AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.07.1992
QEYDİYYAT NÖMRƏSİ
388
ADI
Bakı şəhəri sərnişin nəqliyyatının işinin daha da təkmilləşdirilməsi və onun maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Bakı şəhəri sərnişin nəqliyyatının işinin daha da təkmilləşdirilməsi və onun maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri haqqında

Bakı şəhəri sərnişin nəqliyyatının işinin daha da təkmilləşdirilməsi və onun maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Nazirlər Kabineti qeyd edir ki, Bakı şəhərinin əhalisinə göstərilən sərnişin nəqliyyatı xidməti qeyri-qənaətbəxşdir.

Sərnişinlərə göstərilən xidmət mədəniyyətinin aşağı səviyyəsi, hərəkətin qeyri-müntəzəmliyi, nəqliyyat vasitələrinin həddən artıq dolu olması və gediş vaxtı, xüsusən də camaatın işə gedib-gəldiyi saatlarda yaranan çətinliklər əhalinin haqlı və ciddi narazılığına səbəb olur.

Keçən il şəhər sərnişin nəqliyyatından səmərəsiz istifadə olunmuşdur. Belə ki, işlək maşınların xəttə buraxılma əmsalı: avtobus parkında 0,61, trolleybus parkında 0,44, tramvay parkında 0,46, metro vaqonları üzrə 0,8 olmuşdur.

Şəhər sərnişin nəqliyyatının bütün növlərində sərnişin daşımalarından alınan gəlirin bir hissəsinin kənara axıb getməsi halları aradan qaldırılmamışdır və Bakı şəhəri sakinlərinin sayının artdığı halda əhalinin ictimai nəqliyyatdan istifadə etmə faizinin azalması buna sübutdur.

Nəqliyyat təşkilatlarının və müəssisələrinin rəhbərləri ümumi ictimai şəhər sərnişin nəqliyyatının fəaliyyətini yaxşılaşdırmaq üzrə məsuliyyət hissi keçirmirlər.

Bakı şəhəri rayonlarının icra hakimiyyəti orqanları şəhər sərnişin nəqliyyatının işinə layiqincə fikir vermirlər.

Bakı şəhərinin yarıtmaz vəziyyətdə olan küçə-yol şəbəkəsi nəqliyyat vasitələrinin gündən-günə artan axınının öhdəsindən gələ bilmir.

Bitumun keyfiyyətsizliyi üzündən il ərzində təmir olunmuş küçə və yolların təkrar təmirə ehtiyacı var.

Sərnişin nəqliyyatı işinin daha da təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi və Bakı şəhərinin əhalisinə xidməti yaxşılaşdırmaq məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Bakı şəhəri icra hakimiyyəti:

a) şəhər nəqliyyatının balanslaşdırılmış inkişafı, müəssisələrin təsərrüfat müstəqilliyinin möhkəmləndirilməsi, onların nəqliyyat xidmətlərinin həcminin artırılması və keyfiyyətin yüksəldilməsi üçün onun təşkilati idarəetmə strukturunu və iqtisadi mexanizmini yenidən qursun;

b) əhalinin hərəkəti zamanı mümkün qədər az minik dəyişilməsini nəzərdə tutan, nəqliyyatın müxtəlif növlərinin daha mükəmməl marşrut sistemlərini yaratmağı təmin edən şəhər sərnişin nəqliyyatı inkişafının kompleks sxemini işləyib hazırlasın;

v) maliyyə orqanları ilə nəqliyyat müəssisələrinin və sərnişinlərin mənafeləri arasındakı ziddiyyəti ləğv etmək mövqeyindən çıxış edərək, Maliyyə Nazirliyi ilə birlikdə şəhər sərnişin nəqliyyatı müəssisələri işinin mövcud maliyyələşdirilməsi sisteminə yenidən baxsın;

q) küçə-yol şəbəkəsini hərəkət sürətləri və nəqliyyat növləri üzrə differensasiyalaşdırmaqla, sürətli və sərnişinlər üçün avtomobil yollarının, fasiləsiz hərəkətli magistral küçələrin ayrılması şərtilə küçə-yol şəbəkəsinin yenidən qurulması və təkmilləşdirilməsini 1 nömrəli əlavəyə uyğun həyata keçirsin;

