdur;

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: xüsusi icazənin verilməsindən imtina edilmədikdə, xüsusi icazə hazırlanaraq reyestri aparılır, fiziki şəxslərə şəxsən, hüquqi şəxslərin isə səlahiyyətli nümayəndəsinə imza etdirilməklə verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: elektron kargüzarlıq;

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada xidmətin yerinə yetirilməsinə nəzarəti Energetika Nazirliyi həyata keçirir. Xidmətin göstərilməsi ilə bağlı yaranan hər hansı anlaşmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün inzibati reqlamentin 2.5-ci bəndində göstərilən əlaqə vasitələrindən istifadə oluna bilər.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçilər elektron xidmətin göstərilməsi ilə bağlı və vəzifəli şəxslərin hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

3.5.2. Şikayət istifadəçinin özü tərəfindən əsaslandırılmalıdır. Kağız üzərində şikayət Energetika Nazirliyinin poçt ünvanına, elektron formada şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsində müəyyən olunmuş 1 ay müddətində baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə muəyyən edilmiş qaydada baxılır.


 

Əlavə 1. İxrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin verilməsi üçün ərizə forması (fiziki şəxslər üçün)

 

 

Azərbaycan Respublikasının

Energetika Naziri

cənab P.Şahbazova[8]

 

 

 

Ə  R  İ  Z  Ə

 

 

 

           Azərbaycan Respublikası Nazirlər Kabinetinin 230 nömrəli 15 dekabr 2005-ci il tarixli Qərarına uyğun olaraq xarici iqtisadi əməliyyatların aparılmasına xüsusi icazə verilməsini Sizdən xahiş edirəm.

 

 

 

 

 

 

 

_______________________________________

 

(şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi)

 

 

  ______________________________________

 

(şəxsiyyət vəsiqəsi nə vaxt kim tərəfindən verilmişdir)

 

 

________________________________________

 

(ünvanı)

 

 

_________________________________________

 

(xarici iqtisadi əməliyyatın növü)

 

 

_________________________________________

 

(Malalan (malgötürən) və son istifadəçi haqqında məlumat)

 

 

_________________________________________

 

(Malın son istifadəsi və texniki təsnifatı haqqında məlumat)

 

 

 

_______________________________________

_______________

______________

(adı, soyadı, atasının adı)

(imza)

(tarix)

 


 

Əlavə 1. İxrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin verilməsi üçün ərizə forması (hüquqi şəxslər üçün)

 

 

Azərbaycan Respublikasının

Energetika Naziri

cənab P.Şahbazova

 

 

 

Ə  R  İ  Z  Ə

 

           Azərbaycan Respublikası Nazirlər Kabinetinin 230 nömrəli 15 dekabr 2005-ci il tarixli Qərarına uyğun olaraq xarici iqtisadi əməliyyatların aparılmasına xüsusi icazə verilməsini Sizdən xahiş edirəm.

 

 

Hüquqi şəxsin adı:________________________________________________________________________

Hüquqi ünvanı: __________________________________________________________________________

Xarici iqtisadi əməliyyatın növü:____________________________________________________________

_________________________________________________________________________________________

Malalan (malgötürən) və son istifadəçi haqqında məlumat:_____________________________________

_________________________________________________________________________________________

Malın son istifadəsi və texniki təsnifatı haqqında məlumat:_____________________________________

_________________________________________________________________________________________

 

 

 

 

Direktor,________________________________

_______________

_______________

(adı, soyadı, atasının adı)

(imza, möhür)

(tarix)

 


 

 

Azərbaycan Respublikası Energetika Nazirliyinin 26 may 2014-cü il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

4 nömrəli əlavə

 

 

 “Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsinə dair xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibatı reqlament

 

1.                  Ümumi müddəalar

 

1.1.       Elektron xidmətin adı: Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsinə dair xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

1.2.       Elektron xidmətin məzmunu: Bu xidmət Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsinə dair xüsusi icazənin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə ərizəçiyə elektron formada məlumat verilməsindən ibarətdir.

1.3.       Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

-        “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu;

-        “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 12.09.2005-ci il tarixli 292 nömrəli Fərmanı;

-       “Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə və onun şərtlərinin gözlənilməsinə nəzarət Qaydaları”nın və “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 08.05.2006-cı il tarixli 120 nömrəli Qərarı;

-       “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 saylı Fərmanının 2-ci və 2-1-ci hissələri;[9]

-       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, eləcə də “Elektron xidmət növlərinin Siyahısı”nın 8.4-cü bəndi;

1.4.       Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Energetika Nazirliyi

1.5.       Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6.       Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.

1.7.       Elektron xidmətin icra müddəti: 10 gün.

1.8.       Elektron xidmətin göstərilməsinin nəticəsi: Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsi üçün xüsusi icazənin verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1.       Elektron xidmətin növü: İnteraktiv.

2.2.       E-xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3.       Elektron xidmətin istifadəçiləri: Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və hüquqi şəxslər.

2.4.       Elektron xidmətin təqdim olunma yeri: http://e-xidmet.minenergy.gov.az, http://info.apus.az, http://e-gov.az/, http://e-services.minenergy.gov.az

2.5.       Elektron xidmət barədə məlumatlandırma: e-xidmet@sen.gov.az, telefon: (+99412) 598 16 53/54/55.

2.6.       Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- elektron imza ilə təsdiq olunmuş ərizə (1 və 2 nömrəli əlavələr);

Aşağıdakı sənədlərin skan edilmiş surətləri müraciətə əlavə edilir:

-       ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin surəti;

-       Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”nə uyğun olaraq müvafiq fəaliyyət üçün aidiyyəti icra hakimiyyəti orqanından alınmış lisenziyanın surəti;

-       Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı, onların, neft və neft məhsulları tullantılarının emalı üçün nəzərdə tutulan müvafiq avadanlığın olması barədə sənədin surəti;

-       hasilat və emal vasitələrinin normativ-texniki tələblərə uyğun olması barədə təsdiqedici sənədin (keyfiyyət və uyğunluq sertifikatı) surəti;

-       mütəxəssislərin müvafiq ixtisasa malik olmaları haqqında sənədlərin surətləri;

-       Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı məqsədi ilə müvafiq torpaq sahəsinin və yerin təkinin ayrılması barədə sənədin surəti;

-       Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı vasitələrinin saxlanılması üçün nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənədin surəti;

-       Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı prosesində şəxslər tərəfindən aparılan geoloji, texniki, markşeyder sənədlərinin surətləri;

-       Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, təbii qazın hasilatı və neft məhsulları tullantılarının emalı ilə əlaqədar işlərin təhlükəsiz görülməsinin təmin edilməsi barədə sənədin surəti;

-       qəza vəziyyətinin qarşısını almaq üçün müvafiq tədbirlər proqramı (elektron formada).

