AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
24.07.1994
QEYDİYYAT NÖMRƏSİ
284
ADI
Bakı metropolitenində baş vermiş partlayışla əlaqədar respublikanın nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
QÜVVƏYƏ MİNMƏ TARİXİ
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
180.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
01.07.2011
Bakı metropolitenində baş vermiş partlayışla əlaqədar respublikanın nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi haqqında

Bakı metropolitenində baş vermiş partlayışla əlaqədar respublikanın nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

19 mart və 3 iyul 1994-cü il tarixlərində Bakı metropolitenində partlayış hadisələri baş vermişdir. Nəticədə insan tələfatı olmuş və metropolitenə ciddi maddi ziyan dəymişdir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Partlayışla əlaqədar metroda sabitliyin saxlanılması və qısa müddətdə qatarların hərəkətinin bərpa olunması istiqamətində Dövlət Komissiyası tərəfindən görülən işlər nəzərə alınsın.

2. Dövlət Komissiyasının «Bakı metropolitenində baş vermiş partlayışla əlaqədar respublikanın nəqliyyat sahələrində sərnişin və yüklərin danışmasında təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər planı» təsdiq edilsin (əlavə olunur).

Respublikanın əlaqədar orqanları, yerli icra hakimiyyətləri, Bakı metropoliteninin və digər nəqliyyat müəssisə və təşkilatlarının sərəncamlarında olan obyektlərdə və nəqliyyat vasitələrində hər cür təxribatın qarşısını almaq məqsədilə təqdim edilmiş tədbirlər planında nəzərdə tutulmuş maddi ehtiyatlara olan tələbatın ödənilməsi üçün təxirəsalınmaz işlər görsünlər.

3. Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin nəqliyyat və rabitə şöbəsi müvafiq qaydada Bakı metropoliteni rəhbərliyinin möhkəmləndirilməsi ilə əlaqədar təklif versin.

4. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin nəqliyyat və rabitə, hərbi və inzibati orqanlar, iqtisadiyyat və maliyyə-kredit siyasəti, şəhər təsərrüfatı şöbələrinə həvalə edilsin.

 

 

Baş nazir S. HÜSEYNOV

 

Bakı şəhəri, 29 iyul 1994-cü il

               № 284


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1994-cü il 29 iyul tarixli 284 saylı qərarına
Əlavə

Bakı metropolitenində baş vermiş partlayışla əlaqədar respublikanın nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər planı

Sıra

№-si

Tədbirin adı

İcra müddəti

İcraçılar

Qeyd

1.

İşgüzar məqsədlərlə və şəxsi dəvətlə gələn xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin, həmçinin xarici ölkələrdən gəlmiş avtonəqliyyat vasitələrinin, onların sürücülərinin respublika ərazisində qeydiyyatdan keçmələrini, yaşamalarını və davranış qaydalarını nizamlayan normativ sənədlər hazırlayıb mövcud qaydada baxılması üçün təkliflər verilməsi

20 gün

Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Ədliyyə Nazirliyi

 

2.

Respublika üzrə bütün mühüm, həyati əhəmiyyətli obyektlərin siyahısının yenidən hazırlanması, yerli icra hakimiyyətləri, Milli Təhlükəsizlik və Daxili İşlər Nazirliklərinin səlahiyyətli nümayəndələrindən ibarət komissiyalar təşkil olunaraq, onların kompleks müayinəsinin təmin edilməsi. Həmin obyektlərdə rejim tədbirlərinin gücləndirilməsi məqsədilə mühafizə məsələlərinə yenidən baxılması. Mühafizə bölmələrinin maliyyələşdirmə mənbələrinin müəyyənləşdirilməsi.

1 ay

İcra hakimiyyətləri, Daxili İşlər Nazirliyi, Gömrük Komitəsi və əlaqədar təşkilatlar

 

3.

Mühafizə-yanğın siqnalizasiya vasitələrinin xaricdən alınması işinin sürətləndirilməsi və yaxud qısa müddətdə yerli müəssisələrdə («Ulduz» İB, «Radioquraşdırma» İB Mingəçevir kabel zavodu və s.) onların istehsalına başlanılması

1994-cü il

İqtisadiyyat Nazirliyi, Xarici İqtisadi Əlaqələr Nazirliyi, Beynəlxalq Bank, Milli Bank, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi

 

4.

Dövlət əhəmiyyətli yüklərin respublika daxilində müşayiət olunması üçün Daxili İşlər Nazirliyinin Mühafizə İdarəsinin nəzdində xüsusi xidmətin yaradılması məsələsinə baxılıb təklif verilməsi

1 ay

Daxili İşlər Nazirliyi

 

5.

Bakı metropoliteninin «28 May» və «Gənclik» stansiyaları arasında baş vermiş partlayışın səbəblərini araşdırmaq, bu hadisədə günahkar şəxslərin (təşkilatların) müəyyən edilməsi üçün digər hüquq-mühafizə orqanları ilə birgə xüsusi əməliyyat-axtarış tədbirləri planı hazırlamaq və fakt üzrə yaradılmış Dövlət Komissiyasını bu barədə məlumatlandırmaq

10 gün

Milli Təhlükəsizlik Nazirliyi

 

6.

Bakı metropoliteninin stansiyalarının, depo və tunellərinin mühafizəsinin gücləndirilməsi

daima

"Bakı Metropoliteni" Qapalı Səhmdar, Cəmiyyəti, hüquq-mühafizə orqanları

 

7.

Metro obyektlərində pasport yoxlama rejiminin həyata keçirilməsi

daima

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti, hüquq-mühafizə orqanları

 

8.