ğ) hərəkətin sürətini və təhlükəsizliyini artırmaq, səmərəsiz xərclərin, iş vaxtının itirilməsinin, yanacaq-sürtkü materiallarının və elektrik enerjisinin məsrəfinin, səs-küyün və zərərli qazların miqdarının azaldılması məqsədilə magistralların, küçələrin və meydanların buraxma qabiliyyətini 2 nömrəli əlavəyə uyğun olaraq yeraltı keçidlərin və nəqliyyat qovuşuqlarının tikilməsi hesabına artırsın;

d) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, "Azəravtonəqliyyat» Dövlət Konserni və digər əlaqədar nazirlik və baş idarələrlə birlikdə Azərbaycan Respublikası Elmlər Akademiyasını cəlb etməklə, şəhərin nəqliyyat vasitələri ilə dolmasının daim artması və küçə hərəkəti intensivliyinin artması ilə əlaqədar olaraq, elektronika vasitələri, hesablama texnikası, televiziya qurğuları və kompüter sistemləri tətbiq etməklə, yol hərəkətini nizamlama və şəhər ictimai nəqliyyatın avtomatlaşdırılmış idarəetmə sistemini 1992-1993-cü illər işləyib hazırlasın və 1993—1995-ci illərdə yaratsın;

e) istismar sürətinin artırılmasını və şəhər nəqliyyatı hərəkət tərkibinin orta hərəkət intervalının ixtisara salınmasını təmin etsin, habelə hərəkət tərkibi parkının yerləşdirilməsi və hərəkət qrafikinə ciddi əməl olunması üçün tədbirlər görsün;

ə) 1992-ci ilin axırınadək şəhər sərnişin nəqliyyatının sonuncu dayanacaqlarında sürücülər və xətt işçiləri üçün sanitar-məişət xidməti və nahar etmələri üçün şərait yaratsın;

j) dayanacaq məntəqələrində olan göstəricilərə, hərəkət tərkibinin trafaretlərinə, məlumat lövhələrinə bu günün tələblərinə uyğun şəkildə bir ay müddətində yenidən baxsın;

z) müxtəlif xidmətlər göstərməyi nəzərdə tutmaqla, sərnişinlər üçün maksimum rahatlıq yaratmaq şərtilə dayanacaq məntəqələrində örtüklərin və pavilyonların tikilməsini həyata keçirsin;

i) hərəkət tərkibinin marşrutlarda ahəngdar işini təmin etmək üçün onun təmir və texniki qulluq keyfiyyətini artırsın;

y) avtobus, trolleybus, tramvay vaqonları, taksi sürücülərinin və metro vaqonları sürücülərinin nizam-intizamını artırsın, şəhərin həyat fəaliyyətini əhatə etməklə, sərnişinlər üçün məlumat sistemini yaxşılaşdırsın və zənginləşdirsin;

k) ictimai sərnişin nəqliyyatının daha qabaqcıl növü kimi, habelə ətraf mühitin vəziyyətini daha da yaxşılaşdırmaq üçün şəhər kənarında və şəhərdən çıxış xətlərində mütəxəssisləri cəlb etməklə, 1992-ci ilin üçüncü rübündə sürətli tramvay xətlərinin çəkilişinin məqsədəuyğunluğu məsələsinə baxsın;

g) şəhər sərnişin nəqliyyatında kadrların möhkəmləndirilməsi və kadr axıcılığının azaldılması məqsədilə, şəhər nəqliyyatı işçiləri üçün güzəştlə almaq şərtilə vahid geyim forması tətbiq edilsin və onlara şəhər ictimai sərnişin nəqliyyatının bütün növlərində (taksidən başqa) pulsuz getmək hüququ verilsin, həmçinin respublika büdcəsindən də istifadə etməklə, bütün maliyyələşdirmə mənbələri hesabına sosial-məişət şəraitlərini yaxşılaşdırmaq üçün 3 nömrəli əlavəyə uyğun tədbirləri həyata keçirsin;

l) şəhər sərnişin nəqliyyatı işçiləri və onların ailələri üçün sağlamlıq-profilaktika və sosial-məişət müəssisələri şəbəkəsini inkişaf etdirsin və onların işini yaxşılaşdırsın.