 

3.                  Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1.  Elektron xidmət üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra müvafiq xidmət növünü seçir və ərizə formasını yükləyərək doldurur və elektron imza ilə təsdiq etdikdən sonra bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərir.

3.1.2. sorğunun qəbulu: Elektron formada göndərilən sorğu Energetika Nazirliyində qəbul edilir və bu barədə ərizəçinin elektron poçtuna bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Xüsusi icazə verilməsi üçün təqdim olunan sənədlərdə çatışmazlıqlar (ərizə formasının tam doldurulmaması, bu reqlamentin 2.6-cı bəndində göstərilənlərdən birinin və ya bir neçəsinin ərizəyə əlavə olunmaması) aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri göstərilməklə 10 gün ərzində əsaslandırılmış cavab göndərilir.

3.2.2. İmtina üçün əsaslar olmadıqda xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar qəbul edilir.

3.3. Sorğunun icrası:

3.3.1.  Ardıcıl hər bir inzibati əməliyyat haqqında məlumat: Ərizəçinin sorğusu minenergy.gov.az internet saytının “Elektron xidmətlər” bölməsinə və ya www.e-gov.az e-hökumət portalına daxil olaraq burada qəbul olunmuş formada avtorizasiya prosesini keçməklə formalaşdırılır.

3.3.2.  Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və /və ya maksimal yerinə yetirilmə müddəti: “Lisenziya və xüsusi icazələr şöbəsi”ndə sorğuya və ona əlavə edilən sənədlərə baxılır, aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə 3 gündən gec olmayaraq ərizəçinin elektron poçtuna məlumat göndərilir. Ərizəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və çatışmayan sənədlər elektron formada təkrar göndərildikdən sonra bütün sənədlərə 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;

3.3.3.  İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: yoxdur;

3.3.4.  Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 10 gündən gec olmayaraq xüsusi icazə hazırlanaraq reyestri aparılır, fiziki şəxslərə şəxsən, hüquqi şəxslərin isə səlahiyyətli nümayəndəsinə imza etdirilməklə verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: elektron kargüzarlıq;

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada xidmətin yerinə yetirilməsinə nəzarəti Energetika Nazirliyi həyata keçirir. Xidmətin göstərilməsi ilə bağlı yaranan hər hansı anlaşmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün inzibati reqlamentin 2.5-ci bəndində göstərilən əlaqə vasitələrindən istifadə oluna bilər.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçilər xüsusi icazənin verilməsinə dair qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.5.2. Şikayət istifadəçinin özü tərəfindən əsaslandırılmalıdır. Kağız üzərində şikayət Sənaye və Energetika Nazirliyinin poçt ünvanına, elektron formada şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş 1 ay müddətində baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.


 

Əlavə 1. Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsinə dair xüsusi icazənin verilməsi üçün ərizə forması (fiziki şəxslər üçün)

 

 

Azərbaycan Respublikasının

Energetika Naziri

cənab P.Şahbazova[10]

 

 

Ə R İ Z Ə

 

           Azərbaycan Respublikasının Prezidentinin 292 nömrəli 12 sentyabr 2005-ci il tarixli Fərmanına uyğun olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə xüsusi icazə verilməsini Sizdən xahiş edirəm.

 

 

 

 

 

____________________________________________

 

(şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi)

(şəxsiyyət vəsiqəsi nə vaxt kim tərəfindən verilmişdir)

 

 

______________________________________________

 

(ünvanı)

 

 

______________________________________________

 

(fəaliyyət növü)

 

 

______________________________________________

 

(VÖEN)

 

 

 

 

________________________________________

_______________________

____________________

(adı, soyadı, atasının adı)

(imza)

(tarix)

 


 

Əlavə 1. Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsinə dair xüsusi icazənin verilməsi üçün ərizə forması (hüquqi şəxslər üçün)

 

 

Azərbaycan Respublikasının

Energetika Naziri

cənab P.Şahbazova

 

 

 

Ə R İ Z Ə

 

          Azərbaycan Respublikasının Prezidentinin 292 nömrəli 12 sentyabr 2005-ci il tarixli Fərmanına uyğun olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinə xüsusi icazə verilməsini Sizdən xahiş edirəm.

 

Şirkətimiz haqqında aşağıdakıları bildirirəm:

Hüquqi şəxsin adı:________________________________________________________________________

Hüquqi ünvanı: __________________________________________________________________________

Fəaliyyət növü:___________________________________________________________________________

VÖEN: __________________________________________________________________________________

 

 

Direktor,_________________________________

_________________

_______________

(adı, soyadı, atasının adı)

(imza, möhür)

(tarix)

 

 

 


 

 

Azərbaycan Respublikası Energetika Nazirliyinin 26 may 2014-cü il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

5 nömrəli əlavə

 

 

“İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi məqsədilə müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlament

 

1.                  Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi məqsədilə müraciətin və sənədlərin qəbulu

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Energetika Nazirliyi ixrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə ərizəçiyə elektron formada məlumat verilməsindən ibarətdir.

1.3.         Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

-       “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” Azərbaycan Respublikasının Qanunu, 02.02.2009, № 766- IIIQ;

-       “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi ilə bağlı bəzi normativ hüquqi sənədlərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06.11.2009-cu il tarixli 174 nömrəli Qərarı;

-       Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 saylı Fərmanının 2-ci və 2-1-ci hissələri;[11]

-       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, eləcə də “Elektron xidmət növlərinin Siyahısı”nın 8.5-ci bəndi;

1.4.         Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Energetika Nazirliyi.

1.5.       Elektron xidmətin digər icraçıları: Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti.

1.6.       Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.