Stansiyalara, platformalara video-nəzarətin təşkili

daima

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti [1]

 

9.

Bütün stansiyalarda sərnişinlərin yük və baqajını yoxlamaq üçün 100 ədəd müasir yoxlayıcı aparatların alınıb quraşdırılmasının təmin edilməsi

1994 – 1995

İqtisadiyyat, Maliyyə və Material Ehtiyatları Nazirlikləri, Bakı metropoliteni

 

10.

Qatarların təhlükəsiz hərəkətini təmin etmək üçün əvvəllər ixtisara düşmüş 415 nəfər, o cümlədən,

maşinist köməkçiləri – 120 nəfər

stansiya növbətçiləri – 160 nəfər

digər peşələr üzrə – 135 nəfər

işçinin müvafiq əmək haqqı ilə bərpa olunması

1994-cü il

İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi, Bakı metropoliteni

 

11.

31 ədəd yeni metro vaqonlarının alınması

 

İqtisadiyyat, Xarici İqtisadi Əlaqələr Nazirlikləri, Milli Bank, Beynəlxalq Bank, Bakı metropoliteni

 

12.

İşçilərin əmək haqqının 2 dəfə artırılması

1 ay

İqtisadiyyat və Maliyyə Nazirlikləri, Bakı metropoliteni

 

13.

Hərəkətlə əlaqədar ağır iş şəraitində işləyən işçilərin ilkin zəruri ərzaq məhsulları ilə təmin edilməsi

1 ay

Ticarət Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti, Bakı metropoliteni

 

14.

Metroda gediş haqqının artırılması barədə qərar qəbul edilməsi

1 ay

Bakı şəhər İcra Hakimiyyəti, İqtisadiyyət Nazirliyi, Bakı metropoliteni

 

15.

Qəza-bərpa xidmətinin işinin təşkilini yaxşılaşdırmaq və onun maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə ən zəruri kabel məhsulları və avtotexnika ilə təmin edilməsi, o cümlədən:

Kabel məhsulları:

AlBQU 3x240 – 10 kv markalı 500 metr

AlBQU 3x185 – 10 kv 100 metr

TZQ 27x4x0,9 – 400 metr

TPP 10x2x0,5 – 1000 metr

TPP 30x2x0,5 – 1000 metr

TPP 20x2x0,5 – 1000 metr

SŞVBQ 14x2 – 1500 metr

SŞVBQ 28x2 – 1500 metr

SŞVBQ RK – 1000 metr

P-274 – 5000 metr

PKSV 2+4 – 0,75 – 3000 metr

PMV 0,75 – 3800 metr

Avtomobillər:

QAZ-53 – 2 ədəd

UAZ-451 – 1 ədəd

PAZ avtobus – 2 ədəd

Avqust 1994-cü il

İqtisadiyyat, Material Ehtiyatları, Maliyyə Nazirlikləri, Milli Bank, Beynəlxalq Bank

 

16.

Məxfi

 

 

 

17.

Sərnişin qatarlarının şəxsi heyətinə üçüncü şəxsə ötürüləcək bağlamaların qəbul edilməsinin qəti qadağan edilməsi

daima

Azərbaycan Dəmir Yolu

 

18.

Qatarlarda pasport yoxlama rejiminin həyata keçirilməsi

daima

Azərbaycan Dəmir Yolu, hüquq-mühafizə orqanları

 

19.

Vağzal və başqa ümumi istifadə obyektlərində iş rejiminin məhdudlaşdırılması

daima

Azərbaycan Dəmir Yolu

 

20.

Bərpaedici və yanğından mühafizə qatarlarının və şəxsi heyətin peşəkar hazırlığının təmin edilməsi

daima

Azərbaycan Dəmir Yolu

 

21.

Hava limanlarında narkotik və partlayıcı maddələri aşkar edən 3 ədəd müasir avadanlığın alınıb quraşdırılması

1994-cü il

İqtisadiyyat Nazirliyi, Milli Bank, Beynəlxalq Bank, «Azərbaycan Hava Yolları» DK

 

22.

Məxfi

 

 

 

23.

Təyyarəyə minməmiş sərnişin baqajının göndərilməsinə və təyyarə bələdçilərinə üçüncü şəxsə ötürüləcək bağlamaların qəbul edilməsinə yol verilməməsi

daima

«Azərbaycan Hava Yolları» DK

 

24.

Məxfi

 

 

 

25.

Nəqliyyat donanması gəmilərinin kapitanları tərəfindən gəmilərin istismar prosesində, üzmə və dayandıqları yerdə, habelə zavod təmirindən keçmə zamanı sayıqlığın gözlənilməsi üzrə işin gücləndirilməsi. Ciddi buraxılış rejimi və şəxsi əşyaların yoxlanışının təmin edilməsi, gəmi müdiriyyətindən xəbərsiz və istehsalat ehtiyacı olmadan kənar şəxslərin gəmi bortunda olmasına yol verilməməsi

 

Xəzər Dəniz Gəmiçiliyi, Hüquq-mühafizə orqanları

 

 

İşlər müdiri İ. HACIYEV.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2014-cü il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 745)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 12 iyun 2014-cü il tarixli 192 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2014-cü il, № 142, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 6, maddə 745) ilə "Bakı Metropolitenində baş vermiş partlayışla əlaqədar respublikanın nəqliyyat sahələrində sərnişin və yüklərin daşınmasında təhlükəsizliyin təmin edilməsi üçün tədbirlər planı"nın 6-cı-8-ci hissələrinin "İcraçılar" sütununda "Bakı Metropoliteni" sözləri "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti" sözləri ilə əvəz edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status