2. Bakı şəhər icra hakimiyyətinə tövsiyə edilsin ki, küçə-yol şəbəkəsinin əsaslı təmiri ilə yanaşı, qabaqcadan işlənilmiş layihəyə əsasən ayrı-ayrı prospektlərin, magistralların və küçələrin milli ənənələri nəzərə almaqla, memarlıq tərtibatı ilə kompleks surətdə yenidən qurulmasını həyata keçirsin.

3. Almaniyanın "Virtgen» firmasından yol işlərinin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə yol texnikasının alınması üçün Bakı şəhəri icra hakimiyyətinə 2,6 mln. alman markası ayrılması barədə Yeni Bakı neftayırma zavodu və "Azərneftyağ» Bakı neftayırma zavodu əmək kollektivlərinin təklifi qəbul edilsin.

4. Azərbaycan Respublikası Dövlətiqtisadplankomu, Bakı şəhər icra hakimiyyəti, "Azəravtoyol» istehsalat birliyi, "Azərbaycannəqliyyatyoltikinti» sənaye layihə tikinti birliyi, "Azərsənayetikintimaterialları» Dövlət Konserni, "Azərnəqlqaz» istehsalat birliyi, "Azərenerji» istehsalat birliyi, Azərbaycan Respublikası Rabitə Nazirliyi və digər əlaqədar nazirliklər və baş idarələrlə birlikdə Bakı—Astara avtomobil yolunun 0—14 və 14—22-ci kilometrinin tikintisi ilə bağlı kompleks məsələlərə bir ay müddətində baxsın və yolun 1993—1995-ci illərdə tikilib istifadəyə verilməsi üçün tədbirlər görsün.

5. "Azərneftyağ» Bakı neftayırma zavodu yol təsərrüfatının tələblərinə uyğun gələn keyfiyyətli neft bitumu buraxılışını tezliklə təmin etsin.

6. Bakı şəhəri əhalisinə göstərilən taksomotor daşımaları xidmətini yaxşılaşdırmaq məqsədilə, "VAZ-2106» markalı minik avtomobillərindən ibarət öz tabeliyində olmaqla, alternativ taksomotor parkı yaratmaq barədə Bakı şəhəri icra hakimiyyətinin təşəbbüsü bəyənilsin.

7. Azərbaycan Respublikası Dövlətiqtisadplankomu və Material Ehtiyatları Nazirliyi:

a) Hökumətlərarası sazişlər əsasında alınan minik avtomobilləri hesabına 1992-ci ilin 3 rübündə Bakı şəhəri icra hakimiyyətinə 250 ədəd "VAZ-2106» markalı minik avtomobilləri ayırsın;

b) "Azəravtonəqliyyat» Dövlət Konserninə respublikanın fondu hesabına taksi kimi istifadə etmək məqsədilə müxtəlif markalı "VAZ» minik avtomobilləri üçün limitlər ayırsın.

8. Bakı şəhəri icra hakimiyyətinin 1992-ci ildə Macarıstandan 150 ədəd "İkarus» markalı avtobusların və Çexo-Slovakiyadan 50 ədəd "Şkoda» markalı trolleybusların və iki ədəd funikulyor vaqonlarının alınması təklifi qəbul edilsin.

Bakı şəhər icra hakimiyyəti Macarıstan və Çexo-Slovakiya ilə "İkarus» avtobuslarının, "Şkoda» trolleybuslarının və funikulyor vaqonlarının alınması mümkünlüyü haqqında lazım olan xarici valyuta vəsaitini müəyyən etməklə danışıqlar aparsın.

Azərbaycan Respublikasının Beynəlxalq Bankı:

a) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 18 mart tarixli, 70r nömrəli sərəncamına əsasən "İkarus» markalı avtobuslara ehtiyat hissələri almaq üçün respublikanın valyuta fondundan 700 min ABŞ dollarının ayrılması məsələsini həll etsin;

b) bu qərarın 8-ci bəndinin birinci abzasında göstərilən nəqliyyat vasitələrini almaq üçün lazım olan xarici valyuta vəsaitini (ABŞ dolları) ayırmaq barədə təklif təqdim etsin.

