AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
08.10.2014
QEYDİYYAT NÖMRƏSİ
325
ADI
Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2014, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1296)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
08.10.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
010.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.10.2014
Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında

Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 aprel tarixli 149 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Energetika Nazirliyi haqqında Əsasnamə”nin 5.8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Energetika Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 10 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin: [1]

 

Kollegiyanın sədri

 

- Azərbaycan Respublikasının energetika naziri

 

Kollegiyanın üzvləri:

 

- Azərbaycan Respublikasının energetika nazirinin müavinləri;

- Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparatının rəhbəri;

- Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparat rəhbərinin müavini - daxili nəzarət şöbəsinin müdiri;

- Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının neft-qaz siyasəti şöbəsinin müdiri;

- Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının elektroenergetika və enerji səmərəliliyi şöbəsinin müdiri;

- Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyinin İdarə Heyətinin sədri;

Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru. [2]

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 8 oktyabr 2014-cü il

                    № 325

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       3 noyabr 2017-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2139)

2.       15 fevral 2018-ci il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 353)

3.       15 iyul 2021-ci il tarixli 208 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 870)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 3 noyabr 2017-ci il tarixli 474 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 11, maddə 2139) ilə 1-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

Kollegiyanın sədri

Əliyev Natiq Ağaəmi oğlu

-

Azərbaycan Respublikasının energetika naziri

Kollegiyanın üzvləri:

Cavadov Gülməmməd Süleyman oğlu

-

Azərbaycan Respublikası energetika nazirinin müavini

Abbasov Natiq Balaş oğlu

-

Azərbaycan Respublikası energetika nazirinin müavini

Hüseynov İftixar Hüseyn oğlu

-

Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparatının rəhbəri

Ağayev İbrahim Hümbət oğlu

-

Azərbaycan Respublikası Energetika Nazirliyinin hüquqi münasibətlər şöbəsinin müdiri

Məmmədov Məhəbbət Aşır oğlu

-

Azərbaycan Respublikası Energetika Nazirliyinin dövlət proqramlarının hazırlanması və icrasına nəzarət şöbəsinin müdiri

Məsimova Xalidə Məhəmməd qızı

-

Azərbaycan Respublikası Energetika Nazirliyinin enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri şöbəsinin müdiri

Məmmədov Pərviz Həsən oğlu

-

Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin rəisi

Zeynalov Asif Əli oğlu

-

Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi

 

15 fevral 2018-ci il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 2, maddə 353) ilə 1-ci hissəsi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

 

Kollegiyanın sədri

Şahbazov Pərviz Oqtay oğlu

- Azərbaycan Respublikasının energetika naziri

Kollegiyanın üzvləri:

Cavadov Gülməmməd Süleyman oğlu

- Azərbaycan Respublikası energetika nazirinin müavini

Abbasov Natiq Balaş oğlu

- Azərbaycan Respublikası energetika nazirinin müavini

Hüseynov İftixar Hüseyn oğlu

- Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparatının rəhbəri

Ağayev İbrahim Hümbət oğlu

- Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının hüquqi münasibətlər şöbəsinin müdiri

Nağıyev Fazil Mirağa oğlu

- Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının dövlət proqramlarının hazırlanması və icrasına nəzarət şöbəsinin müdiri

Məsimova Xalidə Məhəmməd qızı

- Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri şöbəsinin müdiri

Hüseynov Cəfər Əlisəf oğlu

- Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin rəisi

Sadıqov Hacıqulu Rəvan oğlu

- Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi”.

 

15 iyul 2021-ci il tarixli 208 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 870) ilə 1-ci hissədə “9” rəqəmi “10” rəqəmləri ilə əvəz edilmişdir.

 

[2] 15 iyul 2021-ci il tarixli 208 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 870) ilə 1-ci hissədə “Kollegiyanın üzvləri” bölməsinin dördüncü abzasdan “siyasəti” sözü çıxarılmışdır, beşinci abzasda “energetika” sözü “elektroenergetika və enerji səmərəliliyi” sözləri ilə əvəz edilmişdir və altıncı abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda yeddinci abzas əlavə edilmişdir.

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status