1.7.       Elektron xidmətin icra müddəti: 20 iş günü.

1.8.       Elektron xidmətin göstərilməsinin nəticəsi: İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında Şəhadətnamənin verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1.       Elektron xidmətin növü: İnteraktiv.

2.2.       E-xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3.       Elektron xidmətin istifadəçiləri: Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və hüquqi şəxslər.

2.4.       Elektron xidmətin təqdim olunma yeri: http://e-xidmet.minenergy.gov.az, http://e-services.minenergy.gov.az, http://e-gov.az.

2.5.       Elektron xidmət barədə məlumatlandırma:e-xidmet@minenergy.gov.az; telefon: (012) 598-16-53/54/55

2.6.       Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

-         elektron imza ilə təsdiq edilmiş ərizə;

Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:

-       dövlət qeydiyyatı haqqında şəhadətnamənin skan edilmiş surəti (hüquqi şəxslər üçün);

-       ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında müvafiq sənədin skan edilmiş surəti;

-       birbaşa və ya əlaqəli müqavilənin (onu əvəz edən sənədin) skan edilmiş surəti;

-       gömrük orqanları tərəfindən verilən tətbiq olunan gömrük proseduru barədə sənədin skan edilmiş surəti.

-       fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsi (pin kodu müraciətə daxil edilir).

 

3.    Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmət üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: Ərizəçinin sorğusu minenergy.gov.az internet saytının “Elektron xidmətlər” bölməsinə və ya www.e-gov.az e-hökumət portalına daxil olaraq burada qəbul olunmuş formada avtorizasiya prosesini keçməklə formalaşdırılır. Bundan sonra müvafiq xidmət növü seçilir və ona uyğun açılan müraciətə reqlamentin 2.6-cı bəndinə göstərilən formada tələb olunan sənədlər əlavə edilərək göndərilir;

3.1.2. Sorğunun qəbulu: Elektron formada göndərilən sorğu Energetika Nazirliyində qəbul edilir və bu barədə ərizəçinin elektron poçtuna bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Şəhadətnamə verilmə­sindən yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 npyabr tarixli 174 nömrəli qərarı ilə təsdiq edilmiş “İxrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsi ilə bağlı podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi, müddətinin uzadılması və ləğv edilməsi Qaydaları”nın 2.12-ci bəndində nəzərdə tutulmuş əsaslarla imtina oluna bilər. İmtina olunduğu halda, bu haqda ərizəçinin elektron poçtuna 3 iş günü ərzində səbəbi göstərilməklə əsaslandırılmış cavab göndərilir;

3.2.2. İmtina üçün əsas olmadıqda şəhadətnamə verilməsi haqqında qərar qəbul edilir və bu barədə istifadəçiyə bildiriş verilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat haqqında məlumat: Ərizəçinin sorğusu minenergy.gov.az internet saytının “Elektron xidmətlər” bölməsinə və ya www.e-gov.az e-hökumət portalına daxil olaraq burada qəbul olunmuş formada avtorizasiya prosesini keçməklə formalaşdırılır.

3.3.2. sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır, qeydiyyat ştampında nömrə qoyularaq baxılması məqsədilə təşkilatın və ya struktur bölməsinin rəhbərliyinə verilir və icra edilməsi üçün “Lisenziya və xüsusi icazələr şöbəsi”nə göndərilir;

3.3.3. “Lisenziya və xüsusi icazələr şöbəsi”ndə sorğuya və ona əlavə edilən sənədlərə baxılır, aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə sənədlərin daxil olduğu tarixdən 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Ərizəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və çatışmayan sənədlər elektron formada təkrar göndərildikdən sonra həmin sənədlərin qəbulu barədə ərizəçiyə bildiriş göndərilir. Sənədlər ekspertiza rəyindən keçirilmək üçün 2 iş günü müddətində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə göndərilir və 15 iş günü ərzində ekspertizanın nəticəsi haqda Energetika Nazirliyinə məlumat verilir. Rəy müsbət olduqda 3 iş günü müddətində baxılır və Şəhadətnamə verilməsi haqqında qərar qəbul edilir.

3.3.4. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, qeydə alındığı gündən başlayaraq 20 iş günündən gec olmayaraq şəhadətnamə verilməsi haqqında qərar qəbul edilir, reyestri aparılır, fiziki şəxslərə şəxsən, hüquqi şəxslərin isə səlahiyyətli nümayəndəsinə imza etdirilməklə verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: Elektron kargüzarlıq;

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada xidmətin yerinə yetirilməsinə nəzarəti Sənaye və Energetika Nazirliyi həyata keçirir. Xidmətin göstərilməsi ilə bağlı yaranan hər hansı anlaşmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün inzibati reqlamentin 2.5-ci bəndində göstərilən əlaqə vasitələrindən istifadə oluna bilər.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçilər şəhadətnamənin verilməsi dair qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.5.2. Şikayət istifadəçinin özü tərəfindən əsaslandırılmalıdır. Kağız üzərində şikayət Energetika Nazirliyinin poçt ünvanına, elektron formada şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsində müəyyən olunmuş 1 ay müddətində baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

 


 

Azərbaycan Respublikasının Energetika Nazirliyinə

 

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

(hüquqi şəxsin adı, qeydiyyat nömrəsi və tarixi, hüquqi ünvanı)

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

(fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və tarixi, ünvanı)

 

VÖEN

 

 

 

 

 

 

 

 

 

 

 

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

_______________________________________________________________________________tərəfindən

(səlahiyyətli şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və tarixi, etibarnamənin tarixi)

 

 

 

Ə R İ Z Ə

 

Xahiş edirəm ki,__________________________________________________________________________

 

(podratçının və ya subpodratçının tam adı)

İxrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsi ilə bağlı xüsusi iqtisadi rejimin tətbiqi

üçün ___________________  _statusu ilə qeydə alasınız və müvafiq şəhadətnaməni verəsiniz.