9. Büdcənin mədaxil və məxarici balansında zəruri iştirakı nəzərə almaqla, Bakı şəhəri minik taksilərində sərnişin daşımaları tariflərindən əlavə dəyər vergisinin tutulmaması barədə "Azəravtonəqliyyat» Dövlət Konserni taksomotor parkları kollektivlərinin təklifi qəbul edilsin.

Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu məsələ barədə mövcud qaydada təklif versin.

10. Azərbaycan Respublikası Maliyyə Nazirliyi:

a) şəhər nəqliyyatı üçün nəqliyyat vasitələri almaq məqsədilə Bakı şəhər icra hakimiyyətinə, habelə Bakı şəhəri ətrafında dolayı magistral yolun və Bakı—Astara avtomobil yolunun 0—14, 14—22-ci km hissələrinin çəkilişini maliyyələşdirmək üçün 700 mln.manat əsaslı vəsait ayrılması barədə iki həftə ərzində təklif versin;

b) rayon və şəhər icra hakimiyyətləri və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti ilə birlikdə bütün kateqoriyalardan olan pensiyaçıların, həmçinin xalq təhsili sistemində işləyən müəllimlərin şəhərdaxili və şəhərətrafı nəqliyyatın bütün növlərində (taksidən başqa) pulsuz getmələri nəticəsində yaranan gəlir itgilərinin əvəzinin yerli büdcə hesabına ödənilməsi məsələsinə baxsın və təklif versin.

11. Azərbaycan Respublikası Dövlətiqtisadplankomu:

"Azəravtonəqliyyat» Dövlət Konserni, "Sərnişinnəqliyyat» Konserni ilə birlikdə respublikanın maşınqayırma kompleksi müəssisələrinin sərbəst gücünü və texniki imkanlarını nəzərə almaqla, respublikada nəqliyyat vasitələrində istifadə olunan hissələrin və komplektləşdirici məmulatların siyahısını müəyyən etsin və il ərzində miqdarını göstərməklə, 4 nömrəli əlavəyə uyğun şəkildə onların zavodlar arasında bölünüb hazırlanmasını təşkil etsin;

"Azəravtonəqliyyat» Dövlət Konserni, "Sərnişinnəqliyyat» Konserni ilə birlikdə Bakı ixtisaslaşdırılmış avtomobillər zavodunun 1992-ci ildə PAZ avtomobillərinin şassisi üzərində avtobusların hazırlanması imkanlarını nəzərə almaqla, həmin miqdarda avtobusları respublikanın rayon və şəhərləri arasında bölüşdürsün;

əlaqədar nazirliklər, baş idarələrlə birlikdə "Avtokəndtəsərrüfatmaş-Holdinq» (Moskva şəhəri) səhmdarlar cəmiyyətinin vədlərini nəzərə almaqla, Likino avtomobil zavodundan komplektləşdirici məmulatların alınması şərtilə 1995-ci ilədək istehsal həcmini 1000 ədədə çatdırmaqla, 1992-ci ildə 10 ədəd LiAZ—5256 markalı avtobusların yığılmasını həyata keçirmək imkanına baxsın. Bu barədə təklifləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin.

12. Azərbaycan Respublikası Dövlətiqtisadplankomu, Bakı ixtisaslaşdırılmış avtomobillər zavodu, nəqliyyat təşkilatları və müəssisələri ilə birlikdə MDB-nin və digər regionların müəssisələrindən alınan komplektləşdirici məmulatların və ehtiyat hissələrinin respublikanın maşınqayırma kompleksi müəssisələrinə istehsalını təşkil etmək üçün təkliflərini versin.

13. Azərbaycan Respublikası Dövlətiqtisadplankomu, Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyi 1992-ci il və sonrakı illərdə başqa sahələrin limit və fondları hesabına nəqliyyat vasitələrinin, avadanlığın, mexanizmlərin və digər maddi-texniki ehtiyatların ayrılmasında şəhər sərnişin nəqliyyatına üstünlük verməyi nəzərdə tutsun.

14. Bakı şəhər icra hakimiyyəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Dəmir Yolu İdarəsi:

a) Abşeron elektrikləşdirilmiş dairəsində dəmir yol keçidlərinin vəziyyətlərinə baxsınlar və yol hərəkətinin təhlükəsizliyinin təmin edilmədiyi hallarda onların bağlanılması üçün qəti tədbirlər görsünlər;

b) dəmir yolu sahələrinə yaxın yerləri lazımi vəziyyətə gətirmək üçün tədbirlər görsünlər.

