AKTIN NÖVÜ
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX
21.10.2014
QEYDİYYAT NÖMRƏSİ
339
ADI
“Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-2014, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 1309)
QÜVVƏYƏ MİNMƏ TARİXİ
21.10.2014
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQi TƏSNİFATI ÜZRƏ İNDEKS KODU
090.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX
31.10.2014
«Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği»nin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

“Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1189; 2008, № 6, maddə 586, № 10, maddə 937; 2009, № 10, maddə 846; 2013, № 11, maddə 1461) ilə təsdiq edilmiş “Dövlət əmlakının (mənzil fondundan başqa) icarəyə verilməsi üçün icarə haqqının minimum məbləği” cədvəlində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 3-cü bənddə “ 8” , “ 5” , “ 4” , “ 2,5” rəqəmləri müvafiq olaraq “ 12” , “ 7,5” , “ 6” , “ 3,5” rəqəmləri ilə əvəz edilsin;

1.2. 4-cü bənddə “ 12” , “ 10” , “ 6” , “ 4” rəqəmləri müvafiq olaraq “ 18” , “ 15” , “ 9” , “ 6” rəqəmləri ilə əvəz edilsin;

1.3. “Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə” bölməsinə aşağıdakı məzmunda altıncı sətir əlavə edilsin:

 

“digər zonalar (kənd, qəsəbə və s.)

1,2” ;

 

1.4. “Naxçıvan MR, Şirvan, Mingəçevir, Lənkəran, Yevlax və Şəki şəhərləri üzrə” bölməsinə aşağıdakı məzmunda beşinci sətir əlavə edilsin:

 

“digər zonalar (kənd, qəsəbə və s.)

1,0” ;

 

1.5. “Naftalan, Şamaxı, Qazax, Şəmkir, Salyan, Quba, Xaçmaz, Zaqatala, Göyçay şəhərləri üzrə” bölməsinə aşağıdakı məzmunda dördüncü sətir əlavə edilsin:

 

“digər zonalar (kənd, qəsəbə və s.)

1,0” ;

 

1.6. “Digər rayonlar üzrə” bölməsinə aşağıdakı məzmunda dördüncü sətir əlavə edilsin:

 

“digər zonalar (kənd, qəsəbə və s.)

0,9” ;

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  Artur RASİ-ZADƏ

 

Bakı şəhəri, 21 oktyabr 2014-cü il

                    № 339

Müqayisə beta versiyadadır. Üzərində işlənilir.

Tarix
Versiyalar
Müqayisə
Növü
Sənədin adı
Nömrəsi
Əlaqə
Reyestr nömrəsi
Qəbul
edilmə tarixi
Status