 

(podratçı və ya subpodratçı)

 

 

Məlumat üçün bildirirəm:

 

1. Tətbiq ediləcək vergi rejimi:

 

_________________________________________________________________________________________

_________________________________________________________________________________________

(Qanunun maddəsi göstərilməlidir)

2. Tətbiq ediləcək gömrük proseduru:

 

_________________________________________________________________________________________

(gomrük orqanları tərəfindən verilən tətbiq olunan gömrük rejimi barədə sənədin əsasında doldurulur)

3. Podratçının və ya subpodratçının kontragentinin (şəhadətnamənin verilməsi üçün əsas olan müqavilə üzrə sifarişçi) tam adı:

_________________________________________________________________________________________

4. Kontragentin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda):

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

5. Birbaşa və ya əlaqəli müqavilənin (onu əvəz edən sənədin) tarixi və nömrəsi ___________________

_________________________________________________________________________________________

6. Müqavilənin tərəfləri:____________________________________________________________________

_________________________________________________________________________________________

7. Müqavilənin qüvvədə olma müddəti: _______________dən _________________dək

8. Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər barədə məlumat:_______________________

________________________________________________________________________________________

 

 

Əlavə edilən sənədlərin siyahısı:

 

____________________________________________

____________________________________________

____________________________________________

____________________________________________

 

 

 


 

 

Azərbaycan Respublikası Energetika Nazirliyinin 26 may 2014-cü il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

6 nömrəli əlavə

 

 

 “Qaz istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi” üzrə inzibati reqlament

 

1.                  Ümumi müddəalar

 

1.1.       Elektron xidmətin adı: Qaz istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi

1.2.       Elektron xidmətin məzmunu: Bu xidmət vasitəsilə Qaz istismarı qaydalarının pozulmasına görə cərimələri ödəniş kartları vasitəsilə internet üzərindən ödəmək mümkündür.

1.3.       Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

-       “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 saylı Fərmanının 2-ci və 2-1-ci hissələri;[12]

-       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, eləcə də “Elektron xidmət növlərinin Siyahısı”nın 8.8-ci bəndi;

-   Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 279, 280 və 282-ci maddələri;[13]

-       Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”.

1.4.       Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Energetika Nazirliyi.

1.5.       Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6.       Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam.

1.7.       Elektron xidmətin icra müddəti: Sorğunun informasiya sistemində emalı müddəti ilə müəyyən olunur.

1.8.       Elektron xidmətin göstərilməsinin nəticəsi: Qaz istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi və real vaxt rejimində aparılmış ödənişin qəbzinin internet üzərindən alınması abonentlərin məmnunluğuna xidmət edir.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1.        Elektron xidmətin növü: İnteraktiv.

2.2.        E-xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3.        Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər və hüquqi şəxslər.

2.4.        Elektron xidmətin təqdim olunma yeri: http://e-xidmet.minenergy.gov.az, http://info.apus.az, http://e-gov.az/, http://e-services.minenergy.gov.az

2.5.        Elektron xidmət barədə məlumatlandırma: e-xidmet@minenergy.gov.az, telefon: (+994 12) 598 16 53/54/55

2.6.        Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Elektron xidmətdən istifadə etmək üçün fiziki şəxs şəxsiyyət vəsiqəsi üzrə məlumatları, hüquqi şəxs isə adı və hüquqi ünvanı barədə məlumatları və inzibati xəta haqqında iş üzrə qərarın nömrəsini və tarixini daxil edir.

Şəxsiyyət vəsiqəsi barədə məlumatlar Daxili İşlər Nazirliyinin “Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi” vasitəsi ilə yoxlanılır.

 

4.    Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1.       Elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırılmır: İstifadəçilər onlara məxsus elektron imzadan istifadə edərək e-gov.az “Elektron Hökumət” Dövlət İnformasiya Sistemi elektron xidmətlər portalı vasitəsilə apus.az saytında Energetika Nazirliyinin xidmət sahəsinə daxil olmaqla və ya elektron imzadan istifadə etmədən http://e-services.minenergy.gov.az və ya http://e-xidmet.minenergy.gov.az və ya http://info.apus.az internet səhifələrinə daxil olaraq “Qaz istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi” elektron xidmətindən istifadə edə bilərlər.

3.2.       Elektron xidmətin göstərilməsi üçün qeydiyyat: Qeydiyyat http://info.apus.az internet səhifəsindən istifadə edilməklə aparılır. İstifadəçinin qeydiyyatının asanlaşdırılması üçün göstərilən internet səhifəsində müvafiq təlimatlar, izahlar və video çarxlar yerləşdirilmişdir. İstifadəçilər internet ünvan vasitəsilə Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) baş səhifəsinə daxil olur. Baş səhifədə “real vaxt rejimində qeydiyyat” imkanı seçilir və “istifadəçinin qeydiyyatı” səhifəsi görünür. İstifadəçi şəxsiyyət vəsiqəsi və həmin səhifədə göstərilən ona aid digər məlumatları “istifadəçinin qeydiyyatı” səhifəsində dolduraraq real vaxt rejimində qeydiyyata alınır. Eyni zamanda birinci dəfə KÖMİS-də qeydiyyatdan keçmək üçün istifadəçi bilavasitə müvəkkil banklara da müraciət edə bilər.

3.3.       Elektron xidmətin göstərilməsindən imtina halları: KÖMİS-də qeydiyyatdan keçmiş istifadəçilərə elektron xidmət mütləq qaydada göstərilir. KÖMİS-də qeydiyyatdan keçmə və ya ondan imtina barədə http://info.apus.az internet ünvanında ətraflı məlumat verilmişdir.

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat haqqında məlumat: Ərizəçinin sorğusu minenergy.gov.az internet saytının “Elektron xidmətlər” bölməsinə və ya www.e-gov.az e-hökumət portalına daxil olaraq burada qəbul olunmuş formada avtorizasiya prosesini keçməklə formalaşdırılır.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: mütəmadi monitorinq;

3.4.2. Nəzarət qaydası: elektron xidmətin göstərilməsi ilə bağlı baş vermiş nöqsanların araşdırılması.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. Elektron xidmətlə bağlı hər hansı bir anlaşılmazlıq yarandıqda istifadəçilər qanunvericiliyə uyğun olaraq yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.5.2. Şikayət istifadəçinin özü tərəfindən əsaslandırılmalıdır. Kağız üzərində şikayət Energetika Nazirliyinin poçt ünvanına, elektron formada şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsində müəyyən olunmuş 1 ay müddətində baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

 

 


 

 

Azərbaycan Respublikası Energetika Nazirliyinin 26 may 2014-cü il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

7 nömrəli əlavə

 

 

“Enerji istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi” üzrə inzibati reqlament

 

1.                  Ümumi müddəalar

 

1.1.       Elektron xidmətin adı: Enerji istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi

1.2.       Elektron xidmətin məzmunu: Bu xidmət vasitəsilə Enerji istismarı qaydalarının pozulmasına görə cərimələri internet üzərindən ödəmək mümkündür.