15. Bakı şəhəri nəqliyyat təşkilatları və müəssisələri avtomobillərin mühərriklərindən çıxan işlənmiş qazlarla ətraf mühitin çirklənməsi səviyyəsinin azaldılması üçün təxirəsalınmaz tədbirlər görsünlər.

Azərbaycan Respublikası Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dövlət Avtomobil Müfəttişliyi İdarəsi bu bəndin yerinə yetirilməsinə nəzarəti gücləndirsin.

16. Azərbaycan Respublikası Sosial Təminat Nazirliyi, Azərbaycan Respublikası Dövlət Əmək və Sosial Məsələlər üzrə Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi şəhər nəqliyyatında işləyən avtobus sürücülərinin pensiyaya çıxmaq yaşını 5 il azaltmaq məsələsinə baxsınlar və məqsədəuyğun olduqda mövcud qaydada təklif versinlər.

17. Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyi, Bakı şəhər icra hakimiyyəti, Azərbaycan Dəmir Yolu və "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti birlikdə şəhər sərnişin nəqliyyatında işləmək üçün 1993-cü tədris ilindən etibarən mütəxəssislər hazırlanmaqla bağlı kompleks məsələlərə baxsınlar, hökumət tərəfindən qərar qəbul edilməli, əlavə məsələlər üzrə mövcud qaydada Azərbaycan Respublikası Nazirlər Kabinetinə müvafiq təkliflər versinlər. [1]

18. "Azərsığorta» şirkəti "Azəravtonəqliyyat» Dövlət Konserni ilə birlikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Hava, dəmiryol, dəniz və avtomobil nəqliyyatı sərnişinlərinin dövlət tərəfindən mütləq sığortalanması haqqında» 1992-ci il 3 mart tarixli, 108 nömrəli qərarının minik taksilərinə aid olan hissəsində dəyişiklik etmək məsələsinə baxsın və mövcud qaydada təklif versin.

19. Bu qərarın icrası üzərində nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin nəqliyyat və rabitə, tikinti, inşaat materialları sənayesi və tikintisi sənayesi, şəhər təsərrüfatı şöbələrinə və digər müvafiq sahə şöbələrinə tapşırılsın.

 

Baş nazir R. HÜSEYNOV

 

Bakı şəhəri, 8 iyul 1992-ci il

               № 388


 

 


 

Azərbaycan Respublikası  Nazirlər Kabinetinin
1992-ci il 8 iyul tarixli, 388 nömrəli qərarına
1 nömrəli əlavə

Bakı şəhəri küçə-yol şəbəkəsinin 1992—1995-ci illərdə inkişafına dair tapşırıq

Obyektlərin adı

İcra müddəti

İcraçılar

1.

Yeni tikililər

 

 

1.

Zabrat—Maştağa

1992

Bakı şəhər icra hakimiyyətinin "Yoltəmirtikinti» idarəsi

2.

Babək prospekti

1992—1993

Bakı şəhər icra hakimiyyətinin "Yoltəmirtikinti» idarəsi

3.

Şəhər şosesi

1993

Bakı şəhər icra hakimiyyətinin "Yoltəmirtikinti» idarəsi

4.

Aeroporta gedən yeni avtomobil yolu

1993—1994

Bakı şəhər icra hakimiyyətinin "Yoltəmirtikinti» idarəsi

5.

Bakı şəhər dolama yolu

1992-1995

"Azərbaycannəqliyyatyoltikinti» İTB

6.

Bakı—Astara avtomobil yolu (0-14 və 14- 22 km sahələri)

1988—1995

"Azəravtoyol» İB və "Azərbaycannəqliyyatyoltikinti» İTB

II.

Yenidənqurma

 

 

1.

Maştağa—Nardaran

1992

Bakı şəhər icra hakimiyyətinin "Yoltəmirtikinti» idarəsi

2.

4 №-li evtikmə kombinatına gedən yol

1992

Bakı şəhər icra hakimiyyətinin "Yoltəmirtikinti» idarəsi

3.

Şəhər şosesi

1992—1993

Bakı şəhər icra hakimiyyətinin "Yoltəmirtikinti» idarəsi

4.

Zığ-Hövsan

1992—1993

"Azərneft» İB

5.

Qala—Pirallahı

1992-1993

"Azərneft» İB

6.

Patamdar şosesi

1993

Bakı şəhər icra hakimiyyətinin "Yoltəmirtikinti» idarəsi

7.

Buzvona—Şağan (dəniz boyunca)

1993—1994

Bakı şəhər icra hakimiyyətinin "Yoltəmirtikinti» idarəsi

8.

Hövsan—Türkan

1994

"Azərneft» İB

9.

Pirşağı—Binəqədi

1995

Bakı şəhər icra hakimiyyətinin "Yoltəmirtikinti» idarəsi

10.

Balaxanı şosesi

1995

Bakı şəhər icra hakimiyyətinin "Yoltəmirtikinti» idarəsi

III.

Şəhər yollarının əsaslı təmiri (mln.m2)

 

 

 

1,7

1992

Bakı şəhər icra hakimiyyətinin "Yoltəmirtikinti» idarəsi

 

2,5

 

 

 

2,8

 

 

 

3,0

 

 

İşlər müdirinin müavini İ.HACIYEV

 

 

Azərbaycan Respublikası  Nazirlər Kabinetinin
1992-ci il 8 iyul tarixli, 388 nömrəli qərarına
2 nömrəli əlavə

1992—1995-ci illərdə nəqliyyat qovuşuqları və piyadalar üçün yeraltı keçidlərin tikintisinə dair
Tapşırıq

Obyektlərin adı

İcra müddəti

İcraçılar

1.

R.Behbudov küçəsi ilə Füzuli küçəsinin tini

1993

"Azərtunelmetrotikinti" idarəsi

2.

Böyük Dəniz küçəsi ilə Füzuli küçəsinin tini

1993

"Azərtunelmetrotikinti" idarəsi

3.

"Azərneft» meydanı

1994

"Azərtunelmetrotikinti" idarəsi

4.

R.Behbudov küçəsi ilə 28 may küçəsinin tini

1995

"Azərtunelmetrotikinti" idarəsi

5.

İstiqlaliyyət küçəsi ilə H.Hacıyev küçəsinin tini

1995

"Azərtunelmetrotikinti» idarəsi

II.

Müxtəlif səviyyəli nəqliyyat qovuşuqları [2]

 

 

6.

Yeni xarici dairəvi avtomobil magistralı ilə Tbilisi prospektinin kəsişdiyi yer

1993—1994

"Azərbaycannəqliyyatyoltikinti" İTB

7.

Sabunçu dairəsində

1993—1994

"Azərbaycannəqliyyatyoltikinti" İTB

8.

Metropolitenin "Əzizbəyov» stansiyası

1994—1995

"Azərbaycannəqliyyatyoltikinti" İTB

9.

K.Marks prospekti ilə Azadlıq prospektinin tini

1995

"Azərbaycannəqliyyatyoltikinti" İTB

 

İşlər müdirinin müavini İ.HACIYEV

 

 

 

 

 

 


 

 

Azərbaycan Respublikası  Nazirlər Kabinetinin
1992-ci il 8 iyul tarixli, 388 nömrəli qərarına
3 nömrəli əlavə

1992—1995-ci illərdə sərnişin nəqliyyatı işçilərinin sosial-məişət şəraitini yaxşılaşdırmaq
Tədbirləri

Tədbirin adı

İcra müddəti

İcraçılar

1.

Piyadalar üçün yeraltı keçidlər

 

 

1.

"Sərnişinnəqliyyat» konserni işçiləri üçün hər il 30 mənzil,

Tramvay-trolleybus idarəsi işçiləri üçün hər il 20 mənzil,

Bakı metropoliteni işçiləri üçün hər il 20 mənzil,

"Yoltəmirtikinti» idarəsi işçiləri üçün hər il 15 mənzil ayrılsın

1992—1995

Bakı şəhər icra hakimiyyəti

2.

Şəhər sərnişin nəqliyyatı müəssisələrinə yardımçı təsərrüfat yaratmaq üçün sahələr ayırmaq

1992—1995

Bakı şəhər icra hakimiyyəti Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi

3.