1.3.       Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

-     “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 saylı Fərmanının 2-ci və 2-1-ci hissələri;[14]

-     Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, eləcə də “Elektron xidmət növlərinin Siyahısı”nın 8.9-cu bəndi;

-     Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 279, 280 və 282-ci maddələri;[15]

-     Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”.

1.4.       Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Energetika Nazirliyi.

1.5.    Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6.    Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam.

1.7.       Elektron xidmətin icra müddəti: Sorğunun informasiya sistemində emalı müddəti ilə müəyyən olunur.

1.8.       Elektron xidmətin göstərilməsinin nəticəsi: Enerji istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi və real vaxt rejimində aparılmış ödənişin qəbzinin internet üzərindən alınması abonentlərin məmnunluğuna xidmət edir.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1.       Elektron xidmətin növü: İnteraktiv.

2.2.    E-xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3.       Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər və hüquqi şəxslər.

2.4.       Elektron xidmətin təqdim olunma yeri: http://e-xidmet.minenergy.gov.az, http://e-services.minenergy.gov.az, http://e-gov.az, http://info.apus.az .

2.5.       Elektron xidmət barədə məlumatlandırma: e-xidmet@minenergy.gov.az; telefon: (+994 12) 598 16 53/54/55.

2.6.       Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Elektron xidmətdən istifadə etmək üçün fiziki şəxs şəxsiyyət vəsiqəsi üzrə məlumatları, hüquqi şəxs isə adı və hüquqi ünvanı barədə məlumatları və inzibati xəta haqqında iş üzrə qərarın nömrəsini və tarixini daxil edir.

Şəxsiyyət vəsiqəsi barədə məlumatlar Daxili İşlər Nazirliyinin “Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi” vasitəsi ilə yoxlanılır.

 

5.    Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar:

 

3.1.       Elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırılmır: İstifadəçilər onlara məxsus elektron imzadan istifadə edərək e-gov.az “Elektron Hökumət” Dövlət İnformasiya Sistemi elektron xidmətlər portalı vasitəsilə apus.az saytında Energetika Nazirliyinin xidmət sahəsinə daxil olmaqla və ya elektron imzadan istifadə etmədən http://e-services.minenergy.gov.az və ya http://e-xidmet.minenergy.gov.az və ya http://info.apus.az internet səhifələrinə daxil olaraq “Enerji istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi” elektron xidmətindən istifadə edə bilərlər.

3.2.       Elektron xidmətin göstərilməsi üçün qeydiyyat: Qeydiyyat http://info.apus.az internet səhifəsindən istifadə edilməklə aparılır. İstifadəçinin qeydiyyatının asanlaşdırılması üçün göstərilən internet səhifəsində müvafiq təlimatlar, izahlar və video çarxlar yerləşdirilmişdir. İstifadəçilər internet ünvan vasitəsilə Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin (KÖMİS) baş səhifəsinə daxil olur. Baş səhifədə “real vaxt rejimində qeydiyyat” imkanı seçilir və “istifadəçinin qeydiyyatı” səhifəsi görünür. İstifadəçi şəxsiyyət vəsiqəsi və həmin səhifədə göstərilən ona aid digər məlumatları “istifadəçinin qeydiyyatı” səhifəsində dolduraraq real vaxt rejimində qeydiyyata alınır. Eyni zamanda birinci dəfə KÖMİS-də qeydiyyatdan keçmək üçün istifadəçi bilavasitə müvəkkil banklara da müraciət edə bilər.

3.3.    Elektron xidmətin göstərilməsindən imtina halları: KÖMİS-də qeydiyyatdan keçmiş istifadəçilərə elektron xidmət mütləq qaydada göstərilir. KÖMİS-də qeydiyyatdan keçmə və ya ondan imtina barədə http://info.apus.az internet ünvanında ətraflı məlumat verilmişdir.

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat haqqında məlumat: Ərizəçinin sorğusu minenergy.gov.az internet saytının “Elektron xidmətlər” bölməsinə və ya www.e-gov.az e-hökumət portalına daxil olaraq burada qəbul olunmuş formada avtorizasiya prosesini keçməklə formalaşdırılır.

3.4.    Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1.       Nəzarət forması: mütəmadi monitorinq;

3.4.2.       Nəzarət qaydası: elektron xidmətin göstərilməsi ilə bağlı baş vermiş nöqsanların araşdırılması.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. Elektron xidmətlə bağlı hər hansı bir anlaşılmazlıq yarandıqda istifadəçilər qanunvericiliyə uyğun olaraq yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.5.2. Şikayət istifadəçinin özü tərəfindən əsaslandırılmalıdır. Kağız üzərində şikayət Energetika Nazirliyinin poçt ünvanına, elektron formada şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsində müəyyən olunmuş 1 ay müddətində baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

 

 


 

 

Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 31 may 2018-ci il tarixli 03 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

8 nömrəli əlavə

 

 

“Qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1. Elektron xidmətin adı: Qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə ərizəçiyə elektron formada məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa 3 nömrəli əlavənin 58-ci və 65-ci maddələri;

- “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsi;

- “Energetika haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 3-cü hissəsi və 10-cu maddəsi;

- “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanının 3-cü hissəsi;

- “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 saylı Fərmanının 2-ci və 2-1-ci hissələri;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, “Elektron xidmət növlərinin Siyahısı”nın 8.4-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Energetika Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam.