Şəhər sərnişin nəqliyyatı işçiləri üçün yüksək tələbat ərzaq və sənaye mallarının satışını təşkil etmək

1992-ci ildən başlayaraq

Bakı şəhər icra hakimiyyəti

4.

Şəhər sərnişin nəqliyyatı müəssisələri işçiləri və onların ailələri üçün profilaktoriyaların, pansionatların və uşaqlar üçün düşərgələrin tikintisini nəzərdə tutmaq

1992—1995

Bakı şəhər icra hakimiyyəti

Bakı Baş Tikinti İdarəsi

Dövlətiqtisadplankom Maliyyə Nazirliyi

 

İşlər müdirinin müavini İ.HACIYEV

 

 


 

 

Azərbaycan Respublikası  Nazirlər Kabinetinin
1992-ci il 8 iyul tarixli, 388 nömrəli qərarına
4 nömrəli əlavə

1992—1995-ci illərdə şəhər sərnişin nəqliyyatının maddi-texniki bazasının inkişafı üzrə
Tədbirlər

Tədbirin adı

İcra müddəti

İcraçılar

1.

Bakı şəhərində 2 və 3 nömrəli trolleybus parklarının tikintisini başa çatdırmaq

1992—1993

Bakı şəhər icra hakimiyyəti

Tramvay-trolleybus parkı

"Baştəmirtikinti» tresti

"Azərsənaye» İB 7 nömrəli tresti

2.

N.Nərimanov adına elektrik deposunun təmir bazasının yenidən qurulması

1993—1995

Bakı şəhər icra hakimiyyəti

Bakı metropoliteni

"Azərtunelmetrotikinti» idarəsi

3.

Təcrübə-eksperiment zavodunu (keçmiş tramvay və trolleybus vaqonları təmiri zavodu) tramvay trolleybus idarəsinin balansına vermək, yerüstü elektrik nəqliyyatı təmir etmək üçün müvafiq yenidənqurma işləri aparmaq

1992

Bakı şəhər icra hakimiyyəti

4.

Metronun "Əzizbəyov» stansiyası yanında şəhərətrafı avtovağzalının tikintisi

1993—1994

Bakı şəhər icra hakimiyyəti

Bakı Baş tikinti idarəsi

5.

"QAZ-24» markalı minik avtomobilləri qabaq asqılarının hissələrinin hazırlanması

1992-ci ildən başlayaraq

"Geofizikacihaz» İB

6.

"RAF-2203» və "PAZ-072» markalı avtobusların mühərrikləri üçün gilizlərin hazırlanması

1992-ci ildən başlayaraq

Bakı poladtökmə zavodu

7.

"İkarus» markalı avtobuslar üçün pnevmatik balonların hazırlanması

1992-ci ildən başlayaraq

"Sərnişinnəqliyyat» konserni

8.

"İkarus» markalı avtobus əylənci üçün üstlük hazırlanması

1993-ci ildən başlayaraq

"Sərnişinnəqliyyat» konserni

9.

Müxtəlif modifikasiyalı avtobusların mühərrikləri üçün dirsəkli valların hazırlanması

1993-cü ildən başlayaraq

"Sərnişinnəqliyyat» konserni

10.

3219 modelli ikiqapılı avtobusların seriyalarla istehsalına yiyələnmə

1992-ci ilin III rübü

Bakı ixtisaslaşdırılmış avtomobil zavodu

11.

"Moqyurt» Macarıstan Respublikası firması ilə "İkarus» markalı avtobusun hər hansı bir modelinin birgə istehsalı məsələsinə baxmaq və öz təkliflərini Azərbaycan Respublikası Nazirlər Kabinetinə vermək

1992

Bakı ixtisaslaşdırılmış avtomobil zavodu

 

İşlər müdirinin müavini İ.HACIYEV

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 noyabr 1992-ci il tarixli 601 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

2.       12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2014-cü il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 745)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2014-cü il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 745) ilə 17-ci hissəsində "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.

 

[2] 3 noyabr 1992-ci il tarixli 601 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavəsinin II bölməsində qismən dəyişikliklər edilərək, "Azəravtoyol" İB" sözləri "Azərbaycannəqliyyatyoltikinti" İTB" sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status