1.7. Elektron xidmətin icra müddəti: 7 iş günü.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazə verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. E-xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

2.4.1. http://www.minenergy.gov.az;

2.4.2. http://e-xidmet.minenergy.gov.az;

2.4.3. http://e-gov.az;

2.4.4. http://dxr.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

2.5.1. http://www.minenergy.gov.az;

2.5.2. http://e-xidmet.minenergy.gov.az;

2.5.3. http://dxr.az;

2.5.4. e-xidmet@minenergy.gov.az;

2.5.5. əlaqə nömrəsi: (012) 598-16-53/54/55.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- elektron imza ilə təsdiq olunmuş ərizə (1 nömrəli əlavə);

Aşağıdakı sənədlərin skan edilmiş surətləri müraciətə əlavə edilir:

- hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

- ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

- ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa);

- müvafiq fəaliyyətin həyata keçiriləcəyi ərazidə ətraf mühitə təsirin səviyyəsini və onun səbəblərini müəyyən edən müstəqil ekspertlər tərəfindən keçirilən ekspertiza rəyi.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmət üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən elektron ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra müvafiq xidmət növünü seçir və ərizə formasını yükləyərək doldurur və elektron imza ilə təsdiq etdikdən sonra bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərir.

3.1.2. Sorğunun qəbulu: Elektron formada göndərilən sorğu Energetika Nazirliyində qəbul edilir və bu barədə ərizəçinin elektron poçtuna bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda və ərizəçi icazə verilməsi şərtlərini yerinə yetirmədikdə icazə verilməsindən imtina edilir. 7 iş günü müddətində icazənin verilməsindən imtina haqqında inzibati akt (bundan sonra – akt) icazə verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. İmzalanmış və möhürlənmiş aktın skan edilmiş (pdf, doc, docx, jpeg formatlarda) surəti həmin aktın qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçinin elektron ünvanına göndərilir. Eyni zamanda aktın əsli kağız daşıyıcıda ərizəçiyə təqdim olunur və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

3.2.2. İmtina üçün əsaslar olmadıqda icazə hazırlanaraq reyestri aparılır və bu barədə istifadəçiyə elektron bildiriş göndərilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat haqqında məlumat: Ərizəçinin sorğusu www.minenergy.gov.az internet saytının “Elektron xidmətlər” bölməsinə, www.e-gov.az elektron hökumət portalına və ya www.dxr.az portalına (“Dövlət xidmətləri ilə bağlı vahid məlumat portalı”na) daxil olaraq burada “xidmətlər”ə keçid edib qəbul olunmuş formada avtorizasiya prosesini keçməklə formalaşdırılır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və /və ya maksimal yerinə yetirilmə müddəti: İqtisadiyyat şöbəsində sorğuya və ona əlavə edilən sənədlərə baxılır, aradan qaldırılması mümkün olan və icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, bu barədə 5 iş günündən gec olmayaraq ərizəçinin elektron poçtuna məlumat göndərilir. Ərizəçi tərəfindən həmin çatışmazlıqlar məlumat alındığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırıldıqdan və çatışmayan sənədlər elektron formada təkrar göndərildikdən sonra bütün sənədlərə 7 iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: İcazənin verilməsindən imtina edilmədikdə, imzalanmış və möhürlənmiş icazənin skan edilmiş (pdf, doc, docx, jpeg formatlarda) surəti ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq ərizəçinin elektron ünvanına göndərilir. Eyni zamanda icazənin əsli kağız daşıyıcıda ərizəçiyə təqdim olunur və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: elektron kargüzarlıq.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada xidmətin yerinə yetirilməsinə nəzarəti Energetika Nazirliyi həyata keçirir. Xidmətin göstərilməsi ilə bağlı yaranan hər hansı anlaşmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün inzibati reqlamentin 2.5-ci bəndində göstərilən əlaqə vasitələrindən istifadə oluna bilər.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçilər elektron xidmətin göstərilməsi ilə bağlı və vəzifəli şəxslərin hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

3.5.2. Şikayət istifadəçinin özü tərəfindən əsaslandırılmalıdır. Kağız üzərində şikayət Energetika Nazirliyinin poçt ünvanına, elektron formada şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsində müəyyən olunmuş 1 ay müddətində baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

 


 

 

“Qazın istehsalına və təbii qazın emalına, neft və neft məhsullarının emalına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlamentə 1 nömrəli əlavə

 

 

 

 

 

Azərbaycan Respublikasının

energetika naziri

cənab P.Şahbazova

 

 

 

 

Ərizə

 

 

_______________________________________________________________________ xahiş edir ki,

(ərizəçinin (hüquqi şəxsin) adı, hüquqi ünvanı)

 

“Energetika haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq

 

 

(məhsulun adı)

 

 

(əməliyyatın növü (istehsal, emal))

 

icazə verəsiniz.

 

 

 

Rəhbərin (vəzifəli şəxsin):

S.A.A.: ___________________________________________________________________________

Vəzifəsi: __________________________________________________________________________

Tarix: ____________________________________________________________________________

İmza: ____________________________________________________________________________

                                                            M.Y.      

 

 


 

 

Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 31 may 2018-ci il tarixli 03 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

 

9 nömrəli əlavə

 

 

“Sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlament

 

1. Ümumi müddəalar

 

1.1.         Elektron xidmətin adı: Sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu

1.2.         Elektron xidmətin məzmunu: Bu xidmət sənaye qaz qurğusunun istismarına icazənin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə ərizəçiyə elektron formada məlumat verilməsindən ibarətdir.

1.3.         Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 3 nömrəli əlavənin 62-ci maddəsi;

- “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2-ci fəsli;

- Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli 429 saylı Fərmanının 2-ci və 2-1-ci hissələri;

- Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 22 dekabr tarixli 1750 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Nizamnaməsi”nin 3.1.4-cü yarımbəndi;

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə - “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, “Elektron xidmət növlərinin Siyahısı”nın 8.7-ci bəndi.

1.4.         Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi publik hüquqi şəxsi (bundan sonra – Agentlik).

1.5.         Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6.         Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam.

1.7.         Elektron xidmətin icra müddəti: 7 iş günü.

1.8.         Elektron xidmətin göstərilməsinin nəticəsi: Sənaye qaz qurğularının istismarına icazə verilməsi.

 

2. Elektron xidmətin göstərilməsinin həyata keçirilməsi

 

2.1.         Elektron xidmətin növü: İnteraktiv.

2.2.         E-xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3.         Elektron xidmətin istifadəçiləri: Fiziki şəxslər və hüquqi şəxslər.

2.4.         Elektron xidmətin təqdim olunma yeri:

2.4.1.      http://www.minenergy.gov.az;

2.4.2.      http://e-xidmet.minenergy.gov.az;

2.4.3.      http://e-gov.az;

2.4.4.      http://dxr.az.

2.5.         Elektron xidmət barədə məlumatlandırma:

2.5.1.      http://www.minenergy.gov.az;

2.5.2.      http://e-xidmet.minenergy.gov.az;

2.5.3.      http://dxr.az;

2.5.4.      e-xidmet@minenergy.gov.az;

2.5.5. əlaqə nömrəsi: (012) 598-16-53/54/55.

2.6.         Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

-  elektron imza ilə təsdiq olunmuş ərizə (1 və 2 nömrəli əlavələr);

 

Aşağıdakı sənədlərin skan edilmiş surətləri müraciətə əlavə edilir:

- ərizəçi hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

- ərizəçi fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

- ərizəçinin vergi ödəyicisi kimi uçota alınması haqqında şəhadətnamənin surəti;

- ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin surəti (əgər icazə tələb olunan hərəkətin yerinə yetirilməsi obyektlə bağlıdırsa);

- Fövqəladə Hallar Nazirliyi tərəfindən həmin qurğunun yoxlanılmasını və sınaqdan keçirilməsini təsdiq edən müvafiq sənədlər və hesabat;

- qaz paylayıcısı tərəfindən verilmiş texniki şərt;

- qaz təchizatı layihəsi;

- tikinti-quraşdırma işlərini aparmış ixtisaslaşdırılmış müəssisə və ya qaz paylayıcısı ilə sifarişçi arasında təhvil-təslim aktı;

- buraxılış-sazlama və rejim-sazlama işlərinin yekununa dair akt.

 

3. Elektron xidmətin göstərilməsi üçün inzibati prosedurlar

 

3.1. Elektron xidmət üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən elektron ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra müvafiq xidmət növünü seçir və ərizə formasını yükləyərək doldurur və elektron imza ilə təsdiq etdikdən sonra bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərir.

3.1.2. Sorğunun qəbulu: Elektron formada göndərilən sorğu Energetika Nazirliyində qəbul edilir və bu barədə ərizəçinin elektron poçtuna bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda və ərizəçi icazə verilməsi şərtlərini yerinə yetirmədikdə icazə verilməsindən imtina edilir. 7 iş günü müddətində icazənin verilməsindən imtina haqqında inzibati akt (bundan sonra – akt) icazə verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxs tərəfindən imzalanır və möhürlə təsdiq edilir. İmzalanmış və möhürlənmiş aktın skan edilmiş (pdf, doc, docx, jpeg formatlarda) surəti həmin aktın qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçinin elektron ünvanına göndərilir. Eyni zamanda aktın əsli kağız daşıyıcıda ərizəçiyə təqdim olunur və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

3.2.2. İmtina üçün əsaslar olmadıqda icazə hazırlanaraq reyestri aparılır və bu barədə istifadəçiyə elektron bildiriş göndərilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat haqqında məlumat: Ərizəçinin sorğusu www.minenergy.gov.az internet saytının “Elektron xidmətlər” bölməsinə, www.e-gov.az elektron hökumət portalına və ya www.dxr.az portalına (“Dövlət xidmətləri ilə bağlı vahid məlumat portalı”na) daxil olaraq burada “xidmətlər”ə keçid edib qəbul olunmuş formada avtorizasiya prosesini keçməklə formalaşdırılır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və /və ya maksimal yerinə yetirilmə müddəti: Agentlikdə sorğuya və ona əlavə edilən sənədlərə baxılır, aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə 5 iş günündən gec olmayaraq ərizəçinin elektron poçtuna məlumat göndərilir. Ərizəçi tərəfindən həmin çatışmazlıqlar məlumat alındığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırıldıqdan və çatışmayan sənədlər elektron formada təkrar göndərildikdən sonra bütün sənədlərə 7 iş günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: İcazənin verilməsindən imtina edilmədikdə, imzalanmış və möhürlənmiş icazənin skan edilmiş (pdf, doc, docx, jpeg formatlarda) surəti ərizənin qeydiyyata alındığı tarixdən 7 iş günündən gec olmayaraq ərizəçinin elektron ünvanına göndərilir. Eyni zamanda icazənin əsli kağız daşıyıcıda ərizəçiyə təqdim olunur və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. Nəzarət forması: elektron kargüzarlıq.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada xidmətin yerinə yetirilməsinə nəzarəti Energetika Nazirliyi həyata keçirir. Xidmətin göstərilməsi ilə bağlı yaranan hər hansı anlaşmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün inzibati reqlamentin 2.5-ci bəndində göstərilən əlaqə vasitələrindən istifadə oluna bilər.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçilər elektron xidmətin göstərilməsi ilə bağlı və vəzifəli şəxslərin hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

3.5.2. Şikayət istifadəçinin özü tərəfindən əsaslandırılmalıdır. Kağız üzərində şikayət Energetika Nazirliyinin poçt ünvanına, elektron formada şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsində müəyyən olunmuş 1 ay müddətində baxılır.

Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

 

 


 

 

“Sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlamentə 1 nömrəli əlavə

 

Fiziki şəxslər üçün

 

 

 

 

 

Azərbaycan Respublikasının

energetika naziri

cənab P.Şahbazova

 

 

 

 

Ərizə

 

 

______________________________________________________________________ xahiş edir ki,

(ərizəçinin adı, atasının adı, soyadı)

 

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq

 

 

(sənaye qaz qurğusunun (qaz qurğularının) adı və markası)

 

istismarına icazə verəsiniz.

 

 

 

Əlaqə telefonları:

 

Elektron ünvan:

 

 

 

________________ (imza)                                                               « ____ » _____________ 20 ____

 

 


 

 

“Sənaye qaz qurğusunun istismarına icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlamentə 2 nömrəli əlavə

 

Hüquqi şəxslər üçün

 

 

 

 

 

Azərbaycan Respublikasının

energetika naziri

cənab P.Şahbazova

 

 

 

 

Ərizə

 

 

______________________________________________________________________ xahiş edir ki,

(ərizəçinin (hüquqi şəxsin) adı, hüquqi ünvanı)

 

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq

 

 

(sənaye qaz qurğusunun (qaz qurğularının) adı və markası)

 

istismarına icazə verəsiniz.

 

 

 

Rəhbərin (vəzifəli şəxsin):

S.A.A.: ___________________________________________________________________________

Vəzifəsi: __________________________________________________________________________

Tarix: ____________________________________________________________________________

İmza: ____________________________________________________________________________

                                                            M.Y.      

 

 

 


QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

1.       15 iyul 2015-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201507150001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 iyul 2015-ci il)

2.       27 sentyabr 2016-cı il tarixli 03 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201609270003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 oktyabr 2016-cı il)

3.       7 dekabr 2016-cı il tarixli 04 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612071004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2016-cı il)

4.       15 dekabr 2017-ci il tarixli 03 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712150003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2017-ci il)

5.       15 dekabr 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2017-ci il)

6.       31 may 2018-ci il tarixli 03 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201805310003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 iyun 2018-ci il)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 dekabr 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2017-ci il) ilə Qərarın preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra isə “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilmişdir.

 

[2] 7 dekabr 2016-cı il tarixli 04 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612071004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 15 dekabr 2016-cı il) ilə qərarın 1-ci və 2-ci hissələri ləğv edilmişdir.

 

[3] 31 may 2018-ci il tarixli 03 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201805310003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 iyun 2018-ci il) ilə 4-cü hissə ləğv edilmişdir.

 

[4] 31 may 2018-ci il tarixli 03 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201805310003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 12 iyun 2018-ci il) ilə yeni məzmunda 7-1-ci və 7-2-ci hissələr əlavə edilmişdir.

 

[5] 15 iyul 2015-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201507150001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 iyul 2015-ci il) ilə “Neft məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.2-ci bəndinin üçüncü abzasında verilmiş cədvəlin səkkizinci sətrində  “Bakı Şəhər Vergilər Departamenti” sözləri “Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti” sözləri ilə və doqquzuncu sətrində “1400305751” rəqəmləri “1403006271” rəqəmləri ilə əvəz edilmişdir.

 

[6] 15 iyul 2015-ci il tarixli 01 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201507150001, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 29 iyul 2015-ci il) ilə “Qaz məhsullarının satışına xüsusi razılıq (lisenziya) verilməsi üçün müraciətlərin və sənədlərin qəbulu üzrə inzibati reqlament”in 2.2-ci bəndinin üçüncü abzasında verilmiş cədvəlin səkkizinci sətrində  “Bakı Şəhər Vergilər Departamenti” sözləri “Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti” sözləri ilə və doqquzuncu sətrində “1400305751” rəqəmləri “1403006271” rəqəmləri ilə əvəz edilmişdir.

 

[7] 15 dekabr 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2017-ci il) ilə 3 nömrəli əlavə - “İxrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlament”in 1.3-cü bəndinin dördüncü abzasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, beşinci abzasında “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilmişdir və 3.3.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilmişdir.

 

[8] 15 dekabr 2017-ci il tarixli 03 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712150003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2017-ci il) ilə 3 nömrəli əlavə - “İxrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə “Əlavə 1. İxrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin verilməsi üçün ərizə forması (fiziki şəxslər üçün)”nda və “Əlavə 1. İxrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin verilməsi üçün ərizə forması (hüquqi şəxslər üçün)”nda “N.Əliyev” sözü “P.Şahbazov” sözü ilə əvəz edilmişdir.

 

[9] 15 dekabr 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2017-ci il) ilə 4 nömrəli əlavə - “Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsinə dair xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu” üzrə inzibatı reqlament”in 1.3-cü bəndinin beşinci abzasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, altıncı abzasında “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilmişdir və 3.3.3-cü yarımbənddə “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilmişdir.

 

[10] 15 dekabr 2017-ci il tarixli 03 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712150003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2017-ci il) ilə 4 nömrəli əlavə - “Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsinə dair xüsusi icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə “Əlavə 1. Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsinə dair xüsusi icazənin verilməsi üçün ərizə forması (fiziki şəxslər üçün)”nda və “Əlavə 1. Qiymətli daşların hasilatı, qızılın və digər qiymətli metalların, neftin, neft məhsullarının və təbii qazın hasilatı və emalı, neft və neft məhsulları tullantılarının emalı vasitələrinin dövriyyəsinə dair xüsusi icazənin verilməsi üçün ərizə forması (hüquqi şəxslər üçün)”nda “N.Əliyev” sözü “P.Şahbazov” sözü ilə əvəz edilmişdir.

 

[11] 15 dekabr 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2017-ci il) ilə 5 nömrəli əlavə - “İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi məqsədilə müraciətin və sənədlərin qəbulu” üzrə inzibati reqlament”in 1.3-cü bəndinin dördüncü abzasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, beşinci abzasında isə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilmişdir.

 

[12] 15 dekabr 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2017-ci il) ilə 6 nömrəli əlavə - “Qaz istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament”in 1.3-cü bəndinin ikinci abzasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, üçüncü abzasında isə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilmişdir.

 

[13] 27 sentyabr 2016-cı il tarixli 03 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201609270003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 oktyabr 2016-cı il) ilə “Qaz istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament”in 1.3-cü bəndinin dördüncü abzasında “116, 116-1 və 118-ci” sözləri “279, 280 və 282-ci” sözləri ilə əvəz edilmişdir.

 

[14] 15 dekabr 2017-ci il tarixli 04 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201712150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 27 dekabr 2017-ci il) ilə 7 nömrəli əlavə - “Enerji istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament”in 1.3-cü bəndinin ikinci abzasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, üçüncü abzasında isə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilmişdir.

 

[15] 27 sentyabr 2016-cı il tarixli 03 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201609270003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 6 oktyabr 2016-cı il) ilə “Enerji istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament”in 1.3-cü bəndinin dördüncü abzasında “116, 116-1 və 118-ci” sözləri “279, 280 və 282-ci” sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status